21 May 2024 14:27
412
İQTİSADİYYAT
A- A+

Mikayıl Cabbarov: Özbəkistanla müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi işlənib hazırlanıb  

 

Azərbaycan ilə Özbəkistanın iqtisadi əlaqələrinin prioritet istiqamətlərindən olan investisiya əməkdaşlığında ötən ilin əvvəlində yaradılan, nizamnamə fondu 500 milyon ABŞ dolları təşkil edən Azərbaycan-Özbəkistan investisiya şirkətininin rolunu qeyd etmək istəyirəm. Onun fəaliyyətinin müəyyən olunan istiqamətləri gələcək iqtisadi əlaqələrin möhkəmlənməsinə kömək etməklə, qarşılıqlı investisiyanın, ticarətin və bütövlükdə iqtisadi tərəfdaşlığın stimullaşdırılması üçün nəzərdə tutulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Qubada keçirilən II Azərbaycan-Özbəkistan Regionlararası Forumunda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, Özbəkistanla Azərbaycanın tərəfdaşlıq əlaqələri çoxtərəfli xarakter daşıyır və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Pambıqçılıq və ipəkçilik kimi ənənəvi sahələrdə əhəmiyyətli irəliləyiş müşahidə olunur. Bu istiqamətdə İmişli rayonunda birgə pambıq klasterinin yaradılması üzrə iş aparılır: “Bütövlükdə, bizim tərəfimizdən kənd təsərrüfatı, turizm, kiçik və orta müəssisələr və nəqliyyat kimi müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi işlənib hazırlanıb. Bu sahələrdə həyata keçirilən layihələr iqtisadi inkişafın stimullaşdırılmasına, yeni iş yerlərinin yaradılmasına və ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəldilib”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video