26 Iyul 2024 16:26
94
Elm və texnika
A- A+

Maqnit qasırğalarının qütblərdəki əsrarəngiz təzahürü  

 

Günəşdəki aktivliyin dəyişməsi Yerə təsirsiz ötüşmədiyindən, bu ulduz daim diqqət mərkəzində saxlanılır. Xüsusilə də Günəşdə baş verən partlayışlar zamanı plazma atılmalarının Yerə doğru yönəlməsinin planetimizdəki təzahürləri həm astronomları, həm də dünya ictimaiyyətini maraqlandıran əsas məsələlərdən biridir. Hazırda Günəş 11 illik tsiklik aktivlik dövründə olduğundan partlayışlar intensivləşib ki, bu da plazma atılmalarının artmasına səbəb olub. Yerə doğru yönəlmiş plazma seli isə müxtəlif səviyyəli maqnit qasırğalarına səbəb olur.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, Günəşdə periodik müşahidə olunan alışmalar zamanı tac dəlikləri Günəş küləyi vasitəsilə kosmosa plazma seli yayır. Onların sürəti Yer orbitində bəzən saniyədə 1000 kilometri belə ötür. Bu zərrəciklər əsasən proton və elektronlardan ibarətdir. Küləklə yayılan bu zərrəciklərin bir hissəsi Yerin maqnit qütblərindən atmosferə nüfuz edir. Yer atmosferi əsasən azot və oksigendən təşkil olunub ki, bu zərrəciklər də onların atom və ya molekulları ilə toqquşaraq daha yüksək enerji səviyyəsinə keçmələrinə səbəb olur. Atom və ya molekullar əvvəlki vəziyyətinə qayıtmaq üçün həmin enerjini işıq fotonları şəklində şüalandıraraq qütb parıltılarını yaradır. Qütb parıltılarına Avrora da deyilir. Avrora Roma mifologiyasında Şəfəq Tanrısı kimi təsvir olunur.

Qütb parıltıları maqnit sahəsinə və atmosferə malik göy cisimlərində müşahidə olunur. Müxtəlif vaxtlarda Mars, Yupiter, Saturn, Uran və Neptunda, planetlərin bəzi peykləri, hətta kometada belə avroralar müşahidə olunub.

Adətən səmada sakit halda avroral ovalın diametri 3000 kilometri əhatə edir. Qütb parıltıları 60-720 şimal və cənub paralelləri arasında gecələr görünür və atmosferin 60-1000 kilometr aralığında meydana gəlir. Güclü geomaqnit qasırğaları zamanı isə orta enliklərədək müşahidə olunur. Yerin maqnit qütbü fırlanma oxu ilə 11 dərəcəlik bucaq təşkil edir və meyillilik Şimali Amerika istiqamətində olduğu üçün Avrasiyaya nisbətən daha aşağı enliklərədək qütb parıltılarını görmək mümkündür. Bakı Nyu-Yorkla eyni coğrafi enlikdə olmasına baxmayaraq, biz çox güclü maqnit qasırğaları zamanı belə qütb parıltılarını görə bilmirik, amma orada müşahidə olunur.

Qütblərə doğru getdikcə yaz və yayda qaranlıq saatların sayı azaldığından əsasən payızdan yazadək olan dövr avroraları müşahidə etmək üçün daha əlverişli sayılır. Avroraların yaranması Günəş fəallığına bağlı olduğundan Günəşin aktivliyi 11 illik periodla dəyişdiyi üçün, tsiklin aktiv fazasında qütb parıltılarının da görülmə tezliyi artmış olur.

Avroraların rəngi geomaqnit sahəsinin intensivliyindən və yarandığı hündürlükdən asılı olaraq dəyişir. Yaşıl rəngli avroralar ən çox rast gəlinəndir və oksigen atomlarının şüalanması nəticəsində yaranır. Qırmızı rəng daha yüksəkdə yarandığından və oksigen atomlarının sıxlığı hündürlük artdıqca azaldığından, əsasən güclü geomaqnit qasırğaları zamanı müşahidə olunur. Həmçinin azot molekullarına məxsus göy və bənövşəyi çalarlar qırmızı rəng kimi geomaqnit sahəsinin intensivliyindən asılıdır və güclü geomaqnit qasırğaları zamanı ortaya çıxır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video