01 Sentyabr 2026 12:10
761
İDMAN
A- A+
Lionel Messi Argentina milli komandasında karyerasını bitirdi  

Lionel Messi Argentina milli komandasında karyerasını bitirdi  


Bütün dövrlərin ən böyük futbolçularından olan 39 yaşlı Lionel Messi Argentina milli komandasından getdiyini elan edib. O,  Argentina millisində 207 oyun keçirib, 125 qol vurub və milli komandanın hər iki göstərici üzrə rekordunu yeniləyib. 2022-ci ildə Qətərdə keçirilən Dünya Kuboku yarışında kapitan Messi komandası ilə birlikdə çempion titulunu qazanıb.

İnstaqramda verdiyi açıqlamada səkkizqat "Qızıl top" mükafatçısı milliyə əlindən gələni etdiyini və komandaya bundan artıq heç nə verə bilməyəcəyini bildirib: "Vaxt bitir, səhifələr çevrilir və bu səhifə məni çox incidir... Mən milli komanda üçün əlimdən gələni etdim,  bundan artıq heç nə verə bilmərəm və bundan əlavə, arxamca şansa layiq olan gözəl gənc oyunçular gəlir".

Avqust ayında atası Xorxenin vəfatından sonra Messi sosial mediada futbolla bağlı gələcəyini düşündüyünü yazmışdı. O, etiraf etmişdi ki, Dünya Kuboku finalındakı məğlubiyyətdən iki gün sonra - iyulun 21-də milli komandadan istefa ərizəsi yazıb: "Bu gün, atamın başına gələnlərdən sonra, düzgün qərar verdiyimə həmişəkindən daha çox əminəm". Amma Messi hələ futboldan tamamilə ayrılmayıb, o, Amerika Böyük Futbol Liqasında (MLS) "İnter Mayami" komandasının oyunçusu olaraq qalır.

 Lionel Messi milli komandada ilk dəfə 2005-ci ildə Macarıstana qarşı yoldaşlıq oyununda oynayıb. Argentina matçı 2-1 hesabı ilə qazanıb. Lakin 63-cü dəqiqədə meydana çıxan Messi bir dəqiqədən az müddət sonra rəqibini dirsəklə vurduğuna görə qırmızı vərəqə alıb. Bu uğursuz starta baxmayaraq, onun inanılmaz istedadı sonda öz yerini tutub və Messi həm özü, həm də milli komandası ilə həqiqətən əlamətdar bir futbolçu olub. Onunla birlikdə Argentina 2 dəfə Amerika Kuboku titulunu və Dünya Kubokunu qazanıb.

Dünya Kubokunda vurduğu qolların sayına (21) görə yalnız Fransa millisinin oyunçusu Kilian Mbappe (22) onu üstələyir. Milli komandada vurduğu qolların sayına görə (125) isə yalnız planetin ən yaxşı futbolçusu kimi qeyri-rəsmi titul uğrunda uzun müddət rəqibi olan portuqaliyalı Kriştiano Ronaldodan (146) geri qalır. Messi demək olar ki, bütün karyerasını keçirdiyi "Barselona" ilə klub səviyyəsində mümkün olan bütün kubokları qazanıb, özü də dəfələrlə.

Builki Dünya Kubokunda 39 yaşlı futbolçu 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Nəticədə mundiallarda 12 məhsuldar ötürmə ilə daha bir rekorda imza atıb.

Messi İnstaqram yazısında azarkeşlərə deyib: "Son 20 ildə paylaşdığınız sevgiyə görə təşəkkür edirəm. Xəyal etdiyimiz və komanda yoldaşlarımla birgə sizə verdiyimiz anlarla rahatlıqla və qürurla ayrılıram".


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

22:16
13 Sentyabr

İsveçdə seçki günü 500-ə yaxın insident qeydə alınıb

22:01
13 Sentyabr

"Turan Tovuz" xal itirib, "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib

21:23
13 Sentyabr

Tramp Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb

20:51
13 Sentyabr

Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı Almaniyaya 50,4 milyard avroya başa gəlib

20:49
13 Sentyabr

Nazir: Çimərlik polosu üzrə beynəlxalq yarış ölkəmizdə çox uğurla təşkil olundu

20:17
13 Sentyabr

Macarıstanda dizel yanacağı bahalaşıb, hökumət sürücülərə dəstək göstərmək məcburiyyətində qalıb

19:49
13 Sentyabr

Türkdilli dövlətlərin Vəkillər kollegiyaları arasında əməkdaşlıq genişləndirilir

19:31
13 Sentyabr

TDT-yə üzv ölkələrin nümayəndələri Seyid Yəhya Bakuvinin türbəsini və Tolerantlıq Evini ziyarət ediblər

19:11
13 Sentyabr

Azərbaycan təmsilçisi "Sea Breeze 2026" turnirinin qalibi olub – YENİLƏNİB 2

18:59
13 Sentyabr

Hakan Fidan: Türkiyə Prezidenti yaxın vaxtlarda Suriyaya səfər edəcək YENİLƏNİB

18:19
13 Sentyabr

Nəcibə Arif: Pakistan Ədəbiyyat Akademiyasında Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tərcümə işləri davam etdirilir

14:52
13 Sentyabr

İstanbul aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək

14:01
13 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

13:17
13 Sentyabr

Si Cinpin Qlobal Cənubu beynəlxalq hüququ birgə dəstəkləməyə çağırıb

11:34
13 Sentyabr

Hörmüz boğazında İrana məxsus mülki gəmi vurulub

10:07
13 Sentyabr

Vanuatuda gəminin batması nəticəsində 30 nəfər itkin düşüb

09:48
13 Sentyabr

Peskov: G20 sammitində Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür

07:01
13 Sentyabr

Azərbaycanın Qarsdakı baş konsulu diaspor nümayəndələri ilə görüşüb

22:06
12 Sentyabr

İDMAN Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib

21:37
12 Sentyabr

Media: Azərbaycan-Mərakeş münasibətləri çoxşaxəli tərəfdaşlıq mərhələsinə qədəm qoyub

21:18
12 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!