19 Noyabr 2022 00:27
4520
Elm və texnika
A- A+
Kosmonavt geyiminin hazırlanması

Kosmonavt geyiminin hazırlanması

 

Kosmik kostyum və ya skafandr kosmosun sərt mühitində, vakuumda və həddindən artıq olan temperaturda kosmonavtı qoruyan xüsusi geyimdir.
Skafandr atmosfer və radiasiyadan qorunmaq kimi bir çox xüsusiyyəti özündə birləşdirməklə yanaşı, həm də geyimi geyinən şəxsə rahatlıq hissini bəxş edir. Bu kostyumları kabinədə təzyiqin itirilməsi zamanı təhlükəsizlik tədbiri kimi kosmik gəminin içərisində və ya gəmidən kənarda görülən işlər zamanı geyinirlər. 
Müxtəlif məqsəd və xüsusiyyətlərinə görə 3 növ skafandr mövcuddur: "IVA" (daxili fəaliyyət), "EVA" (xarici aktivlik) və "IEVA" (daxili fəaliyyət və xarici aktivlik). "IVA" kostyumları təzyiqli kosmik gəminin içərisində geyinmək üçün nəzərdə tutulub və buna görə də onlar daha yüngül və rahat olurlar. IEVA kostyumları isə kosmik gəminin daxilində və xaricində istifadə üçün yararlıdır. Onlara mikrometeoroidlərdən və həddindən artıq temperatur dəyişikliyindən qorunma kimi kosmosun bütün sərt şərtlərinə dözümlülük daxildir. "EVA" kostyumları isə gəmidən kənarda, ya planetar tədqiqatlar və yaxud da kosmosda gəzintilər üçün istifadə olunur. Onlar istifadəçini məkanın bütün şərtlərindən qorumalı, həmçinin hərəkətlilik və funksionallıqla təmin etməlidir.
İlk kosmonavt kostyumları 1930-cu illərdə fərdi ixtiraçılar tərəfindən hazırlanıb. İxtiraçılar sırasında yer alan ispan mühəndis Emilio Herrera Linares xüsusilə seçilmişdi. Belə ki, onun dizayn etdiyi prototip kostyum 1935-ci ildə sınaqdan keçirilib və qarşıya qoyulan bütün çətinliklərin öhdəsindən gəlib. Geyim istifadəçini günəş radiasiyasından qoruya, temperaturun dəyişməsinə, həddindən artıq təzyiqlərə müqavimət göstərə və iki saata qədər oksigenlə təmin edə bilib. Kosmik kostyumun ən böyük uğuru onda idi ki, mühəndis geyimin birləşmələrinə qarmon formalı hissələr verərək hərəkəti asanlaşdırıb. Bu kosmik kostyumun çəkisi 127 kiloqram idi. Bu çəki NASA-nın 1982-ci ildən bəri istifadə etdiyi kostyumlardan cəmi üç kiloqram çoxdur.
İnsanın kosmosda geyindiyi ilk skafandr isə 1961-ci ildə Yuri Qaqarinin geyindiyi sovet SK-1 kostyumu olub. Daha sonra 1969-cu ildə Nil Armstronq aya ilk uçuşu zamanı "A7L" modelli xüsusi hazırlanmış skafandr geyinib. Bu geyimin o zaman dəyəri 100 min dollar (bu gün 670 min dollardan çox) məbləğində qiymətləndirilib. Dəbilqə, əlcəklər və oksigen təmin edən bel çantasından ibarət olan kostyum 21 qat sintetik, neopren kauçuk və metallaşdırılmış polyester plyonkalardan hazırlanıb. Armstronq bu geyimlə havasız Ayın həddindən artıq isti və soyuqluğundan, ölümcül ultrabənövşəyi günəş radiasiyasından və digər təhlükələrdən qorunub. 

Aydan XƏLİLOVA

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hörmüz boğazı yenidən bağlanıb

23:07
18 Aprel

Premyer Liqa: "Sabah" "Qarabağ"a qalib gəlib

21:34
18 Aprel

Kiyevdə insanlara atəş açan Moskva sakini olub YENİLƏNİB-2 

20:33
18 Aprel

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb

19:29
18 Aprel

İrakli Kobaxidze: Gürcüstan Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyir  

18:26
18 Aprel

Premyer Liqa: "Şamaxı" autsayderə uduzub

18:08
18 Aprel

Bu gün paytaxtda 556 küçə yuyulub YENİLƏNİB

18:01
18 Aprel

Lavrov və Fidan Yaxın Şərqdə baş verənləri müzakirə ediblər

17:24
18 Aprel

Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub 

17:16
18 Aprel

TÜRKPA Baş katibi ŞKTC-nin fəaliyyətinə dəstəyin davam edəcəyini vurğulayıb

17:09
18 Aprel

Qarabağ Universiteti Türk dünyasında turizmin gələcəyinə həsr olunan konfransda ölkəmizi təmsil edib  

16:48
18 Aprel

Deputat: Türkiyə Böyük Millət Məclisi TÜRKPA-nın fəaliyyətinə dəstəyi davam etdirməyə hazırdır

16:27
18 Aprel

Kür çayında suyun səviyyəsi artıb, bəzi nasos stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılıb VİDEO  

16:08
18 Aprel

Ramiz Ələkbərov: Humanitar yardım məsələlərinə münasibətin dəyişməsi zəruridir  

16:01
18 Aprel

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Antalyada “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı paneldə iştirak edib 

15:55
18 Aprel

Muxtar Babayev: Özəl sektorun marağını yenidən iqlim maliyyələşdirilməsinə yönəltmək vacibdir

15:22
18 Aprel

İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib  

15:13
18 Aprel

Moldova mediası: Dünya şəhərlərinin gələcəyi Bakıda müəyyənləşəcək

15:02
18 Aprel

TÜRKPA və AQEM arasında davamlı əməkdaşlığın vacibliyi vurğulanıb

14:48
18 Aprel

Elçin Əmirbəyov: Orta Dəhlizin əhəmiyyəti daha da artır

14:38
18 Aprel

Ramiz Ələkbərov: Dünya bir çox hallarda ikili standartlardan qaça bilməyib  

14:15
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!