31 Yanvar 2024 10:10
1627
Mədəniyyət
A- A+
Milli dirçəlişə töhfə verən ictimai-siyasi xadim

Milli dirçəlişə töhfə verən ictimai-siyasi xadim

 

Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərindən biri Məhəmməd Əmin Rəsulzadənin elmi-ədəbi irsində Azərbaycan dövlətçiliyi, onun etnik tarixi və milli kimlik məsələləri ilə bağlı problemlər müstəsna yer tutur. Onun istər doğma vətənində, istərsə də mühacirət dövründə qələmə aldığı əsərləri Azərbaycan və ümumtürk tarixinin öyrənilməsi üçün olduqca əhəmiyyət kəsb edir. Xüsusilə Azərbaycanın etnik tarixi ilə bağlı elmi dünyagörüşü tarix yazımı prosesində nəzəri-metodoloji baxımdan mühüm rola malikdir.
Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə nəşr olunan "Azərbaycan Cümhuriyyəti" əsərində Azərbaycanın qədim dövr etnik tarixi haqqında yazırdı ki, "Azəri türklərinin hal-hazırda oturduqları yerlər min ildir qədim türk xəlqi ilə məskun idi. Gərək Bakı, Gəncə, Şamaxı, İrəvan ilə Təbriz və sairə kimi vilayətlər və gərək Muğan, Arran, Qarabağ  kimi məmləkətlər daima türk elinin oturağı və türk xanlarının ovlağı olmuşdur. Bu yerlər bir çox türk sülalələrinin irili-xırdalı hökumətlər qurduğunu və illərlə səltənət sürdüklərini görmüşdür".
M.Ə.Rəsulzadə 1925-ci ildə yazdığı "Əsrimizin Səyavuşu" əsərində şumerlərin "Turani" irqə mənsub olduğunun şübhə doğurmadığını qeyd edirdi. O, həmçinin yazırdı ki, midiyalıların etnik mənsubiyyəti mübahisə doğursa da, onların əski iranlı olduğunu inkar edənlər də vardır. Müəllif qeyd edirdi ki, "Fransız şərqşünaslarından Le Norman əski Şərq tarixinə aid nəşr etdiyi əsərində Midiyaya "Turan Midiyası" deyir və buradakı qövmlərin türk olduqlarını irəli sürürdü". 
M.Ə.Rəsulzadə həmçinin qeyd edirdi ki, İran tarixinin Midiyada axtardığı arilər (aryanilər) yerlilər deyildir. Onlar buraya Şərqdən gəlmiş və buradakı yerliləri sıxışdırmışlar. Arilər bu ərazilərdə yerləşdikdən sonra buralar təkrar turanilərin hücumuna məruz qalmışdır. İran-Turan savaşlarının mühüm qismi Şimali İran ilə Cənub-Şərqi Qafqazda - Azərbaycanda cərəyan etmişdir. Turanlı Tomris xanım burada olmuş, iranlı Keyxosrovun faciəvi sonu Kür çayının sahilində baş vermişdir. 
M.Ə. Rəsulzadənin 1928-ci ildə çap etdirdiyi "Qafqaz türkləri" əsərində Qafqazın etnosiyasi xəritəsi, qövmlər, türk soyları haqqında maraqlı fikirlər səsləndirilmişdir. Burada Xəzər sahillərinin qədim dövrlərdən başlayaraq türk soyları tərəfindən məskunlaşdırıldığı göstərilmişdir. 
Müəllif bu əsərində qeyd edirdi ki, "Miladdan sonra V yüzilliyin ortalarında hunlar, sabirlər və xəzərlər Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza daxil olaraq, Azərbaycanın şimal torpaqlarında məskən salmış, bir sıra hallarda Arazın o biri tayına, Cənubi Azərbaycan ərazisinə keçərək, Azərbaycan xalqının formalaşmasında mühüm rol oynamışlar". 
M.Ə.Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" əsərində Azərbaycan xalqının formalaşması, onun yayılma arealı və dili haqqında maraqlı fikirlər söyləmişdir. O, bu əsərində azərbaycanlıları bütün dünyaya belə təqdim etmişdir: "Azərbaycanlılar milliyyət etibarilə türk, din etibarilə islam, mədəniyyət etibarilə şərqlidirlər. Anadolu türkcəsinə yaxın bir şivə ilə danışan Azərbaycan türkü müxtəlif şivələrə malik böyük türk ağacının bir dalıdır". 
Məhəmməd Əmin Rəsulzadə Cənubi Azərbaycanla Şimali Azərbaycanın eyni kökənli xalq olduğunu qeyd edərək yazırdı ki, "Bu türklər Azərbaycanı ikiyə bölən Əras nəhrinin iki tərəfində sakin olub və İranda yarımmüstəqil bir halda yaşadıqları zaman belə məhkum bir millət deyil, hakim olaraq yaşamışdılar. Çünki əsrlərdən bəri İranın hakim sinfini türklər təşkil etmişdir". 
Qeyd edək ki, M.Ə.Rəsulzadə ifraf millətçilik dünyagörüşündən uzaq olmuş, daha çox milli-liberal dəyərlərə sadiq qalaraq Azərbaycan xalqının yaranması, təşəkkülü və təkamülündə iştirak etmiş bütün etnik qövmlərin rolunu layiqincə qiymətləndirərək, doğma xalqına bütöv, inkişaf edən ictimai, mədəni gerçəklik kimi yanaşmışdır. 
Görkəmli şəxsiyyətin elmi irsində Azərbaycan Səfəvi dövlətinin etnik tarixi ilə bağlı da maraqlı fikirlər yer almışdır. Bu barədə Rəsulzadə yazırdı: ""İllərdən bəri butün türk ellərindəki dərin nüfuz və təsir sahibi olan Ərdəbildəki Şeyx Səfi ocağından zühur edən Şah İsmayıl yeni bir dövlət qurmaq üçün hərəkətə keçir. Səfəvi dövlətinin banisi həqiqətdə bir türk sufisi və azərbaycanlı şair idi. Arxalandığı hərbi qüvvələr də tamamilə türk boyları idi. Türkman qəbilələri bu qüvvətin əsasını təşkil edirdi... Şah İsmayılın sarayı Azəri türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi... Şeirdə Xətai təxəllüsündən istifadə edən İsmayıl xalqın vurulacağı sadə bir dillə yazırdı. Səfəvi sarayının rəsmi dili də türkcə idi. Qonşu dövlətlərə göndərdiyi notalar türkcə yazılırdı. Səfəvi dövlətinin Osmanlılara göndərdiyi notalar türkcə ikən, Osmanlı sarayının Səfəvilərə yazdıqları notalar farsca idi. Çevrəsindəki türkdilli şairlər Şah İsmayıla "Türki-tacdar" deyə xitab edirdilər". 
Davamlı olaraq yeniləşmənin tərəfdarı olmuş M.Ə.Rəsulzadə Azərbaycan xalqının özünə, əsrlərlə bağlandığı Şərq mədəni-mənəvi sisteminə istinad edərək tərəqqi edəcəyinə inanırdı və qeyd edirdi ki, "Sənin istiqbalın artıq Qərbdə deyil, Şərqdədir... Sənin istiqbalın nə Rum eli, nə Hicaz, nə də İraqda-Türküstandadır, fəqət sənin, yolunun üzərində əski Turanın göbəyində Azərbaycan adında bir gənc igid, dəliqanlı var, yeni Turanın açarı ondadır".
Qeyd edək ki, M.Ə.Rəsulzadənin Azərbaycanın, ümumilikdə türk xalqlarının etnik tarixi ilə bağlı olduqca dəyərli elmi xarakter daşıyan məlumatları tariximizin öyrənilməsində elmi baza rolunu oynamaqdadır.  
XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda millətləşmə dövründə ilk növbədə Azərbavcan millətinin və ərazisinin həqiqi adi ilə bağlı ziyalı elitası arasında geniş müzakirələr başladı. Cümhuriyyət qurucuları hesab edirdilər ki, milli dövlətçiliyə gedən yolda ərazi və millət məfhumları təməl prinsiplər olaraq əsas amillərdəndir. Bu dövrdə milli aydınlarımız Azərbaycan türklərinə münasibətdə işlədilən "tatar", "müsəlman" kmi ifadələr əvəzinə "Azərbaycan türkləri", "azərbaycanlılar" terminini işlətməyə başlamışdılar. Eləcə də çar Rusiyasının müstəmləkəçilik siyasətinin təzahürü olaraq işlədilən "Şərqi Zaqafqaziya" coğrafi termini əvəzinə "Azərbaycan" terminindən daha tez-tez istifadə edilməyə başlanılmışdı. 
Məhəmməd Əmin Rəsulzadə çar Rusiyasının ciddi senzura və qadağalarına rəğmən, digər milli düşüncə sahibləri kimi öz yazılarında Qafqazın cənub-şərq hissəsinin Azərbaycan, Qafqaz müsəlmanlarının milliyyətinin azərbaycanlı-türk, dilinin isə "Azərbaycan-türk dili" adlanmasını təklif edirdi.
Görkəmli ictimai-siyasi xadim mürəkkəb bir dövrdə, hətta Azərbaycan sözünün dilə gətirilməsinin nə qədər çətin olduğunu ürək ağrısı ilə qeyd edərək yazırdı ki, "Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün... nə qədər töhmətlərə məruz qaldıq..."
Artıq bu dövrdə M.Ə.Rəsulzadənin təbirincə, yenilikçilərlə mühafizəkarların mübarizəsi son nəticədə birincilərin qələbəsi ilə başa çatmış, Şərqlə Qərbin sintezinə can atan böyük azərbaycanlı mütəfəkkirlərin  sayəsində Azərbaycanda islam ümmətçiliyindən islam millətçiliyinə, daha sonra isə türk millətçiliyinə keçid baş vermişdi.
Azərbaycanda millətləşmə və milli dövlət sisteminə keçid prosesində milli dövlətçiliklə bağlı fərqli ideya və müxtəlif baxışlar mövcud olsa da, bu dövrdə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə yeni bir xətt meydana çıxdı. Bu xəttin tərafdarları nə Osmanlı, nə İran, nə rus axınını qəbul etməyərək müstəqil Azərbaycan dövləti ideyasını irəli sürdülər ki, bu da Azərbaycanın istiqlaliyyətinə aparan ən düzgün və ləyaqətli yol idi.
Məhəmməd Əmin Rəsulzadənin elmi irsində milli kimlik, milliyyət, millət məsələləri də xüsusi yer tutmuşdur. Onun müxtəlif əsərlərində bu kimi siyasi-ideoloji məfhumlar geniş şəkildə təhlil olunsa da, "Milli Dirilik" başlığı altında çap etdirdiyi silsilə məqalələrini milli fikrin inkişafına töhfə verən ən gözəl ideoloji nümunələr saymaq olar. 
Səkkiz məqalədən ibarət olan, bu toplunun ilk yazısını 1914-cü ilin sonlarında "Dirilik" jurnalında dirilik nədir?" adlı giriş məqaləsində çap etdirən müəllif, "dirilik" anlayışına aydınlıq gətirərək yazırdı ki, avropalılar diriliyi "məhz qüvvətli olmaq" sayır, bu gücü artırmaq üçün daim mübarizə aparırlar. Güc uğrunda bu mübarizədə avropalılar bir-biri ilə savaşı belə uyğun görürlər. İstədikləri gücə sahib olmaq üçün onlar "ölümü belə qəbul edir və dirilik üçün ölürlər". 
Rəsulzadə Avropa ilə müsəlman Şərqinin dirilik anlayışına fəlsəfi baxışını müqayisə edərək bildirirdi ki, Avropada dirilik güclü olmaqdırsa, Şərqdə "biz müsəlmanların diriliyi, ölərək cənnətə düşməkdir".
Diriliklərin ən qiymətlisinin milli dirilikdən ibarət olduğunu qeyd edən görkəmli ideoloq milli diriliyin milli gücü formalaşdıran əsas amillərdən biri olduğunu göstərmişdi. Onun fikrinə görə, bəşər mədəniyyətinə yalnız müstəqil millətlərin nümayəndələri böyük töhfə verə bilər. O, hələ də bu dövrdə yayğın olan "müsəlman millətindənəm" zehniyyətinin doğru olmadığını bildirirdi. 
Rəsulzadəyə görə, millət tarixi kateqoriyadır. Ondan əvvəl tayfalar, boylar, qövmlər mövcud olmuşdur. Tayfaları səciyyələndirən yalnız nəsil və dil birliyidir. Qohum tayfaların birliyindən isə dil və mədəniyyət birliyinə dayalı milliyyətlər meydana gəlmişdir. Növbəti inkişaf mərhələsi olan millət isə "dil birliyi, adət və əxlaq birliyi, tarixi ənənələr və dini etiqad birliklərinin məcmuundan mütəşəkkil bir məhsuldur".
M.Ə.Rəsulzadə millətin yaranmasında dil birliyinin fövqəladə rolunu vurğulayaraq qeyd edirdi ki, "millətlərin inkişafı milli şüurun formalaşması sayəsində mümkün olur və ancaq bu şüurun təsiri ilə milli ideala  çatmaq mümkündür".
İctimai-syasi xadimin elmi-nəzəri irsində tarix şüurunun olduqca önəmli rola malik olduğu dəfələrlə vurğulanmışdır. Rəsulzadə dünyagörüşünə görə, tarix şüuru bütün millətlərdə fərdləri ümumiyə bağlayan zəruri bir amildir. "Vətən və millət tarixi" hər bir millətə haradan gəldiyini, tarixdə nələr etdiyini və hansı gücə malik olduğunu öyrədərək, gələcək haqqında onda ümid yaradır. 
Ümumiyyətlə, Məhəmməd Əmin Rəsulzadənin elmi-nəzəri irsində etnik tarix, tarix şüuru kimi nəzəri konseptual məsələlər geniş şəkildə təhlil olunaraq, xalqdan, ümmətdən  millətə keçid prosesi dəqiq şəkildə izah olunmuşdur. Eyni zamanda onun dünyagörüşündə milli kimlik, milli istiqlalla bağlı məsələlər həmişə ön planda verilmiş, bütün bu milli prinsiplərin fövqündə isə Azərbaycan dövləti və Azərbaycanın istiqlaliyyəti dayanmışdır. 

Mübariz AĞALARLI,
tarix üzrə fəlsəfə doktoru, dosent  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!