03 Avqust 2023 01:40
9549
Qanunlar
A- A+
"Kredit ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

"Kredit ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
"Kredit ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 485; 2001, № 12, maddə 736; 2010, № 10, maddə 839; 2016, № 3, maddə 408; 2019, № 1, maddə 32, № 6, maddə 993, № 8, maddə 1366; 2021, № 7, maddə 704,   № 12, maddə 1298; 2023, № 3, maddə 334) aşağıdakı dəyişikliklər edilsin:
1. 5-ci maddə üzrə: 
1.1. 8-ci hissədə "bank əməliyyatı aparmaq" sözləri "bu Qanunun 4-cü maddəsinə uyğun olaraq kreditlərin verilməsi" sözləri ilə və "maliyyə bazarlarına nəzarət orqanından" sözləri "Azərbaycan Respublikasının Mərkəzi Bankından (bundan sonra - Mərkəzi Bank)" sözləri ilə əvəz edilsin; 
1.2. 9-cu və 10-cu hissələrdə "Maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;
1.3. aşağıdakı məzmunda 11-ci hissə əlavə edilsin: 
"11. Kredit ittifaqlarının fəaliyyəti üzərində nəzarət tədbirləri, o cümlədən aparılan yoxlamalar Mərkəzi Bank tərəfindən "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.".    
 2. 9-cu maddənin 1-ci hissəsinin ikinci cümləsində "maliyyə bazarlarına nəzarət orqanına" sözləri "Mərkəzi Banka" sözləri ilə əvəz edilsin.
3. 15-1.1-ci maddədə "Azərbaycan Respublikasının Mərkəzi Bankının" sözləri "Mərkəzi Bankın" sözləri ilə əvəz edilsin. 
4. 17-ci maddə üzrə:
4.1. 2-ci hissəsinin ikinci cümləsində və 5-ci hissədə "Azərbaycan Respublikasının Mərkəzi Bankı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;
4.2. 3-cü hissədə hər iki halda "Azərbaycan Respublikasının Mərkəzi Bankına" sözləri "Mərkəzi Banka" sözləri ilə əvəz edilsin və həmin hissədə birinci halda "və" sözü "və ya" sözləri ilə əvəz edilsin.
5. 18-ci maddənin 2-ci hissəsində "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin.
6. 22-ci maddənin 6-cı hissəsindən "bank fəaliyyəti üçün" sözləri çıxarılsın.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub  

22:47
31 Oktyabr

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

22:44
31 Oktyabr

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar  

22:43
31 Oktyabr

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub  

21:09
31 Oktyabr

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb  

20:07
31 Oktyabr

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır  

19:57
31 Oktyabr

İran müharibə ehtimalını istisna etmir

18:57
31 Oktyabr

Ukrayna Prezidenti İstanbulda səfərdədir

18:32
31 Oktyabr

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub  

18:01
31 Oktyabr

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

17:03
31 Oktyabr

Milli kimliyimizin və mənəvi bütövlüyümüzün təcəssümü

16:59
31 Oktyabr

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

16:41
31 Oktyabr

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

16:40
31 Oktyabr

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

16:39
31 Oktyabr

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

15:25
31 Oktyabr

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

15:24
31 Oktyabr

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

15:23
31 Oktyabr

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

15:16
31 Oktyabr

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

15:14
31 Oktyabr

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

14:35
31 Oktyabr

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb

14:33
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!