18 Aprel 2026 15:13
612
DÜNYA
A- A+
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib  

İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib  


Təxminən 50 gün əvvəl İrana qarşı başlayan müharibə nəticəsində hasil olunmayan neftə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib və böhranın nəticələri aylarla, hətta illərlə hiss olunacaq.

AZƏRTAC xəbər verir ki, analitiklərin hesablamaları və “Reuters” agentliyinin məlumatları bunu göstərir.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Livanda əldə olunmuş atəşkəs razılaşmasından sonra Hörmüz boğazı açıqdır. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp isə İranla müharibənin dayandırılması barədə razılaşmanın “yaxın vaxtlarda” əldə olunacağını düşündüyünü deyib, lakin konkret müddətlər hələ məlum deyil.

“Kpler” şirkətinin məlumatına görə, fevralın sonundan başlayan böhran dövründə dünya bazarından 500 milyon bareldən çox neft və kondensat çıxarılıb. Bu, müasir tarixdə enerji təchizatında ən böyük pozuntudur.

“Wood Mackenzie” şirkətinin baş analitiki İen Moyat bildirib ki, bazardan 500 milyon barel neftin çıxması qlobal miqyasda aviasiya daşımalarına tələbatın 10 həftə azalmasına, bütün dünyada avtomobil səfərlərinin 11 gün tam dayandırılmasına və qlobal iqtisadiyyata neft tədarükünün 5 gün ərzində olmamasına bərabərdir.

“Reuters”in qiymətləndirmələrinə görə, bu həcm ABŞ-də təxminən 1 aylıq, Avropada isə 1 aydan çox müddət üçün neft tələbatını ödəməyə kifayət edir.

500 milyon barel neft 2021-ci maliyyə ilindən başlayaraq illik təxminən 80 milyon barel istehlak əsasında hesablandıqda, ABŞ hərbi qüvvələrinin təxminən 6 illik yanacaq istehlakı həcminə bərabərdir. Bu, dünya üzrə beynəlxalq gəmiçilik sahəsinin təxminən 4 ay işləməsi üçün kifayət edən yanacaq həcmidir.

İranın xarici işlər naziri Hörmüz boğazının açıldığını bəyan etsə də, hasilatın və tədarük axınlarının bərpasının ləng olacağı gözlənilir.

“Kpler” şirkətinin məlumatına görə, aprelin əvvəlindən etibarən quruda qlobal neft ehtiyatları təxminən 45 milyon barel azalıb. Martın sonundan bəri tədarük pozuntusunun həcmi sutkada təxminən 12 milyon barelə çatıb. Küveyt və İraqdakı neft yataqlarının normal fəaliyyət səviyyəsinə qayıtması üçün 4-5 ay tələb oluna bilər ki, bunun da bütün yay boyunca ehtiyatların tükənməsinin davam etməsinə səbəb olması mümkündür. Neft emalı güclərinin və Qətərin Ras-Laffan şəhərində yerləşən mayeləşdirilmiş təbii qaz kompleksinin zədələnməsi regionun enerji infrastrukturunun tam bərpasının illər çəkə biləcəyini göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İyun ayının ilk günündə hava necə olacaq?

13:08
31 May

İsrail ordusu Livanın cənubundakı Bofor qalası üzərində bayraq qaldırıb

12:56
31 May

Şahdağa qar yağıb - Faktiki hava

12:17
31 May

NATO rəsmisi: Alyans üzvləri zəruri şərait yaranarsa, Hörmüz boğazının açılmasına dəstək verə bilər  

11:16
31 May

Türkiyədə sərnişin avtobusunun yanması nəticəsində 8 nəfər ölüb, 33-ü yaralanıb

10:37
31 May

Media: ABŞ-nin pilotsuz uçuş aparatı İranın ərazi suları üzərində vurulub

10:23
31 May

Nigeriyada vəbadan ölənlərin sayı 37-yə çatıb

10:09
31 May

Donald Tramp: İran nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılaşıb

09:42
31 May

Ebola virusunun yayılması ilə bağlı xəbərdarlıq edilib

09:26
31 May

Media: ABŞ dondurulmuş İran aktivlərinin 12 milyard dollarına çıxış vədi verib

09:08
31 May

Fransada baş verən iğtişaşlar zamanı saxlanılanların sayı 416-ya çatıb, yaralılar var

08:10
31 May

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub  

23:30
30 May

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb

22:41
30 May

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

19:48
30 May

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır  

18:28
30 May

Birinci Qax Kitab Sərgisi başlayıb

17:34
30 May

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə  

17:16
30 May

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

16:44
30 May

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

15:43
30 May

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

13:41
30 May

Sabahın hava proqnozu açıqlanıb

13:04
30 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!