10 İyul 2024 09:50
597
DÜNYA
A- A+
Makron başını itirib

Makron başını itirib

 

O, yeni hökuməti formalaşdıra bilmir

 

Fransada seçkilərdən 3 gün keçməsinə baxmayaraq parlament çoxluğu formalaşmayıb. Səsvermə nəticəsində Milli Assambleyada üç böyük blok - solçuların və "yaşıllar"ın "Yeni Xalq Cəbhəsi" alyansı, "Birgə" prezident bloku və ifrat sağçı "Milli Birlik" bloku yer alıb. Amma onların arasındakı ziddiyyətlər yeni hökumətin formalaşdırılmasını çətinləşdirir.
Son həftələrdə aparılan rəy sorğularının və çoxsaylı proqnozların əksinə olaraq, solçu qüvvələrin "Yeni Xalq Cəbhəsi" alyansı 2024-cü il iyulun 7-də keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə Fransa Milli Assambleyasında daha çox mandat əldə edib. Səsvermənin nəticələrinə görə, seçkilərin birinci turundan sonra öndə olan və böyük qələbə qazanacağı proqnozlaşdırılan ifrat sağçı "Milli Birlik" gözlənilmədən üçüncü yeri tutub.
Parisin şimal-şərqində tərəfdarlarının keçirdiyi mitinqdə solçu alyansın qeyri-formal lideri Jan-Lük Melanşon solçu koalisiyanın nümayəndəsinin baş nazir təyin olunmasını tələb edərək deyib: "Prezidentin "Yeni Xalq Cəbhəsi"ni ölkəni idarə etməyə çağırmaq səlahiyyəti və məsuliyyəti var. Biz hazırıq".
Qeyd edək ki, seçkilərdə qalib olan solçu qüvvələri millətçilərə qarşı müxaliflikdən başqa, yalnız bir şey birləşdirir - Prezident Makron və onun siyasətinə qarşı kəskin düşmənçilik. O, təkəbbürlükdə, adi fransızların gündəlik qayğılarından tamamilə uzaq olmaqda, bərabərsizliyi gücləndirməkdə və yalnız zənginlərin qayğısına qalmaqda günahlandırılır.
Solçular ilk növbədə Makronun böyük çətinliklə, parlamentdə müzakirəyə çıxarılmadan özbaşına həyata keçirdiyi pensiya islahatını ləğv etmək istəyirlər.
"Yeni Xalq Cəbhəsi" həmçinin zəruri malların qiymətlərini dondurmağı, minimum əməkhaqqını 14 faiz artırmağı, "sərvət vergisini" geri qaytarmağı və artıq mənfəətə yeni vergi tətbiq etməyi vəd edir.
Hazırda Fransa hökumətinə kimin rəhbərlik edəcəyini birmənalı söyləmək çətindir. Seçkilərdən əvvəl Prezident Makron Jan-Lük Melanşonun baş nazir təyin edilməsi imkanının olmadığını qəti şəkildə bildirib. O, Melanşonun "Yenilməyən Fransa" Partiyasının millətçilərdən dörd dəfə pis olduğunu vurğulayıb. 
İndi ekspertlərin proqnozuna görə, Prezident tələsik yaradılmış "Yeni Xalq Cəbhəsi"ni parçalamağa və yalnız mötədil solçularla işləməyə cəhd edə bilər.
Xatırladaq ki, iyulun 8-də Emmanuel Makron ölkənin sabitliyi naminə Baş nazir Qabriel Attalın istefasını qəbul etməyib, ondan vəzifəsində qalmasını istəyib. 
"Renessans" parlament qrupunun keçmiş rəhbəri, hazırda "Birgə" prezident blokundan yenidən seçilən Silven Mayyar hesab edir ki, çoxluğun formalaşması prosesi bir neçə həftə çəkə bilər: "Bizə sadəcə olaraq proqram əsası yaratmaq üçün vaxt lazımdır. Fransada koalisiya və ittifaqlar yaratmaq mədəniyyəti olmadığından, proses bir az daha uzun sürəcək. Ancaq avropalı tərəfdaşlarımıza baxanda  bunun bir neçə həftə çəkdiyini görürük. Yəqin ki, bizim də bir neçə həftəlik müzakirələrimiz olacaq".

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!