29 Sentyabr 2026 19:48
77
CƏMİYYƏT
A- A+
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Sentyabrın 29-da Müqəddəs Taxt-Tacda “Səmavi dinlər” layihəsi çərçivəsində iudaizm, xristianlıq və İslam dinlərinə həsr olunmuş Azərbaycan xalçaları sərgisinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Açılış mərasimində çıxış edən Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini mədəniyyətin və yaddaşın sülhün əsas sütunları olduğunu bildirərək deyib: "Sərgi müxtəlif dinlər, xalqlar, mədəniyyətlər, dillər və ənənələr arasında dialoq üçün imkan yaratmaq məqsədi daşıyır. Bu, həm də xalçaçılıq sənətinin köklərinin ölkənin ənənələrinə dərindən bağlı olduğu Azərbaycana bir ehtiramdır. Bu gün burada sərgilənən xalçalar çox bacarıqlı sənətkarlar tərəfindən yaradılmış dəyərli nümunələr olmaqla yanaşı, həm də kimliyin və bəşəriliyin təcəssümüdür".

Raffaella Petrini eksponatların həm də dinlərarası dialoq dəyərinin səfirləri olduğunu diqqətə çatdıraraq, sərginin bu cür danışıqlar üçün konkret imkan yaratmaqla yanaşı, Azərbaycan ilə Vatikan arasındakı əlaqələrin mükəmməl ikitərəfli xarakterinin növbəti təsdiqi olduğunu bildirib.

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov ölkəmizin zəngin mədəni irsində xalçanın həmişə Şərqlə Qərbi birləşdirən amil olduğunu deyərək, ölkəmizin əsrlər boyu tarixi İpək Yolunun mühüm tərkib hissəsi olduğunu, regionun ipək istehsalı və xalçaçılıq üzrə əsas mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdırıb.

Bu gün təqdim olunan üç xalçanın bəşəri dəyərlərə həsr olunmuş unikal bədii triptix olduğunu deyən səfir qeyd edib: “Səkkizillik iş prosesində hər üç dinin ənənələrinə tam hörmətlə yanaşılmaqla inanc, dialoq və dözümlülük arasında bədii sintezə nail olunub. Ölkəmizdə Azərbaycan xalqının azad ruhu yalnız dözümlülükdə deyil, həm də ibadət evlərinə və müqəddəs irsə həqiqi hörmətdə özünü göstərir. Bu ruh Azərbaycanda bütün dünyada nümayiş etdirilən dinclik şəraitində birgəyaşayışın özünəməxsus nümunəsini formalaşdırıb. Bu mənada bu gün təqdim olunan xalçalar son dərəcə dəyərli sənət əsərləridir".

Vatikan Muzeylərinin direktoru xanım Barbara Yatta Romanın həmişə gözəlliyi və ideyaları bölüşmək üçün körpülər saldığını qeyd edərək deyib: "Bu möhtəşəm xalçalar Vatikan Muzeylərinin ən mötəbər bölmələrindən birində - Anima Mundi Muzeyində nümayiş olunur. Bildiyiniz kimi, “Anima Mundi” “dünyanın ruhu” deməkdir və biz son 10 ildə muzeyin bu hissəsini belə adlandırmağa qərar vermişik. Muzeyin bu hissəsi ən xüsusi guşələrdən biridir. Yenidən qurulan bu məkanda dünyanın dörd qitəsi təmsil olunur: Avstraliya, Afrika, Amerika və Asiya. Heydər Əliyev Fondu ilə birlikdə məqsədimiz bunları bir araya gətirməkdir. Hər gün muzeyə gələn minlərlə ziyarətçi müxtəlif mədəniyyətləri və inancları birləşdirən bu əsərləri görmək imkanına malik olur”.

Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bu əsərin Azərbaycanda xalçaçılıq sənətində yeni bir eranın başlanğıcı olduğunu qeyd edib və ilk dəfə olaraq 28 qadının səkkiz il ərzində "Səmavi dinlər" ideyasını həyata keçirdiyini deyib.

Onun sözlərinə görə, Azərbaycan həmişə sülhün və müxtəlif dinlərin nümayəndələrinin birlikdə yaşaya bildikləri məkan olub. “Bizim üçün xalça sənətkarlıqdan, ənənəvi incəsənətdən daha üstün bir dəyərdir. Biz bilirik ki, hər bir ənənəvi incəsənət hansısa xalqın ruhunu nümayiş etdirir. Beləliklə, bu gün bu üç xalçada Azərbaycanın və onun xalqının ruhunu görmək mümkündür”, - deyə Ə.Məlikova əlavə edib.

Sonra qonaqlar sərgiyə baxıblar.

Qeyd edək ki, sənət əsəri iudaizm, xristianlıq və İslam dinlərinə həsr edilib, dərin fəlsəfi düşüncənin, milli sənətkarlıq ruhunun təcəssümüdür. Hər üç xalça özündə fərqli dinləri və mədəniyyətləri simvollaşdırır, lakin bir araya gələndə insanlığın ortaq dəyərlərini - sülhü, mərhəməti və ədaləti ifadə edir. Layihə Azərbaycan mədəniyyətinin dərinliyindən gələn universal dəyərlərin, mədəni diplomatiya strategiyasının təcəssümüdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

21:48
29 Sentyabr

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

20:59
29 Sentyabr

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

20:59
29 Sentyabr

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

19:48
29 Sentyabr

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

19:37
29 Sentyabr

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib  

18:59
29 Sentyabr

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

18:57
29 Sentyabr

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

18:48
29 Sentyabr

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

18:34
29 Sentyabr

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib  

18:09
29 Sentyabr

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

17:57
29 Sentyabr

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb  

17:44
29 Sentyabr

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

17:34
29 Sentyabr

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib  

17:11
29 Sentyabr

Ələt Azad İqtisadi Zonasına Malayziyadan investor marağı

17:08
29 Sentyabr

Torpağın sərhədlərini müəyyənləşdirmək artıq bir neçə kliklə mümkündür

17:04
29 Sentyabr

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir  

16:59
29 Sentyabr

Fabriklərdə işləyən robotların sayı rekord həddə çatıb  

16:53
29 Sentyabr

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb  

16:48
29 Sentyabr

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

16:38
29 Sentyabr

Sabah yağıntılar kəsiləcək

16:37
29 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!