22 Avqust 2024 17:14
127
CƏMİYYƏT
A- A+

Komitə sədri G20 Dinlərarası Forumu çərçivəsində bir sıra görüşlər keçirib

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov Braziliya Federativ Respublikasında keçirilən G20 Dinlərarası Forumu çərçivəsində bir sıra fond, təşkilat rəhbərləri və dövlət nümayəndələri ilə görüşlər keçirib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, G20 Dinlərarası Forumunun prezidenti Kol Durhamla görüş zamanı R.Məmmədov Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə tolerantlıq ənənələrinin və multikultural mühitin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib, COP29 konfransı çərçivəsində keçiriləcək dini liderlərin sammitində qlobal çağırışların nüfuzlu dini-ictimai xadimlərin iştirakı ilə müzakirə olunacağını bildirib.

Kol Durham dünyada sülh və əmin-amanlığın, dostluq münasibətlərinin bərqərar olması naminə beynəlxalq platformaların təşkilinə ciddi ehtiyac olduğunu qeyd edərək, Azərbaycanın bu sahədə təşəbbüslərini yüksək qiymətləndirdiyini vurğulayıb.

ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin “On iki Həvari Kvorumu”nun üzvü Ulises Soares ilə görüşdə komitə sədri ölkə rəhbərliyinin Azərbaycanda mədəni müxtəlifliyin qorunub saxlanılmasına və inkişafına yönəlmiş siyasəti barədə danışıb.

U.Soares isə kilsə üzvlərinin ölkəmizə səfəri zamanı dinlərarası harmoniya mühitinin əyani şahidi olduqlarını, Azərbaycanın tolerantlıq təcrübəsinin yayılmasının önəmini diqqətə çatdırıb.

Sonra Ramin Məmmədov Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlharti ilə görüşüb. Görüşdə dini ayrı-seçkiliyə, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizədə dini və dünyəvi tərəfdaşlığın rolu müzakirə edilib.

Özbəkistan Prezidentinin müşaviri Muzaffar Kamilovla görüşdə isə din sahəsində dövlət siyasəti ilə bağlı təcrübə mübadiləsi, iki ölkənin müvafiq qurumlarının əməkdaşlığı, birgə tədbirlər haqqında fikir mübadiləsi aparan R.Məmmədov dünyada dini ayrı-seçkiliyə son qoymaq üçün dialoqun əhəmiyyətini diqqətə çatdırıb.

Komitə sədri, bundan başqa Stirlinq Fondunun prezidenti Mayls Hansenlə, Radiant Fondunun icraçı direktoru Ancela Reddinqlə, Dinlərarası Alyansın vitse-prezidenti Hamad Xatir ilə görüşlər keçirib. Müzakirələr zamanı Azərbaycanın zəngin milli-tarixi ənənəyə əsaslanan və beynəlxalq hüquqi normalarla tənzimlənən dövlət-din münasibətləri barədə danışılıb, 30 illik işğal dövründə vandalizmə məruz qalmış tarixi-dini abidələr və hazırda onların bərpası istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video