20 Noyabr 2026 17:23
169
CƏMİYYƏT
A- A+
Bakı Təşəbbüs Qrupunun sosial media hesablarına Fransa və Hindistan ərazisindən kiberhücumlar olub

Bakı Təşəbbüs Qrupunun sosial media hesablarına Fransa və Hindistan ərazisindən kiberhücumlar olub

Son dövrlər yenidən Bakı Təşəbbüs Qrupunun (BTQ) rəqəmsal informasiya resurslarına qarşı xarici ölkələrdən məqsədyönlü və sistemli şəkildə kiberhücumlar həyata keçirilir.

Bu barədə AZƏRTAC-a Bakı Təşəbbüs Qrupundan məlumat verilib.

Bildirilib ki, təşkilatın sosial media hesablarına qarşı ardıcıl giriş cəhdləri, kütləvi və əsassız şikayətlər vasitəsilə səhifələrin bloklanmasına yönəlmiş addımlar, eləcə də rəsmi internet saytının normal fəaliyyətini pozmağa istiqamətlənmiş kiberhücumlar ciddi narahatlıq doğurur.

"Aparılan texniki araşdırmalar və təhlillər rəsmi internet saytına və sosial media hesablarına yönəlmiş kiber fəaliyyətin əhəmiyyətli hissəsinin Fransa və Hindistan ərazisindəki şəbəkələrdən qaynaqlandığını göstərir.

BTQ müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi, onların səslərinin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də müxtəlif siyasi tərəflərin özünü sərbəst ifadə etməsi üçün açıq və azad platforma rolunu oynayır. Belə bir təşkilatın sosial media hesablarına sistemli şəkildə kiberhücumlar həyata keçirmək söz və ifadə azadlığına, fikir müxtəlifliyinə və açıq dialoq prinsiplərinə ziddir.

Hesab edirik ki, fərqli mövqelərin ifadə edilməsinin qarşısını almağa cəhdlər etmək, alternativ fikirləri susdurmağa və informasiya mübadiləsini məhdudlaşdırmağa çalışmaq fundamental insan hüquqlarını kobud şəkildə pozur. Mövcud fikir ayrılıqları kiberhücumlar və rəqəmsal platformaların bloklanması yolu ilə deyil, qarşılıqlı hörmətə əsaslanan açıq və konstruktiv dialoq vasitəsilə həll edilməlidir.

Bu baxımdan təşkilatımızın fəaliyyətinə qarşı hücumları sifariş verən və ya həyata keçirən dövlətləri qanuni fəaliyyətimizə mane olmaqdan çəkinməyə çağırırıq.

Bakı Təşəbbüs Qrupu bütün bu təzyiq və maneələrə baxmayaraq, müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi, söz azadlığının təşviqi və beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirəcək", - deyə BTQ-nin məlumatında vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxda V İdman Festivalının açılış mərasimi olub

22:47
20 Noyabr

Premyer Liqa: "Sabah" səfərdə "Sumqayıt"ı darmadağın edib

21:49
20 Noyabr

Ağdam Şəhəri Günü münasibətilə keçirilən tədbirlər möhtəşəm atəşfəşanlıqla başa çatıb

21:42
20 Noyabr

Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri qeyd edilib

21:39
20 Noyabr

Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub

19:53
20 Noyabr

Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb

19:31
20 Noyabr

Azərbaycanın hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib

18:59
20 Noyabr

“Azərişıq” sədri Gəncədə vətəndaşlarla görüşüb

18:57
20 Noyabr

Azərbaycan və Belarus hərbçiləri rabitə sahəsində təcrübə mübadiləsi aparıblar

18:09
20 Noyabr

2027-ci ilin büdcə zərfinə daxil olan sənədlər ikinci oxunuşda müzakirə olunub  

17:44
20 Noyabr

Bakı Təşəbbüs Qrupunun sosial media hesablarına Fransa və Hindistan ərazisindən kiberhücumlar olub

17:23
20 Noyabr

Rusiya XİN Bakı ilə İrəvan arasında sülhü Cənubi Qafqazda tərəqqinin şərtlərindən biri adlandırıb

17:21
20 Noyabr

Ağdam Muğam Mərkəzində rəsm və fotosərgilər, eləcə də ustad dərsləri təşkil olunub

17:19
20 Noyabr

Azərbaycan onlayn xidmətlərin inkişaf səviyyəsinə görə Avropa və yüksəkgəlirli ölkələrin göstəricilərini ötüb

17:17
20 Noyabr

Doqquz ayda ölkədə 75 üçəm doğulub

17:15
20 Noyabr

Mərkəzi Asiya ölkələrinin turizm təmsilçiləri Azərbaycanda tanışlıq səfərində olublar

17:14
20 Noyabr

Antalyada keçirilən COP31 tədbirində Azərbaycanda aparılan sosial islahatlardan danışılıb

17:13
20 Noyabr

Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda qələbəni əldən verib

17:11
20 Noyabr

Fransada polisə silahdan istifadə imtiyazı verən qanun layihəsinə etiraz edilib  

16:27
20 Noyabr

Qətər Hörmüz boğazı böhranına qarşı beynəlxalq birgə fəaliyyətə çağırıb

16:13
20 Noyabr

Beyin fəaliyyəti ilə bağlı yeni araşdırma aparılıb  

16:03
20 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!