20 May 2026 18:58
106
CƏMİYYƏT
A- A+
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub  

Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub  


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və “Clean Air Fund” (CAF) təşkilatının tərəfdaşlığı ilə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Yeni şəhər gündəliyində həyat nəfəsi: Davamlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” mövzusunda yüksəksəviyyəli forum təşkil olunub.

AZƏRTAC xəbər verir ki, forumun açılışında Leyla Əliyevanın tədbir iştirakçılarına ünvanladığı müraciət səsləndirilib. Leyla Əliyeva müraciətində qeyd edib ki, hava keyfiyyəti şəhər sakinlərinin sağlamlığı, rifahı və gələcək nəsillər üçün təhlükəsiz yaşayış mühitinin təmin olunması baxımdan mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, təmiz hava məsələsi müasir şəhərsalma gündəliyinin prioritetlərindən birinə çevrilməlidir. Həmçinin IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən fəaliyyətlər, “Bizim Həyət” layihəsi çərçivəsində həyət sahələrinin abadlaşdırılması, eləcə də ağacəkmə, maarifləndirmə və dayanıqlı nəqliyyatın təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib. Hava çirklənməsinin azaldılması, daha yaşıl, dayanıqlı və insanyönümlü şəhərlərin qurulması üçün beynəlxalq səylərin vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirin rəsmi hissəsində çıxış edən BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini Elizabet Maruma Mrema, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ölkə Proqramının rəhbəri Anna Soave, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və CAF-ın nümayəndəsi Sesiliya Vaka Cons çıxışlarında şəhərlərdə hava çirklənməsinin azaldılmasının insan sağlamlığının qorunması, iqlim dayanıqlılığının gücləndirilməsi və daha keyfiyyətli yaşayış mühitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Daha sonra tədbir panel müzakirələri ilə davam edib. IDEA İctimai Birliyinin eksperti Elnur Səfərov, UNEP-in regional əlaqələndiricisi Mahir Əliyev, Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisinin proqram meneceri Dorota Yaroşinska, CAF-ın “Breathe Cities” təşəbbüsünün nümayəndəsi Manuel Truhilyo və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim siyasəti sektorunun müdiri Fuad Hümbətov şəhərlərdə hava keyfiyyətinin yaxşılaşdırılması, ekoloji çağırışların həlli və insan sağlamlığına təsirlərin azaldılması istiqamətində beynəlxalq təcrübə və praktiki yanaşmaları müzakirə ediblər.

Tədbirin yekununda “Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı” adlı kommünike qəbul olunub. Kommünikedə təmiz havanın müasir şəhərsalmanın əsas prinsiplərindən biri kimi tanınması, gələcək Ümumdünya Şəhərsalma Forumlarının gündəliyinə daimi mövzu olaraq daxil edilməsi, eləcə də şəhər planlaşdırılması, nəqliyyat, mənzil siyasəti, yaşıl infrastruktur və ictimai sağlamlıq sahələrində daha sıx əməkdaşlığın təşviq edilməsinə çağırışlar öz əksini tapıb.

Qeyd edək ki, yüksəksəviyyəli forum çərçivəsində, həmçinin “Clean Air Fund”, UNEP və digər tərəfdaşların müxtəlif vizual materialları, eləcə də “Children’s Eyes on Earth” beynəlxalq fotoqrafiya layihəsinin iştirakçılarının işlərindən ibarət sərgi təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Venesuelada 300 məhbus azadlığa buraxılır

22:31
20 May

Azərbaycanda qaz nəqli 2,8 faiz artıb

22:21
20 May

WUF13 çərçivəsində “Şəhərsalma yarmarkası” təşkil olunub  

22:16
20 May

OECD rəsmisi: WUF13-ün təşkilatçılığı məni heyran etdi

21:52
20 May

Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi ilə regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb  

21:39
20 May

Əhalinin istehlak xərcləri 26,1 milyard manatı ötüb

21:27
20 May

WUF13-də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib  

20:58
20 May

Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub

20:48
20 May

Zelenski: Ukrayna Rusiya ordusunun Çerniqov-Kiyev istiqamətində hücum əməliyyatları planlarını təhlil edib  

20:41
20 May

WUF13 çərçivəsində qlobal mənzil öhdəliklərinin icrasına dair parlament üzvlərinin dəyirmi masası təşkil edilib  

20:39
20 May

WUF13-də “Dayanıqlı Şəhər İnkişafı üçün Tranzit Yönümlü İnkişaf və Şəhərlərin Yaşıl Transformasiyası” sessiyası 

20:36
20 May

Bolqarıstan Prezidenti Sumqayıt Sənaye Parkının fəaliyyəti ilə tanış olub  

20:26
20 May

BTC ilə 8,4 milyon tona yaxın neft nəql olunub

20:22
20 May

WUF13 çərçivəsində SPECA Şəhərlər Forumu baş tutub

20:16
20 May

TDT Ağsaqqallar Şurasının sədri Kayseridə “Şuşa Azərbaycan Evi”ni ziyarət edib  

20:14
20 May

Baş prokuror Qarabağ Universitetinin tələbələri üçün mühazirə keçib  

20:06
20 May

WUF13: Şəhər idarəçiliyində məlumat əsaslı strategiyalar və rəqəmsal dönüşüm nəzərdən keçirilib

19:57
20 May

WUF13 çərçivəsində yaşıl, davamlı və yerli mənbəli evlərin qurulması ilə bağlı sessiya baş tutub - YENİLƏNİB  

19:51
20 May

WUF13 çərçivəsində qeyri-formal məskunlaşmaların transformasiyasına dair fikir mübadiləsi aparılıb  

19:47
20 May

İqtisadiyyat Nazirliyində Dünya Bankı Qrupunun vitse-prezidenti ilə görüş olub  

19:41
20 May

WUF13: İqlim dəyişikliyi fonunda Azərbaycan və Latın Amerikasının şəhərsalma təcrübəsi öyrənilib  

19:31
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!