Qadının cəmiyyətdə yeri, rolu mövzusu bədii ədəbiyyatda, incəsənətin ayrı-ayrı sahələrində olduğu kimi, kinoda da əksini tapıb. Bunu Azərbaycan kinosu yaranandan müasir dövrədək çəkilmiş bir çox filmlərdə görürük.
Yeni siyasi quruluşun kinoda yeni qadın obrazlarının təsviri tələbi
XX əsrin ikinci onilliyində, bolşeviklər Azərbaycanda hakimiyyəti ələ keçirdikdən sonra geniş təbliğat işlərinə başlayıblar. Ardıcıl işlər, geniş islahatlar kino sahəsini də əhatə edib. Belə ki, 1920-ci ildə respublikada yaradılan foto-kino təşkilatı 1926-cı ildən Azərbaycan Dövlət Kinosuna çevrilib və kinofilmlərin ekranlaşdırılmasına başlanılıb. 1923-1931-ci illər arasında Bakıda “Qız qalası”, “Bismillah”, “Gilan qızı”, “Hacı Qara”, “Sevil”, “Lətif”, “26 Bakı komissarı” kimi filmlər çəkilib.
Həmin dövrdə qadınların haqq və hüquqlarının qorunması, onların cəmiyyətdə rolunun yüksəldilməsi, savadlanması uğrunda mübarizə əhəmiyyətli məsələlər kimi önə çıxarılıb. Kinoda da qadın məsələsi aparıcı mövzulardan birinə çevrilib. Belə ki, bu sahədə yeni qadın obrazlarının təsviri yeni siyasi quruluşun tələbi olaraq irəli sürülüb.
İlk azərbaycanlı rejissorlardan biri - Abbas Mirzə Şərifzadənin 1925-ci ildə çəkdiyi “Bismillah” filmində qadın problemləri əksini tapıb. Sənədli kadrların yer verildiyi bu ekran əsərində qadın haqlarından, dini fanatizmdən, gerilikdən bəhs olunub. Araşdırıcılar “Bismillah”ı Azərbaycanda qadın azadlığına toxunan ilk film hesab ediblər. Sonrakı illərdə kinorejissorlar sovet rejiminin tələblərinə uyğun qadın rollarına ekran ömrü verməyə səy göstərib, bir-birinin ardınca dörd film çəkiblər. Həmin filmlərdə - “Gilan qızı”, “Sevil”, “İsmət” və “Almaz”da sosializm quruculuğu illərində qadının mənəvi-siyasi inkişaf yolu əks etdirilib.
1928-ci ildə Leo Murun çəkdiyi “Gilan qızı”nda evdar qadın olan Səkinə haqsızlıqlarla üzləşir, hüquqları pozulur və o, inqilab edən kommunistlərə qoşulur. Ancaq bu film birmənalaı qarşılanmayıb. Görkəmli dramaturq və rejissor Cəfər Cabbarlı “Hara gedir Azərkino” adlı məqaləsində “Gilan qızı”nı tənqid edib. O, filmin rejissorunun rus olduğunu və digər məqamları nəzərə alaraq qeyd edib ki, “Azərkino” yerli qüvvələrdən ssenari hazırlamaq üzərində işləmir və yalnız dəvət olunanlara ümid bağlayır, onlar isə yerli həyatla tanış olmadıqlarından türk kişisi və qadını haqqında hər cür uydurmalar yazır, sonra da ssenarini oxuyan ilk türk elə buna etiraz edir və hər şey alt-üst olur. Daha sonra o yazıb: “Gilan qızı” ilə də eyni hal baş vermişdi. Burada da elə ağlasığmaz cəfəngiyyat yazmışdılar ki, sonra vəziyyətdən çıxa bilmirdilər”.
Çadrasını atan qadınların həyat hekayələri ekran əsərlərində
1929-cu ildə Cəfər Cabbarlı və Aleksandr Beknazarov tərəfindən ekranlaşdırılan “Sevil”in qəhrəmanı da evdar, savadsız qadın idi. Cəfər Cabbarlının eyniadlı əsəri əsasında çəkilən bu filmdə Sevili əri Balaş evdən qovaraq övladına həsrət qoyur. O, çadrasını atıb evdən çıxır. Təcrübəsiz, təhsilsiz qadın çətin də olsa, müstəqil həyata başlayır. İnqilabi hərəkata qoşulur, qadın haqları uğrunda mübarizə aparır. Sonda artıq dəyişmiş, oxumuş, vəzifə sahibi olmuş Sevillə hər şeyini itirmiş, düşkünləşmiş Balaş qarşılaşdırılır.
1934-cü ildə ekranlaşdırdığı “İsmət” filmi barədə rejissor Mikayıl Mikayılov özü geniş məlumat verib. Filminin yaradıcılığında xüsusi yer tutduğunu qeyd edən rejissor diqqətə çatdırıb ki, “İsmət”in çəkildiyi dövr elə bir vaxt idi ki, Azərbaycan qadını çadranı ataraq ictimai həyata qoşulurdu. O vaxtlar İçərişəhərdə yaşayan Mikayıl Mikayılov bir gün qonşuda bir qadının neft töküb özünü yandırdığını öz gözləri ilə görüb. Həmin qadının faciəsini unuda bilməyən rejissor az sonra ən dəhşətli hadisə ilə qarşılaşıb. İndiki Səadət sarayında o vaxt qadınlar üçün kurs təşkil edilmişdi. 1933-cü ildə Səriyyə Xəlilova çadrasını atdığı və kluba getdiyi üçün atası və qardaşı tərəfindən vəhşicəsinə öldürülüb. Bu dəhşətli qətl rejissoru yenidən sarsıdıb: “Həmin matəm mərasimində mən də iştirak etdim. Orada qadınların başlarından çadranı çıxarıb ayaqları altına atdıqlarının şahidi oldum. Təxminən həmin dövrdə qəzetdə Azərbaycanın ilk təyyarəçi qadını Leyla Məmmədbəyova haqqında bir məqalə oxudum. Nəhayət, “İsmət” filminin ssenarisi üzərində işləməyə başladım. Mövzuların hər üçünü birləşdirdim”. Rejissor qeyd etdiyi kimi, ekran əsərində ayrı-ayrı qadın obrazlarını İsmətin simasında ümumiləşdirib. Filmin qəhrəmanı - İsmət fabrikdə işləsə və fəal ictimaiyyətçi olsa da, çadrasını atmağa cürət etmir. Onun çadrasını təyyarədə külək aparır. Bu səhnə ilə kinorejissor qadınların tamaşa və filmdə çadrasını atması ənənəsini təkrarlamayaraq maraqlı görüntülər yaradıb.
Mübariz, açıq fikirli Almaz...
1936-cı ildə ekranlaşdırılan “Almaz” filminin qəhrəmanı isə artıq mübariz, açıq fikirli qadındır. Cəfər Cabbarlının 1931-ci ildə qələmə aldığı eyniadlı pyes əsasında ssenari yazıb, yaradıcı heyəti, aktyorları seçərək sınaq çəkilişləri aparsa da qəflətən dünyasını dəyişib. Filmi Ağarza Quliyev və Qriqori Braginski birgə ərsəyə gətiriblər.
Filmdə gənc Almaz müəllim işləmək üçün ucqar kəndə gedir. O, dərs deməklə yanaşı, hüquqsuz kənd qadınlarının müdafiəçisi olur, onların işlə təmin edilmələri üçün məscidi toxuculuq artelinə çevrilməsi təşəbbüsünü irəli sürür. Kənddəki mühafizəkarlar bütün bunlara görə Almazı gözdən salmağa, şərləməyə çalışırlar.
Cəmiyyətdə qadınların rolu yüksəldikcə kinoda bu mövzuya yeni münasibət ortaya çıxıb. Artıq əzilən, xor görülən, çadradan imtina edən, yeni həyata doğru əlacsız, hürkək, bir az da ümidlə üz tutan qadın rolları tarixiləşməyə başlayıb.
Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”
Finlandiyanın kömürlə işləyən sonuncu istilik elektrik stansiyası bağlanır
Türkiyədən idxal olunan gilas tinglərində uyğunsuzluq aşkarlanıb
Səsdən sürətli sərnişin təyyarəsi - “C949”
“Bloomberg”: Rusiyanın ən varlı iş adamlarının sərvəti 11,572 milyard dollar artıb
Malayziyada qaz kəmərində yanğın nəticəsində 112 nəfər yaralanıb
EPF Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına dair rəqəmsal xəritəni saytına yerləşdirib
Aİ-nin ali nümayəndəsi Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə çağırıb
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xandan
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan
Ali məktəblərin magistraturalarına qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyat elan edilir
Sabah bəzi yerlərdə leysan olacaq
Vergi Məcəlləsinə kənd təsərrüfatı sahəsi ilə bağlı dəyişiklik təklif olunur
İsveç Ukraynaya yeni hərbi yardım paketini elan edib
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidentinin siyasi məsələlər üzrə müşavirini qəbul edib YENİLƏNİB
Dəmir yoluna çıxan piyadanı qatar vurub
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır
“Qarabağ” və “Kəpəz” azarkeşlərinə görə cərimələnib
Astanada ekspertlər COP29-dan sonra Qazaxıstanın iqlim hesabatını qiymətləndirir
Bu gün Beynəlxalq Quşlar Günü qeyd olunur
Bu gündən daxili su hövzələrində sənaye balıq ovu qadağan edilir
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!