01 Mart 2025 08:40
637
SİYASƏT
A- A+
Konstitusiya dəyişikliyi sülhə aparacaqmı?

Konstitusiya dəyişikliyi sülhə aparacaqmı?


Ermənistan yarımçıq sülh müqaviləsi imzalamağa tələssə də, bunu Azərbaycanın qəbul etməyəcəyini anlayır. Çünki Azərbaycanın sülh sazişinin bağlanması üçün çox aydın və hüquqi  şərtləri var. Bunlardan biri də Ermənistan konstitusiyasında yer alan ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Bunun üçün isə İrəvanın konstitusiyasına dəyişiklik etməsi zərurətdir. 

Ermənistan tərəfi konstitusiyaya dəyişikliklə bağlı müxtəlif fikirlər səsləndirir. Son olaraq isə bu ölkənin ədliyyə naziri konstitusiyaya dəyişiklik üçün layihənin hazırlandığını və növbəti il dəyişiklik gözlənildiyini vurğulayıb. Sual doğuran məqam odur ki, bu dəyişiklik Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəllərdən birini aradan qaldıra biləcəkmi?

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov qəzetimizə açıqlamasında bildirib ki, Ermənistanda konstitusiyaya dəyişikliklə bağlı müzakirələrin rəsmi səviyyədə artması Prezident İlham Əliyevin diktə etdiyi mövqelərə əsaslanır: "Məntiqlə yanaşsaq, Ermənistanın yeni konstitusiyası Nikol Paşinyan və komandasının ərsəyə gətirəcəyi bir kodeks deyil. Bu, daha çox Prezident İlham Əliyevin diktə etdiyi prinsiplərdir, çünki Ermənistan Azərbaycanın regionda yeni reallıq yaradabilmə gücünün bundan sonra da davam edə biləcəyini anlayır. Ermənistan konstitusiya dəyişikliyinə getməzsə, deməli, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının hüquqi bazasını saxlamış olacaq. Yox, Ana qanununa dəyişiklik edərsə, həmin baza aradan qalxacaq və bu, Ermənistanın  Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasına maneə olan hüquqi əngəlləri aradan qaldıracaq. Ona görə də Ermənistan bu reallıqları və Azərbaycanın geosiyasi oriyentirinin nə qədər güclü olduğunu başa düşərək, müəyyən mənada İlham Əliyevin tələblərinə boyun əymək məcburiyyətində qalacaq". 

Ekspert qeyd edib ki, Ermənistanın əlinə fürsət düşən kimi Azərbaycana qarşı hər hansı revanş cəbhənin bəslənməsi fonunda sərhəddə təxribatlar törətmək ehtimalı isə məsələnin başqa tərəfidir: "Konstitusiyada olan müddəalar həmin təxribatlar üçün müəyyən qədər açar rolunu oynayır. Azərbaycan bu gün üçün Ermənistanda konstitusiyaya sivil qaydada dəyişiklik edilməsinin tərəfdarıdır. Ermənistan buna əməl etməsə, Azərbaycan sərhəddə əlavə əməliyyatlar aparmaqla yeni düzən formalaşdırmağa qadir olduğunu bir daha göstərəcək. Ona görə də Ermənistan Azərbaycanın tələblərinə, şərtlərinə, formalaşdırdığı yeni doktrinaya tabe olmaq zərurətlərini hiss edir". 

Rəsmi İrəvanın Azərbaycana qarşı geosiyasi dönüş nöqtəsi yaradabilmə potensialının olmadığını vurğulayan A.Kərimov bildirib ki, bu dövlət, ilk növbədə, Rusiyanın, Avropa İttifaqının, ABŞ-nin poliqon mərkəzinə çevrilib. Digər tərəfdən, İranın Ermənistanla bağlı ambisiyaları getdikcə genişlənir və rəsmi Tehran daha İrəvanın təhlükəsizlik zəmanəti kimi deyil, ona təhdid yaradan formada çıxış edir. Yəni hazırda Ermənistanın təhlükəsizliyi İran üçün o qədər də önəm daşımır. Həmçinin Ermənistan İrana qarşı gedə bilmək potensialında deyil və buradan hər hansı siqnal veriləndə Tehran dərhal İrəvana müəyyən xəbərdarlıq mesajları göndərir. Göründüyü kimi, Ermənistan regionda təklənmiş durumdadır. Bu strateji mənzərə Azərbaycana öz mövqelərini daha da möhkəmləndirməyə və Ermənistana qarşı hüquqi aspektləri genişləndirməyə imkan verir".


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan  

18:59
04 İyun

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb  

18:54
04 İyun

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:14
04 İyun

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

17:23
04 İyun

Ermənistan və ABŞ "Tramp marşrutu" üzrə saziş imzalayıblar  

17:20
04 İyun

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik  

17:17
04 İyun

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib 

17:03
04 İyun

Azərbaycanın BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildiriş təşkilatın Baş direktoruna təqdim olunub  

16:41
04 İyun

Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

16:22
04 İyun

Tokayev Sülh Şurasının baş müşaviri ilə TRIPP təşəbbüsünü və Orta Dəhlizin inkişafını müzakirə edib

16:21
04 İyun

2026 FİFA Dünya Kuboku – ilk dəfə 48 komandanın yarışacağı mundial  

16:20
04 İyun

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib

16:17
04 İyun

Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir

16:13
04 İyun

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar  

16:12
04 İyun

Xankəndi şəhəri fasiləsiz içməli su ilə təmin edilir

16:09
04 İyun

Sahib Məmmədov: Əmək hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir

15:52
04 İyun

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib

15:49
04 İyun

XV Milli Məhkəmə Müsabiqəsinin qalibi məlum olub

15:48
04 İyun

Azərbaycan, Ukrayna və Moldova qurumları kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək 

15:47
04 İyun

“Bitcoin”in qiyməti Yaxın Şərqdəki münaqişədən bəri ən aşağı səviyyəyə enib  

15:45
04 İyun

Zaur Əliyev: İnnovativ həllərin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından mühümdür  

15:38
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!