27 İyul 2024 09:31
8295
Turizm
A- A+
Lahıc - zamanların qovuşduğu məkan

Lahıc - zamanların qovuşduğu məkan

 

Üzü dağlara tərəf uzanan yollarda maşınlar gözə çox dəyirdi. Son günlər havalar isti keçdiyindən gediş-gəlişdə canlanma hiss olunurdu. Hamı gözəlliyi dillər əzbəri olan bu qədim məkana tez gedib çatmağa tələsirdi. Söhbət gözəlliyi və qədimliyi ilə diqqətçəkən Lahıcdan gedir. Lahıca aparıb qovuşduracaq yolların da mənzərəsi ayrı bir aləm idi. Hər addımda ehtiyatlı olmalı, avtomobili aşağı sürətlə sürməlisən. Hündür ağaclar sanki yola qalın kölgə salmaq üçün bir-biri ilə əl-ələ tutuşmuşdular. 
Zərnava kəndindəki sərt döngələrin birində maşınların yolun sağ tərəfində bir xətt boyunca ard-arda düzüldüyünü görüb dayanmalı olduq. Fikirləşdik ki, yəqin qəza-filan baş verib. İçimizdə həyəcan yükü, beynimizdə narahat duyğu və düşüncələr maşınların arasından irəli keçib getdik. Qəflətən qarşımızda bu yerlərin gözəlliyinin daha bir möhtəşəm və bənzərsiz səhifəsi açıldı. Yanaşı dayanmış uca dağların arasından şırıltı qopararaq heç yerə tələsməyən çay axıb keçirdi. Sahildə islanmış irili-xırdalı daşlar par-par parıldayaraq sayrışıb göz qamaşdırırdı. Səmaya əl uzadan bir-birinə bənzəməyən iki dağın arasından kanat körpü asılmışdı. Lahıca gedən həm xarici turustlərin, həm də ölkə vətəndaşlarının diqqətini ilk növbədə elə bu asma körpü cəlb edir. Turistlər, uşaqlar körpüylə çıxıb hərəkət etməyə, o tərəf-bu tərəfə adlamağa böyük həvəs göstərirlər. Asma körpü ilə üzbəüz iri və sərt qayalar ilk baxışda adama vahiməli, qorxulu görünür. Amma sonra yavaş-yavaş sanki qayalar adamla doğmalaşır. Qayaların üstündə heç torpağın, suyun belə əli çatmadığı yerlərdə güllər, çiçəklər açmışdı. Bu da təbiətin bir möcüzəsidir. 
Lahıca yaxınlaşdıqca yollar adamda vahimə yaradırdı. Nə vaxtsa buralarda təbiətə güc gəlmək istəyən insanlar, onun nizamını pozmuş, dağları partladıb, qayaları parçalayıb, torpağı yarıb yol çəkmişdilər. Bəzi hündür qayalara baxanda narahat olursan ki, elə indicə hər şey yerindən qopub düşəcək. Uzaqdan baxanda dağların sinəsində xal kimi görünən iri qayalar nərilti-gurultu salaraq üzü aşağı - üstümüzə dığırlanacaq. Ürəyimizdə həyəcan yükü, asta-asta yolumuza davam edirik. Amma nə dağlar yerindən qopur, nə də qayalar üstümüzə aşır. İlk dəfə bu yerlərə ayaq qoyduğumuzdan ətrafdakı gözəlliyə baxmaqdan gözlərimiz doymur. Bilmirik ki, hara, hansı tərəfə daha çox baxaq? 
Lahıc hündür dağların ətəyində yerləşir. Əsrlərdir, bu dağlar Lahıcı ovucunun içində saxlayıb yerdən, göydən gələn təhlükələrdən qoruyur. 
Lahıcın küçələri, döngələri, yolları bir anlıq bizə qədimdən qədim olan İçərişəhərimizi xatırladır. Keçib getdiyimiz küçələrə, məhəllələrə iri, yastı daşlar döşənib. Bu iri daşların üstü ilə addımladıqca sanki hiss edirik ki, burada Yer kürəsi ayağımızın altında daha da möhkəm dayanıb. Burada nələr satılmır? Ürəyindən keçən hər şeyi mağazalarda tapa bilərsən. Ən çox da satışa miskərlik sənətinin nümunələri çıxarılıb. Lahıcda oğullar atalarının, babalarının sənətini böyük həvəslə, sevə-sevə davam etdirib yaşadırlar. Bu gözəl el sənətini çiyinlərində bu gündən gələcəyə daşıyıb aparırlar, nəsildən-nəslə ötürürlər. 
Ətrafda turistlər daha çox gözə dəyir. Mağazaların sırası ilə irəli addımladıqca sanki üzü keçmişə gedirsən. Elə bil burada zaman donub, bu günlə-dünən, keçmişlə-gələcək bir-biri ilə möhkəmcə əl-ələ tutub. 
Lahıca gələn turistlər satışa çıxarılmış qədim əşyalara böyük maraqla baxır, ustalarla şirin-şirin söhbət edirlər. Hiss olunur ki, milli geyimlərimiz turistlərin diqqətini özünə daha çox cəlb edir.
 Daş döşənmiş küçələrlə irəli getdikcə sanki ötən illərlə üz-üzə qalırıq. Ətrafda gördüklərimiz bir anlıq bizi sehrləyir. Sanki sirlərlə dolu olan nağıllar aləminə düşürük. Darısqal küçələrdə tez-tez bulaqlarla da rastlaşırıq. Buz kimi soyuq sudan içir, dağların havasını, gül-çiçəklərinin ətrini ciyərimizə çəkirik. Bulaqlara müxtəlif adlar qoyublar. Bizi ən çox cəlb edən "Qoşa bulaq" oldu. Uca dağlardan dəmir borularla süzülüb gələn su kiçik nohurda birləşərək qıjha-qıjla axıb gedir. 
Dar küçələri xeyli gəzib dolaşdıq, bizi sehrinə salmış gözəllikləri göz dolusu seyr etdik. Ətrafda gördüyümüz hər şey bizi özünə cəlb edirdi. Xeyli gəzib dolaşdıqdan sonra üzü yuxarı bir-birinə söykənən dağlara tərəf getdik. Lahıcın zirvəsi göylərə söykənən dağları küçələrinin, məhəllələrinin gözəlliyinə rəng qatıb tamamlayırdı. 
Addım-addım qabağa getdikcə qulaqlarımıza daim insana rahatlıq və həzinlik gətirən su şırıltısı gəlir. İki əzəmətli dağın arasından çay axır. İlan kimi dağların arasından qıvrılıb keçən çay sanki şırıltısı ilə göz işlədikcə uzanıb gedən bu gözəlliyə, zamanları özündə qovuşduran Lahıca əbədi laylay çalır. Həzin, şirin və doyumsuz bir laylay...

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"                 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aktauda baş vermiş təyyarə qəzasında həlak olanların sayı məlum olub  

21:11
25 Dekabr

Təyyarə qəzasında yaralananlar üçün həkimlər Aktauya gəlib

21:10
25 Dekabr

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

21:09
25 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçdən

21:08
25 Dekabr

Dövlət Komissiyası: Xəsarət almış vətəndaşlarımızın evakuasiyası ilə əlaqədar müvafiq tədbirlər görülür  

21:08
25 Dekabr

“Aktyor sənətini öyrən” layihəsi davam edir

21:07
25 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlər aparılır  

21:06
25 Dekabr

Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib

21:05
25 Dekabr

Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin son tam texniki yoxlanışı bu ilin oktyabrında aparılıb

21:04
25 Dekabr

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

21:03
25 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

21:02
25 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

21:01
25 Dekabr

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan  

21:01
25 Dekabr

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

21:00
25 Dekabr

Qazaxıstan FHN Aktauda təyyarə qəzası ilə bağlı son məlumatları açıqlayıb

19:49
25 Dekabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ

19:42
25 Dekabr

AZAL: İstintaq prosesi başa çatanadək Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reyslər dayandırılır  

19:36
25 Dekabr

Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər YENİLƏNİB 2

18:58
25 Dekabr

TBMM-in sədri təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədrinə başsağlığı verib  

18:47
25 Dekabr

Dekabrın 31-dən yanvarın 2-dək ölkə ərazisində gözlənilən ilkin hava proqnozu  

18:32
25 Dekabr

AZAL təyyarə qəzasında həyatını itirən sərnişinlərin yaxınlarına başsağlığı verib  

17:47
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!