06 Oktyabr 2026 11:22
480
İQTİSADİYYAT
A- A+
Laçında daha üç su elektrik stansiyası tikilir

Laçında daha üç su elektrik stansiyası tikilir


“AzərEnerji” tərəfindən Laçın rayonunda ümumi gücü 10,7 meqavat olan daha üç su elektrik stansiyası inşa edilir.

“AzərEnerji”dən AZƏRTAC-a bildirilib ki, Şəlvə çayının Laçın rayonundan keçən hissəsində tikilən 4,59 meqavatlıq “Seyidlər”, 3,16 meqavatlıq “Bülövlü” və 2,93 meqavatlıq “Qoşasu” Su Elektrik stansiyalarının hər biri üçün suqəbuledici qurğular inşa olunub. Mürəkkəb dağlıq relyefdə stansiyalara suyun çatdırılması üçün ümumilikdə, 14,5 kilometr uzunluğunda derivasiya boru xətləri çəkilib.

Hazırda hər üç stansiyada tikinti işləri yekunlaşmaq üzrədir. Stansiyalarda turbin və generatorların quraşdırılması həyata keçirilir. İşlərin yaxın aylarda başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, son 6 il ərzində “AzərEnerji” tərəfindən Laçın rayonunda ümumi gücü 72,6 meqavat olan 11 su elektrik stansiyası tikilərək istismara verilib. Yeni üç stansiyanın da istifadəyə verilməsi ilə rayonda fəaliyyət göstərən su elektrik stansiyalarının sayı 14-ə, ümumi gücü isə 83,3 meqavata çatacaq.

Hazırda Laçın rayonunun 8-10 meqavatlıq elektrik tələbatı tam olaraq su elektrik stansiyalarında istehsal olunan yaşıl enerji hesabına qarşılanır. Tələbatdan artıq istehsal olunan elektrik enerjisi isə ölkənin vahid enerjisisteminə ötürülür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şahbaz Şərif: 8 Noyabr Azərbaycan xalqının cəsarətinin, əzminin və fədakarlığının tarixi sübutudur  

11:43
08 Noyabr

Birliyimizin zəfəri    

10:58
08 Noyabr

Böyük Qayıdış və Qarabağda başlayan yeni həyat

10:56
08 Noyabr

Azərbaycan tarixinin qürur salnaməsi

10:53
08 Noyabr

Postmüharibə dövründə şəhid ailələri və müharibə veteranlarına göstərilən xidmətlərin sayı açıqlanıb  

10:34
08 Noyabr

Ərdoğan ilə Tramp arasında telefon danışığı olub

10:33
08 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

10:20
08 Noyabr

Bu gün Şuşa Şəhəri Günüdür

08:14
08 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi kadrları ilə bağlı paylaşım edilib VİDEO

20:40
07 Noyabr

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

20:38
07 Noyabr

“AzerGold” kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir

19:41
07 Noyabr

Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yayıb

18:54
07 Noyabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

18:31
07 Noyabr

UNESCO-nun himayəsi altında Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzinin direktoru Oljas Süleymenovdan

18:21
07 Noyabr

Qaradağ rayonunda “Zəfərin işığında” adlı tədbir keçirilib

17:03
07 Noyabr

FHN-də Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib

16:51
07 Noyabr

CENTCOM-dən 20 milyon dollarlıq mükafat

16:43
07 Noyabr

Zəfər Günü xalqımızın milli qürurunun, ləyaqətinin və sarsılmaz iradəsinin təntənəsidir

16:35
07 Noyabr

Böyük Qayıdış uğurla reallaşır

16:01
07 Noyabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub  

15:12
07 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

15:07
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!