19 Yanvar 2026 09:22
165
CƏMİYYƏT
A- A+
Leyla Əliyeva Əddis-Əbəbədə Adva Zəfər Muzey Kompleksində olub  

Leyla Əliyeva Əddis-Əbəbədə Adva Zəfər Muzey Kompleksində olub  


Leyla Əliyeva Adva Zəfər Muzey Kompleksində olub.

AZƏRTAC xəbər verir ki, Adva Zəfər Muzeyi 1896-cı il martın 1-də Adva döyüşündə İtaliya işğalçıları üzərində qazanılan qələbəyə həsr olunan memorial kompleksdir. Kompleks Əddis-Əbəbə şəhərinin mərkəzində, vaxtilə ölkənin hər yerindən gələn efiopiyalıların Adva döyüşünə yollanmazdan əvvəl toplandığı məkanda yerləşir. Bu tarixi hadisə həm Efiopiya, həm də bütövlükdə Afrika qitəsi üçün xalqın azadlıq uğrunda nümayiş etdirdiyi birlik və qətiyyəti simvollaşdıraraq böyük əhəmiyyət kəsb edir. Sözügedən döyüşdə Efiopiya parlaq qələbə qazanaraq öz müstəqilliyini qoruyub və Afrika tarixində müstəmləkəyə çevrilməyən yeganə dövlət olub.

Memorialın girişində imperator II Menelik və imperatriçə Taytu Bitulun, eləcə də həmin dövrdə orduya rəhbərlik etmiş 12 generalın heykəlləri ucaldılıb.

Muzeydə pan-afrikaçılığa həsr olunan, Efiopiyanın digər Afrika ölkələri və onların liderləri ilə əməkdaşlığını vurğulayan xüsusi bölmə mövcuddur. Kompleksdə müxtəlif müasir və qədim sənət əsərləri ilə yanaşı, həmin dövrə aid nadir artefaktlar – qalxanlar, qılınclar, atıcı silahlar, sənədlər və digər tarixi relikviyalar nümayiş olunur. Kompleksə sərgi salonlarından əlavə, amfiteatr, kitabxanalar və gənclər mərkəzləri də daxildir.

XXX

Leyla Əliyeva Əddis-Əbəbənin ən böyük istirahət məkanı olan “Dostluq” Parkını da ziyarət edib.

Parkın mərkəzindəki möhtəşəm musiqili fəvvarənin nümayişi ətrafda sehrli bir atmosfer yaradıb. Azərbaycan xalq mahnılarının həzin sədaları altında rəqs edən su damlaları, musiqinin akkordları ilə harmoniya təşkil edərək zərif bir sənət əsərini xatırladıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“İlin Alimi-2025” mükafat müsabiqəsinin nəticələri açıqlanıb  

11:28
19 Yanvar

Tramp Tokayevi və Qazaxıstanı Sülh Şurasına dəvət edib  

11:25
19 Yanvar

Dünya bazarında qızıl 80 dollaradək bahalaşıb  

11:24
19 Yanvar

Ötən il ölkədə olan sənaye məhsulu istehsalı açıqlanıb  

11:16
19 Yanvar

Gənclər Kitabxanasında Xalq artisti, kinorejissor Eldar Quliyevin xatirəsi anılıb

11:03
19 Yanvar

Dünya birjalarında neft ucuzlaşıb  

10:52
19 Yanvar

20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsinin sarsılmazlığını və mətinliyini göstərdi  

10:47
19 Yanvar

Pakistanda ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 11 nəfərə çatıb

10:33
19 Yanvar

Ötən il Azərbaycan iqtisadiyyatı 1,4 faiz artıb  

10:26
19 Yanvar

20 Yanvar faciəsi ilə bağlı ilk etiraz səsini ucaldan Ulu Öndər Heydər Əliyev oldu  

10:13
19 Yanvar

Çin əhalisi ötən il 3,39 milyon nəfər azalıb  

09:31
19 Yanvar

Almaniya ABŞ hərbi bazalarının icarə haqqını artıra bilər  

09:30
19 Yanvar

İspaniyada qatar qəzasında ölənlərin sayı 21-ə çatıb  

09:29
19 Yanvar

Kəlbəcərdə uşaqların kirşə əyləncəsi  

09:28
19 Yanvar

Avropa Parlamenti Aİ–ABŞ ticarət sazişinin ratifikasiyasını dayandırır  

09:26
19 Yanvar

Zelenski: Rusiya Ukraynanın nüvə elektrik stansiyalarına zərər verməyə çalışır  

09:24
19 Yanvar

Aİ ABŞ-a qarşı 93 milyard avro dəyərində cavab tədbirləri planlaşdırır  

09:24
19 Yanvar

Leyla Əliyeva Əddis-Əbəbədə Adva Zəfər Muzey Kompleksində olub  

09:22
19 Yanvar

Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib  

09:20
19 Yanvar

Aleksandr Sırski: Ukrayna hücum əməliyyatlarına hazırlaşır  

21:11
18 Yanvar

Almaniya Kansleri: Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik və koordinasiya içindəyik  

20:59
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!