16 Avqust 2024 16:27
8936
Səhiyyə
A- A+
Körpələrə əlavə qida olaraq tərəvəz verilməsi tövsiyə olunur

Körpələrə əlavə qida olaraq tərəvəz verilməsi tövsiyə olunur

 

Uşaqların ən azı 6 ayınadək ana südü ilə qidalanması çox mühümdür. Xüsusilə, Ümumdünya Səhiyyə Təşkilatı körpələrə ilk 6 ayında yalnız ana südü, 6 aydan sonra isə əlavə qidalarla birlikdə 2 yaşınadək ana südü verilməsini tövsiyə edir.

AZƏRTAC Bakı Baş Səhiyyə Mərkəzinin mətbuat xidmətinə istinadla xəbər verir ki, istər təbii qidalanmada, istərsə də süni qidalanmada olan 6 ayınadək uşaqlara su verilməsi məsləhət görülmür. Çünki ana südü və süni qidanın 90-95 faizi sudur və suya olan tələbatı tam ödəyir. Su verilməsi sutkalıq qəbul edilən südün miqdarını azalda bilər. Yalnız 6 aydan sonra 60-100 millilitr su verilə bilər.

Əgər uşaqda köp, reflüks, laktaz çatışmazlığı, allergiya yoxdursa, standart smeslər yeməlidir. Bir yaşadək körpənin gecə qidalanması da lazımdır. Bu, elmi cəhətdən sübut edilib. Körpələrdə maddələr mübadiləsi sürətli getdiyi üçün qida daha tez həzm olunur. Buna görə də gecələr onlarda aclıq hissi yaranır.

Eyni zamanda, 6 aydan sonra uşaqlar əlavə qidalar qəbul etməli, verilən əlavə qidalar az-az artırılmalıdır. Bu zaman körpələr qidaları püre, xırdalanmış yarımqatı halda yeyə bilərlər. Əlavə qidalar 6-8 ayında gündə 2-3 dəfə, 9-11 ayda 3-4 dəfə verilməlidir.

Çeynəməyi yeni öyrənən körpələrin ilk yeməkləri sıyıqlar (düyü, qarabaşaq, gerkules), əzilmiş tərəvəz və meyvələrdir. Əlavə qidanı ilk dəfə meyvə ilə başladıqda, uşaqlar tərəvəzi çətin qəbul edir. Bu səbəbdən əlavə qidanı tərəvəzdən başlamaq lazımdır.

Uşağa 7 ayında tərəvəzlər (kök, kartof, kələm, gül kələmi, balqabaq, brokoli, bibər), mövsüm meyvələri (alma, armud, banan və digər), süzülmüş qatıq, yumurta sarısı, ət, toyuq əti verilə bilər. Bundan əlavə, 9-11 ayında qidalar enerji və doyurucu maddələrlə zəngin olmalıdır. Taxıl, kartof, tərəvəz, meyvə, paxlalılar, heyvan mənşəli qidalar, süd, yumurta, ət, balıq və quş əti kimi qidalar daha məqsədəuyğundur.

Hər əlavə qida başlayan zamandan ən azı 3 gün gözləyərək təkkomponentli verilir. Əgər uşaqlarda səpki, qusma, ishal, qəbizlik olarsa, bu qida dayandırılır. Ən azı 2 həftə sonra yenidən sınamaq olar.

Bir yaşadək uşaqlara inək südü, bal, badımcan, paxlalılar və çərəzlərin verilməsi tövsiyə edilmir.

Uşaqlar yeməkdən imtina edirsə, qidaların fərqli kombinasiyalarda verilməsi məsləhətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!