24 Avqust 2024 22:12
108
İDMAN
A- A+

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

 

PRO kateqoriyalı məşqçi lisenziyası aldıqdan sonra Premyer Liqada baş məşqçi olmaq istəyirəm.

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın U-14 komandasının məşqçisi Maksim Medvedev deyib.

Azərbaycan millisinin sabiq üzvü baş məşqçi kimi uğur qazanmaq istədiyini bildirib:"Hazırda "Qarabağ"ın 14 yaşadək futbolçulardan ibarət komandasında işləyirəm. Məqsədim uğur qazanmaqdır. Həm də məşqçilik kurslarına gedirəm. PRO kateqoriyalı məşqçi lisenziyası aldıqdan sonra Premyer Liqada baş məşqçi olmaq istəyirəm. Təbii ki, bu birdən-birə olmur. Tədricən hər şey daha da yaxşı olacaq".

34 yaşlı mütəxəssis aşağı yaş qrupundan olan komandalarla işləməyin çətinliklərindən danışıb:"Aşağı yaşda olan futbolçularla işləməyin çətin tərəfləri var. Bəzi şeyləri bir neçə dəfə təkrarlamalı olursan və bir də görürsən ki, dediyin söz sabah yadlarından çıxır. Bundan başqa, bu işin psixoloji tərəfi də var. Bəzilərinə qışqırırsan, anlayışla qarşılayır. Bəziləri isə qəbullana bilmir və bu onun xoşuna gəlmir. İstənilən halda, çalışırıq ki, öz bilik və bacarıqlarımızı onlara öyrədək".

Qeyd edək ki, M.Medvedev 2006-cı ildən 2024-cü ilə qədər "Qarabağ"ın formasını geyinib.

Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video