06 İyun 2025 09:00
960
İQTİSADİYYAT
A- A+
Könlü balıq istəyən...

Könlü balıq istəyən...


Azərbaycanda akvakultur balıqçılığına dövlət dəstəyi artırılacaq


Balıq əti dünyada ən çox istifadə olunan ərzaq məhsuludur. İnsanların yaşam və qidalanmasında bu növ məhsul önəmli yer tutur. Səbəbi də odur ki, balıq həm faydalı, həm də yetişdirilməsi nisbətən asan və ucuz başa gələn qidadır. 

Amma nə edəsən ki, dünyada sənayeləşmənin sürətli inkişafı, çayların, göllərin, dənizlərin çirklənməsi balıqların təbii yolla çoxalmasına əngəl olmuş və bu, balıqçılıqda ciddi problemlər yaratmışdır. İldən-ilə təbii yolla yetişən balıqların sayı azalmış, çıxış yolu kimi balıqların məhdud ərazilərdə, başqa sözlə, dambalarda yetişdirilməsinə üstünlük verilməsinə başlanmışdır. O üzdən hazırda bütün dünyada, o cümlədən Azərbaycanda akvakultur üsulundan geniş şəkildə istifadə olunur. 

Ancaq əhalinin ərzaqla təminatına mühüm kömək olan bu sahədə də müəyyən problemlər mövcuddur. Məsələn, akvakultur şəraitdə yetişdirilən balıqlarda müəyyən xəstəliklər ola bilir ki, bu da insan sağlamlığı üçün təhlükə yaradır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) balıqçılıq və akvakultur üzrə beynəlxalq məsləhətçisi Tomas Aşley Şipton bildirir ki, qlobal miqyasda akvakultur hesabına balıqçılıq sektoru sürətlə inkişaf edir, amma əsas məsələ bu sektorda sağlam məhsulun yetişdirilməsidir. Mütəxəssisin rəyinə görə, akvakultur təmiz sularda həyata keçirilsə, balıqlar da sağlam olur. Bunun üçün balıqçılıq məhsullarının emal prosesinin düzgün həyata keçirilməsinə diqqət yetirilməlidir.

"Balıqlar və ya digər su heyvanları kiçik ərazidə və ya az miqdarda suda çox sayda saxlanılır, böyüdülür ki, bu da müxtəlif xəstəliklərin yaranmasına və yayılmasına səbəb olur. Bu zaman istehsalçılar kimyəvi maddələrdən istifadəyə meyil edirlər. Nəticədə qida emalı zamanı son məhsulun çirklənmə riski çox yüksək olur. Məsələn, belə məhsullarda bakteriyalarla bağlı problemlər müşahidə edilir. Həmin bakteriyaların bəziləri suyun özündə, yəni su təsərrüfata daxil olan zaman onunla birlikdə ola bilər. Digərləri isə insanlardan və materiallardan təsərrüfata daxil olur. Viruslar da problemlərə səbəb ola bilər", - deyə Tomas Aşley Şipton bildirib.

Mütəxəssisin fikrincə, belə məhsulların yetişdirilməsində təhlükə akvakultura sahəsində əsas məsələlərdən biri kimyəvi maddələrin, xüsusən antibiotiklərin istifadəsi, bunun ətraf mühit üçün yaratdığı problemlərdir: "Uzun illər biz akvakulturda antibiotikdən istifadəni xeyli azaltmışıq və bu sahədə irəliləmişik. Amma düşünürəm ki, xüsusilə sistemlərini sürətlə inkişaf etdirməyə çalışan ölkələrdə düzgün hüquqi çərçivə olmadıqda fermerlər antibiotikləri hər şey üçün universal həll kimi istifadə etməyə meyilli olurlar. Əsas məsələ sağlam heyvan yetişdirilməsini təşviq edən biotəhlükəsiz təsərrüfatların qorunmasıdır. Çünki heyvanlar sağlam olduqda xəstəliklər yayılmır, istədiyimiz artım sürətini əldə edirik".

FAO-nun Azərbaycandakı nümayəndəsi Mələk Çakmak isə deyir ki, Azərbaycanın balıqçılıq və kənd təsərrüfatı sektorunda əhəmiyyətli irəliləyiş var. O, həmçinin bildirib ki, balıqçılıq və balıq məhsullarının yetişdirilməsi zamanı sənayenin potensialına və ətraf mühitə təsirlərini nəzərə alaraq sahənin düzgün idarə edilməsi vacibdir. M.Çakmak eyni zamanda balıqçılıq və balıq məhsullarının dünyanın ən sağlam qidalarından biri olduğunu, aclıq və qida çatışmazlığının aradan qaldırılmasında xüsusi rol oynaya biləcəyini də qeyd edib.

Azərbaycanda dövlət səviyyəsində akvakultur üsulla balıq yetişdirilməsinin artırılmasına xüsusi diqqət yetirilir. Çünki bu sahənin inkişafı ölkədə ərzaq təhlükəsizliyinin təminatına töhfə verməklə yanaşı, ixrac imkanlarını da genişləndirir. Ölkəmizdə "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsin yaradılması gözlənilir. Bu, balıqçılığın inkişafında yaranmış pərakəndəliyi aradan qaldıracaq və sahəyə dövlət dəstəyinin verilməsini asanlaşdıracaq.

"Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyi İdarə Heyətinin sədri  Zaur Salmanlının sözlərinə görə, ölkəmizdə bir neçə şirkət akvakultur üsulu ilə balıq yetişdirməklə məşğuldur: "Hazırda Kənd Təsərrüfatı Nazirliyində bu sahənin inkişafı ilə bağlı müzakirələr aparılır. Bu məqsədlə nazirlikdə balıq istehsalçıları və emalçıları ilə görüş keçirilib. Görüşdə əsas müzakirə mövzusu sektorun inkişafını sürətləndirməklə istehsal və ixracın imkanlarını daha yüksək səviyyəyə qaldırmaq olub. Bildirilib ki, bunun üçün həmin sahəyə investisiyaların cəlbinə və subsidiya mexanizmini inkişaf etdirməyə ehtiyac var".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!