01 Dekabr 2023 07:41
385
İDMAN
A- A+

"Köhlən atlar" Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib

 

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyuna çıxıb.

AZƏRTAC-ın Moldeyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Ağdam təmsilçisi H qrupundakı beşinci matçında Norveçdə "Molde"nin qonağı olub. "Aker" stadionunda oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Hesabı 11-ci dəqiqədə Ağdam klubunun heyətində Juninyo açıb. Rəqib müdafiəçidən yayınan braziliyalı hücumçu qapıçı ilə dueldən qalib ayrılıb. İlk hissə bu hesabla yekunlaşıb. İkinci yarıya daha yaxşı başlayan norveçlilər iki top vuraraq hesabı öz xeyirlərinə dəyişiblər. Kristian Eriksen 82 və 87-ci dəqiqələrdə fərqlənib. Son nöqtəni isə 90+5-ci dəqiqədə Bəhlul Mustafazadə qoyub.

Bu nəticədən sonra "Qarabağ" xallarını 7-yə çatdıraraq ikinci pillədəki mövqeyini qoruyub. "Köhlən atlar" ən pis halda Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib. Altı xalı olan "Molde" isə üçüncü sırada qalıb.

Qrupun digər matçında isə Almaniya "Bayer"i İsveçdə "Hekken"i 2:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video