12 Oktyabr 2024 09:10
406
DÜNYA
A- A+
"Kirk" qasırğası Avropanı vurub

"Kirk" qasırğası Avropanı vurub



Yolboyu gücünü bir qədər itirməsinə baxmayaraq, Atlantikada  formalaşan "Kirk" qasırğası Avropanın bir neçə ölkəsini vuraraq ciddi fəsadlar törədib. Güclü fırtına Portuqaliya və İspaniyada dağıntılara səbəb olub. Fransa,   İsveçrə, Belçika, Niderland, Danimarka, Norveç və Almaniyanın şimalının da yaxın günlərdə  qasırğanın təsirini hiss edəcəyi gözlənilir.

Fırtınanın quruya çıxmasının güclü külək və leysan yağışla müşayiət olunacağı gözlənildiyi üçün Fransa yüksək hazırlıq vəziyyətinə gətirilib. Velluire merinin müavini Alen Beneto təbii fəlakətlə bağlı deyib: 

"Bəndlərimiz gücləndirilib və qaldırılıb. Lazım gələrsə, qayıqları yığışdırıb bütün əhaliyə xəbərdarlıq edəcəyik".

Atlantik okeanı üzərində əmələ gələn "Kirk" qasırğası Bermud və Azor adaları arasından keçərək qısa müddət ərzində 4-cü kateqoriyaya çatıb. Lakin sonra post-tropik fırtına gücünədək zəifləməsinə baxmayaraq, Portuqaliyada daşqınlara səbəb olub və 300 min insanı işıqsız qoyub. Küləyin sürəti saatda 200 kilometrə çatıb.

Ölkənin mülki mühafizə idarəsi 600 insident qeydə alıb ki, onların da əksəriyyəti yıxılan ağaclarla bağlıdır.

İspaniyada da güclü külək və leysan yağışları aviasiya reyslərinin gecikməsinə və təxirə salınmasına səbəb olub. Yerli medianın  məlumatına görə, ölkənin bəzi bölgələrində hündürlüyü 7 metrə çatan dalğalar sahilə zərbə endirib.

Euronews telekanalı xəbər verir ki, "Kirk" qasırğası artıq Fransa və Belçikanı da vurub.

Fransanın Seine-et-Marne departamenti  hələ də mümkün daşqınla bağlı qırmızı xəbərdarlıq səviyyəsində qalır. Çünki yaxın günlərdə yenidən yağış gözlənilir. 

Yerli KİV məlumat yayıb ki, Fransada "Kirk" qasırğası nəticəsində bir nəfər ölüb. Bundan əlavə, təbii fəlakət səbəbindən 70 minə yaxın ev işıqsız qalıb. Ölkənin şimalında yollar və binaların aşağı mərtəbələri su altında qalıb. 

"Kirk" qasırğası Fransanın qonşusu Belçikaya da təsir edib. Ən çox yağıntı krallığın cənubuna düşüb. Kuven şəhərinin mərkəzini su basıb. Şəhərdə və ətrafında çətin vəziyyət qalmaqdadır, burada insanlar və heyvanlar hərbi helikopterlərlə təxliyə edilir.

Son məlumata əsasən, yerli hakimiyyət orqanları hesab edirlər ki, ən pisi arxada qalıb və indi fəlakətin nəticələri aradan qaldırılmalıdır.

Oktyabrın 11-də axşam saatlarında məlum olub ki, "Kirk" qasırğası Baltik dənizinin cənubuna, Danimarka boğazlarına yaxınlaşıb və şimala doğru irəliləməkdə davam edir. Bu barədə xəbər verən Sankt-Peterburqun baş sinoptiki Aleksandr Kolesov özünün Teleqram kanalında qasırğanın artıq siklona çevrildiyini bildirib.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!