16 Sentyabr 2025 16:21
1991
PARLAMENT
A- A+
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində 7 məsələ müzakirə olunub  

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində 7 məsələ müzakirə olunub  


Sentyabrın 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Əli Hüseynli gündəliyə 7 məsələnin daxil edildiyini bildirib.

Komitə sədri əvvəlcə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində cari ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabatı təqdim edib, sonra komitənin cari ilin payız sessiyası üçün iş planı barədə məlumat verib. Diqqətə çatdırılıb ki, sənəddə qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinə baxılması və digər məsələlər nəzərdə tutulub.

Gündəliyin üçüncü məsələsi olan Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəllədə, Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verilib. Bildirilib ki, layihə Vəkillər Kollegiyasının və vəkillərin fəaliyyətinin hüquqi əsaslarını təkmilləşdirmək məqsədilə hazırlanıb.

“Dövlət xidmətləri haqqında” qanun layihəsi (birinci oxunuş) ilə bağlı qeyd edilib ki, yeni qanun layihəsi dövlət xidmətləri sahəsindəki fəaliyyətin təşkilati, hüquqi, iqtisadi əsaslarını müəyyən edir və bu sahədə münasibətləri tənzimləyir. Həmçinin layihədə dövlət xidmətlərinin göstərilməsi qaydaları, tələbləri ilə bağlı təsbit olunan müddəalar barədə məlumat verilib. Vurğulanıb ki, bu xidmətlərin qiymətləndirilməsi və keyfiyyətinə nəzarət mexanizmləri də sənədin ən vacib məqamlarındandır.

Gündəliyin beşinci məsələsi olan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı çatdıran Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid dövlət qulluğuna qəbul sahəsində yaranan münasibətlərin daha dəqiq və aydın tənzimlənməsi üçün sənəddə təklif olunan dəyişikliklər barədə danışıb.

Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, sənəd keçən il qüvvəyə minmiş Rəqabət Məcəlləsinin icrası ilə əlaqədar hazırlanıb. Belə ki, Cinayət Məcəlləsinin “İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma” maddəsi yeni redaktədə təklif olunub, həmçinin bəzi anlayışların yeni izahı təsbit olunub.

Gündəliyin sonuncu məsələsi – “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında komitə sədri Əli Hüseynli məlumat verib. Bildirilib ki, layihə artıq qanunvericilikdə təsbit olunan uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalarla bağlı müddəalara uyğunlaşdırma xarakterlidir.

Sənədlərin müzakirəsində çıxış edənlər gündəlikdəki məsələlərə münasibət bildiriblər, fikirlərini səsləndiriblər.

İclasda ötən sessiyada komitədə görülmüş işlər məqbul hesab olunub, komitənin qarşıdakı sessiya üçün iş planının layihəsi təsdiqlənib və qanun layihələrinin hamısı baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!