27 May 2025 08:15
430
SİYASƏT
A- A+
Milli maraqlarımız qətiyyətlə təmin edilir

Milli maraqlarımız qətiyyətlə təmin edilir


Avropa Siyasi Birliyinin Sammitinin Azərbaycanda keçirilməsi qərarı respublikamızın beynəlxalq siyasi proseslərdə uğurlu iştirakının göstəricisidir


Azərbaycan son illərdə atdığı addımlarla diplomatiyada uğurlu xarici siyasət gündəliyi formalaşdırır. Prezident İlham Əliyev müasir diplomatiyanın modifikasiyasını və xüsusiyyətlərini qiymətləndirərək bundan irəli gələn məsələləri milli maraqların reallaşdırılması istiqamətində istifadə edir. Beynəlxalq gündəmdə gözlənilən dəyişikliklər məhz bu cür diplomatiyanın gətirəcəyi faydalar və ümidlərlə müəyyən edilir. 

Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanın yürütdüyü siyasətin ölçüsü xarici məhdudiyyətlərdən, təzyiqlərdən, müəyyən qrupların və onların aparıcı üzvlərinin istək və maraqlarından asılı olmadan müəyyənləşdirilir. Məhz buna görədir ki, bu xarici siyasət kursu daha qlobal olur. Müasir diplomatiya xüsusilə beynəlxalq əməkdaşlıq sahəsinə bir çox yeni aktorların cəlb olunması ilə də nəzərə çarpır. "Sürətlə inkişaf edən beynəlxalq sistem bir çox yeni aktorlara, o cümlədən beynəlxalq təşkilatlara qapılar açır. Avropa Siyasi Birliyi siyasi koordinasiya platforması olmaqla, heç bir təsisatı, struktur və ya prosesi əvəz etməyən müzakirələr məkanı, fikir mübadiləsi meydanıdır. Avropa Siyasi Birliyi Sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi ölkəmizin qapılarının açıq olduğunun göstəricisidir. Bu, ölkəmizin beynəlxalq aləmdə uğurlu siyasi iştirakının və sosial etimadın, faydalı əməkdaşlığın, həmçinin Azərbaycan haqqında rəyin müsbət olduğunun göstəricisidir", - deyə o əlavə edib.

Deputat bildirib ki, qloballaşma, bazarlar, əməkdaşlıq dünyanın çox hissəsinə yayıldıqca konfliktlər də beləcə artır. Azərbaycan isə göstərir ki, diqqətimiz sadəcə regional təhlükəsizliyə nail olmaq deyil. Belə ki, diplomatik sabitliyə nail olmaqla tərəflərə maksimum fayda gətirən əməkdaşlıqlar əsas hədəflərdən biridir. Burada qlobal ünsiyyət vacibdir. Dövlət başçımız bunu uğurlu şəkildə bacarır. Prezident İlham Əliyevin Tiranada keçirilən 6-cı ASB Sammitində iştirakı zamanı da onun əyani şahidi olduq. Dövlət başçımız Avropa İttifaqı Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə, bir çox dövlət rəhbərləri ilə görüşlər keçirdi. Xüsusi nəzərəçarpan amil odur ki, ünsiyyət üçün təşəbbüskarlığı qarşı tərəflərdən görürdük. Bu isə protokol məsələsi deyildi, şəklin çərçivəsindən yox, daha çox onun məzmunundan xəbər verirdi. Bu münasibət dövlət başçımızın simasında sadəcə siyasi fiqura deyil, habelə şəxsiyyətə, onun təmsil etdiyi ölkəyə və xalqa verilən dəyər, göstərilən yüksək münasibət idi. Sammitin Azərbaycanda keçirilməsi barədə qərar göstərir ki, bizim mövqeyimiz müşahidəçi mövqe, qərarlarımız isə reaktiv deyil. Təşəbbüskarlığı və zəruri iştirakçı kürsüsündə qərar tutmağı bacarmışıq. 

Siyasətçi qeyd edib ki, təhlükəsizlik qədər iqtisadi, sosial, texnoloji və digər dəyişikliklərlə bağlı çoxtərəfli proseslər də müasir diplomatiyanın mahiyyətinə təsir göstərir: "Bu mahiyyəti dərk etmək nə qədər çətindirsə, icra mexanizminə çevirmək də bir o qədər müşkül məsələdir. Müzəffər Liderimiz bunun öhdəsindən böyük uğurla gəlir. Prezidentimizin son günlərdə gərgin iş qrafikinə mayın 21-də Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısı da daxil idi ki, bu vacib iştirak təsisatın qlobal əhəmiyyət qazanmasında əvəzsiz rol oynayır, TDT-nin ayaq səsləri Avropadan eşidilirdi. Ümumi maraq doğuran məsələlər mövcuddur, onların gətirəcəyi faydalardan uzaq düşməmək, bəzi məsələləri həll etmək üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək son dərəcə zəruridir. Burada Avropa Siyasi Birliyi vacib rol oynaya bilər. "Cənub qaz dəhlizi"nin Avropanın enerji təhlükəsizliyindəki rolu Avropa liderləri tərəfindən qiymətləndirilir, dəhlizin ən yüksək səslə məhz Prezident İlham Əliyevin dərin zəkasının göstəricisi olduğu etiraf edilir, dəfələrlə dilə gətirilir. Avropadan Çinə uzanan, Mərkəzi Asiyanın resurslarını bölüşən Orta dəhliz layihəsində Azərbaycan əsas halqadır. Əsrin ən iddialı və transformativ qlobal inkişaf təşəbbüslərindən biri kimi dəyərləndirilən Orta dəhliz ticarət və mədəni mübadilə marşrutudur. Mövcud layihə ekoloji və sosial-iqtisadi problemlərlə üzləşən regionlarda davamlı və dayanıqlı inkişafı artırmaq məqsədi daşıyır".

Deputat bildirib ki, Çin ilə Avropanı Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə birləşdirən Orta dəhliz marşrutu müxtəlif coğrafiya, iqtisadi strukturlar və idarəetmə sistemləri ilə səciyyələnir. Orta dəhliz sürətli dəyişiklik, yüksək inkişaf potensialı, eyni dərəcədə aktual davamlılıq problemləri ilə seçilən əraziləri birləşdirəcək. Çin və Avropanı birləşdirən konteyner dəmir yolları xidməti, televiziya komponentləri ilə yüklənmiş ilk konteyner qatarının Qazaxıstandan Çinə icra olunması ondan xəbər verir ki, bu coğrafiya boyunca yerləşən tərəflər resursların, praktik alətlərin mübadiləsində maraqlıdırlar. İnstitusional potensial, biomüxtəlifliyin itirilməsi, təmiz enerji və əsas xidmətlərə çıxış məsələsi də bu layihədə fokuslardan biridir. Yüklərin fasiləsiz çatdırılması da ölkələr arasında əlaqələri gücləndirəcək. Dəhliz böyük bir regionun daşıma qabiliyyətini artırmaqla yanaşı, beynəlxalq logistikanı daha çevik, daha sürətli və etibarlı edir. Həyata keçirilən layihələr Azərbaycanın əsas tranzit qovşağı kimi strateji rolunu vurğulayır və onun qlobal yükdaşımalarda mövqeyini möhkəmləndirir. Əsas amil odur ki, bütün bunlar Azərbaycanın iştirakı olmadan mümkün deyil.  Gündəliyində bütün bu vacib amillərin dayandığı Avropa Siyasi Birliyinin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarı Azərbaycanın və onun Liderinin yüksək nüfuzunun göstəricisidir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!