13 Sentyabr 2024 08:30
362
İQTİSADİYYAT
A- A+
Meqalayihələr, üstəgəl 111 milyon dollarlıq sosial dəstək 

Meqalayihələr, üstəgəl 111 milyon dollarlıq sosial dəstək 

 

"Azəri-Çıraq-Günəşli" layihəsi başlandığı vaxtdan indiyədək, yəni 30 il ərzində əməliyyatçı olan BP və tərəfdaşları Azərbaycanda sosial layihələrə təqribən 111 milyon dollar vəsait xərcləyiblər. Onlar bu sosial dəstək proqramlarını neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrdəki əməliyyatlarının ayrılmaz hissəsi adlandırırlar.
Geniş sosial sərmayə proqramları insanlara əhəmiyyətli faydalar gətirir, onların həyatının daha da yaxşılaşdırılmasına dəstək verir. Sosial sərmayələr yerli potensialın yaradılması, təhsil və idmanın inkişafı, sahibkarlıq, ətraf mühit, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəldilib. 
Cari ilin birinci yarısında BP və əməliyyatçısı olduğu layihələrdəki tərəfdaşları belə sosial investisiya proqramlarına Azərbaycanda təqribən 0,5 milyon dollar vəsait sərf ediblər. Söhbət hazırda davam edən 16 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən üç layihə və ətraf mühit üzrə bir təşəbbüsdən gedir. Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından ölkəmizdə sponsorluq etdiyi sosial layihələrə ilin birinci yarısında 0,9 milyon dollardan artıq vəsait xərcləyib. 2023-cü ildə BP və tərəfdaşları birgə belə sosial investisiya layihələrinə Azərbaycanda 2 milyon dollardan artıq vəsait yönəldiblər.
Vurğulayaq ki, sosial layihələr illərdir davam edir və geniş coğrafi ərazidə həyata keçirilir. Belə ki, onlar dəniz qurğularının inşa olunduğu paytaxt müəssisələrinin, Səngəçal terminalının ətrafından başlayaraq Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri boyu yerləşən çoxsaylı yaşayış məntəqələrini əhatə edir. Bu layihələrdən demək olar ki, əhalinin bütün təbəqələri bəhrələnir. Məsələn, uğurla tamamlanan "Sahibkarlığın İnkişafı Proqramı"nı (SİP) xatırlayaq. Milyonlarla dollar dəyərində olan bu layihə yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyırdı. SİP Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsi idi.
BP və tərəfdaşlarını Azərbaycan gəncləri ilə də möhkəm dostluq telləri bağlayır. Gənclərlə bağlı son dövrdə həyata keçirilən layihələrdən bir neçəsini göstərmək kifayətdir. Sumqayıt Dövlət Universitetində bu il başlanan layihə ali təhsillə sənaye arasında yeni tərəfdaşlıq imkanı yaratmağa xidmət edir. 
Kimya mühəndisliyi üzrə yeni magistr proqramı iri bir təhsil layihəsidir. Bu, ölkəmizin yüksəkixtisaslı kimya mühəndislərinə tələbatının təmin edilməsinə bir töhfə olacaq. Layihə əsasən Sumqayıt şəhərinin əmək bazarının, sənaye potensialının və xidmət sahələrinin ehtiyaclarını nəzərə alaraq düşünülüb. Sənayenin tələblərinə uyğunlaşdırılmış yeni tədris proqramına kimyəvi proseslər, istehsal prosesləri və ekoloji dayanıqlılıq kimi sahələr daxildir. Proqramın təlim materialları xüsusi olaraq Sumqayıt şəhərinin sənaye və texnoloji müəssisə və şirkətlərinin ehtiyacları üçün hazırlanıb.
Bakı Mühəndislik Universitetində isə BP şirkəti ölkə üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) və kibertəhlükəsizlik sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək məqsədilə yeni laboratoriya açıb. Laboratoriya şirkət tərəfindən xüsusi olaraq alınıb və 30 müasir və innovativ İKT avadanlığı və proqram təminatı ilə təchiz olunub. Gözlənilir ki, hər il 1000-ə yaxın müəllim və tələbə laboratoriyadan istifadə edərək İKT sahəsində öz bilik və bacarıqlarını təkmilləşdirəcək, innovativ İKT-dən istifadə etməyi, təhlükəsiz və səmərəli informasiya sistemləri yaratmağı və saxlamağı öyrənəcək, ümumilikdə isə rəqəmsal transformasiyanı mənimsəyəcək. Buraya əsasən kompüter mühəndisliyi, İKT, kompüter elmləri və kibertəhlükəsizlik-informasiya təhlükəsizliyi sahələrində ixtisaslaşan tələbələr daxildir.
BP-nin öz tərəfdaşları adından həyata keçirdiyi növbəti sosial layihə orta məktəblər üçün nəzərdə tutulub. Əməliyyatçı şirkət bu təhsil layihəsinin artıq uğurla tamamlandığını elan edib. Layihənin məqsədi şagirdlərə sahibkarlıq və biznes liderliyinin əsaslarını aşılamaqda məktəblərə dəstək verməkdir. Layihəyə səkkizinci və doqquzuncu sinif şagirdləri üçün biznes və sahibkarlığın əsas prinsipləri haqqında təhsil materiallarının hazırlanması daxil idi. Bundan əlavə, proqram çərçivəsində kurs təlimatçılarına, eləcə də məktəb müəllimlərinə təlim keçmək məqsədilə kitabça da tərtib olunmuşdu.
Layihə çərçivəsində Azərbaycanın müxtəlif yerlərindən təxminən 34 müəllim təlimçi kimi hazırlanıb. Hazırlanmış təlimçilər də öz növbəsində ölkə üzrə təxminən 600 STEAM müəlliminə təlim keçərək, onları məktəblilərə sahibkarlığın əsaslarını öyrətmək üçün lazımi biliklər və effektiv pedaqoji vasitələrlə təmin ediliblər. Təlim proqramlarında sahibkarlıq düşüncə tərzi və bacarıqlarının inkişaf etdirilməsi, biznes modellərinin inkişafı, biznes ideyalarının hazırlanması, sosial sahibkarlığın tədqiqi, maliyyə savadlılığı, yaradıcı düşüncə və problemlərin həlli kimi mövzular əhatə olunub. 
Daha sonra təlim keçmiş müəllimlər əldə etdikləri bilgiləri ölkənin 51 rayonunda 150 STEAM məktəbində ümumilikdə təxminən 8 min şagirdə ötürüblər. İnteraktiv sessiyalar vasitəsilə şagirdlər biznes-planların hazırlanması, bazarların təhlili və biznes imkanlarının müəyyənləşdirilməsi üzrə xüsusi təlim keçiblər. 
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə BP-nin reallaşdırdığı növbəti layihələr isə həm də "Yaşıl həyat naminə həmrəylik ili" və COP29-a hazırlıq çərçivəsində həyata keçirilən mühüm tədbirlərə dəstək xarakteri daşıyır. Belə ki, bu il ADSEA ilə BP arasında icmalarda su təchizatı ilə əlaqədar vəziyyəti yaxşılaşdırmağa kömək edəcək potensial su layihələrinin müəyyən edilməsi, seçilməsi və həyata keçirilməsi istiqamətində birgə işləmək üçün əməkdaşlıq müqaviləsi imzalanıb.
Əməkdaşlığın ilkin olaraq üç potensial layihəni əhatə edəcəyi gözlənilir. Birinci layihədə məqsəd Göyçay rayonunda yeni su təchizatı sisteminin yaradılmasıdır. Bu sistem sel sularının toplanması, çökdürülməsi və təmizlənməsini təmin edəcək. Təmizlənmiş sudan torpaqların suvarılması üçün istifadə olunacaq. Sistemin ildə 500 min kubmetrdən çox suyu təmizləmək gücündə olacağı nəzərdə tutulur ki, bu da 100 hektara qədər ərazini suvarmağa imkan verəcək.
İkinci layihə Tovuz rayonunda iki yeraltı su təchizatı mənbəyinin - kəhrizin bərpa edilməsi məqsədi daşıyır. Bərpa edildikdən sonra bu iki kəhriz hər il 2,5 milyon kubmetrə qədər şirin suyu təchiz edə biləcək. Bu isə 15 min nəfərə yaxın icma üzvünün məişət istehlakı və torpaqların suvarılması ilə əlaqədar ehtiyaclarını təmin etmək deməkdir.
Üçüncü layihə Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy və Samux rayonlarında içməli su, suvarma və sanitariya təyinatlı 25 su sisteminin yaradılmasına yönəldilib. Layihə ümumi əhalisi təqribən 25 min nəfər olan 20-yə yaxın kənd yaşayış məntəqəsini əhatə edəcək. 
Xatırladaq ki, BP-nin "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları TPAO, SOCAR, SGC, LUKOİL, NİCO, MOL, "Equinor", İNPEX, "ExxonMobil", İTOCHU, "Eni", "TotalEnergies", "ONGCVidesh" şirkətləridir. Onlar Azərbaycanda ən çox töhfə verə biləcəklərinə inandıqları sahələrə yönəlməklə, dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürüblər. Həyata keçirilən geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylər insanlara əhəmiyyətli faydalar gətirir. 

Flora SADIQLI, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:19
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:18
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!