15 Sentyabr 2023 15:07
269
İQTİSADİYYAT
A- A+

KOBİA İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu ilə əməkdaşlıq edəcək  

 

İstanbulda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, sənədi agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və SMIIC-in baş katibi İhsan Övüt imzalayıblar. Anlaşma Memorandumunda ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi, bu istiqamətlərdə mövcud imkanlara, eləcə də keçirilən müxtəlif tədbirlərə, sərgi və yarmarkalara dair məlumat mübadiləsi və dəstək məsələləri nəzərdə tutulur.

İmzalanma mərasimi çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və SMIIC-in baş katibi İhsan Övüt müvafiq Anlaşma Memorandumundan irəli gələn məsələləri və əməkdaşlıq imkanlarını müzakirə ediblər. KOBİA sədri görüş zamanı 2024-cü ildə Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan Halal Biznes və Turizm Forumu barədə məlumat verib və SMIIC-i forumun işində fəal iştiraka dəvət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video