31 May 2025 08:40
624
İQTİSADİYYAT
A- A+
Məşğulluğun təminatında qeyri-dövlət sektorunun payı artır

Məşğulluğun təminatında qeyri-dövlət sektorunun payı artır


Azərbaycanda icra edilən sosial tədbirlərin bir istiqaməti də vətəndaşların məşğulluğunun təmin olunmasıdır. Bununla bağlı bir çox layihələr həyata keçirilir, beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir. Məqsəd hər bir Azərbaycan vətəndaşının sosial güvənliyini təmin etmək üçün ona layiqli iş yeri tapmaqda yardımçı  olmaq, dəstək verməkdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, son bir həftədə daha 329 nəfər işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb olunub. Nazirliyin Dövlət Məşğulluq Agentliyi həmin şəxslərin 116-nı agentliyin peşə hazırlığı mərkəzlərinə, 213 nəfərini isə özəl tədris müəssisələrindəki kurslara göndərib.

Peşə hazırlığına cəlb olunan şəxslərin işlə təmin edilməsi üçün işəgötürənlərlə əməkdaşlıq genişləndirilir. Bu məqsədlə Dövlət Məşğulluq Agentliyi və "Marsol Group" arasında memorandum imzalanıb. Razılaşmaya əsasən, tərəflər fəaliyyət istiqamətləri, qarşılıqlı maraq kəsb edən layihələr üzrə əməkdaşlıq edəcəklər. Həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerləri və sosial müəssisələrin yaradılmasına marağın artırılması məqsədilə müxtəlif təşviqedici tədbirlərin, o cümlədən proqram və layihələrin həyata keçirilməsi, peşə hazırlığına cəlb olunan şəxslərin müvafiq işlə təmin edilməsinə "Marsol Group" tərəfindən kömək göstərilməsi istiqamətində razılaşma əldə olub. Bundan başqa, əməkdaşlıq çərçivəsində birgə innovativ layihələrin, korporativ sosial məsuliyyət tədbirlərinin və forumların həyata keçirilməsi də nəzərdə tutulur.

İşğaldan azad edilmiş ərazilərin sakinləri üçün peşə kurslarının təşkili də diqqət mərkəzindədir. Böyük qayıdış proqramının icrası çərçivəsində Dövlət Məşğulluq Agentliyi indiyəcən işğaldan azad edilmiş ərazilərin sakinlərindən 2000-ə yaxın şəxsi peşə kurslarına cəlb edib. Onlardan 210 nəfər işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş, digər şəxslərin isə yaxın vaxtlarda köçürülməsi nəzərdə tutulur. Sakinlər köçürülməzdən əvvəl onlarla məşğulluq imkanlarının qiymətləndirilməsi üçün görüşlər keçirilir. 

Məşğulluq sahəsində ölkə üzrə vəziyyətə gəldikdə, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari il mayın 1-i vəziyyətinə ilkin mənbələrdən daxil olan məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 323,3 min nəfər olmuşdur. Onlardan 5 milyon 39,6 min nəfəri məşğul əhalidir. Aprelin 1-i vəziyyətinə muzdla çalışanların çoxu emal sənayesində, tikintidə, su təchizatı, tullantıların təmizlənməsi və emalı, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq və s. sahələrdə çalışmışlar. Həmin dövr xidmət sahələrində çalışanların sayında ticarət, nəqliyyat vasitələrinin təmiri, səhiyyə və sosial xidmətlərin göstərilməsi, inzibati və yardımçı xidmətlərin göstərilməsi, elm və texniki fəaliyyət sahələrində üstünlük təşkil etmişdir.

Cari ilin birinci rübündə ölkədə 23,4 min yeni iş yeri  açılmışdır. Yeni iş yerlərinin 90,6 faizi qeyri-dövlət sektorunda açılmışdır.


R.MÜTƏLLİBOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!