11 İyul 2026 08:50
605
SİYASƏT
A- A+
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetlərindən biridir

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetlərindən biridir


Azərbaycanda rəqəmsal transformasiya dövlət siyasətinin prioritetlərindən biridir. Bu strateji hədəfə çatmaq üçün  hüquqi və institusional islahatlara start verilib. Görülən işlərin əsas məqsədi dövlətin, biznes mühitinin və sıravi vətəndaşların rəqəmsal mühitdə təhlükəsizliyini tam təmin etməkdir. 

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" bu sahədə yeni bir dövrün əsasını qoyur. Bu Fəaliyyət Planı ölkəmizin təhlükəsizlik sistemini daha da gücləndirəcək konkret addımları özündə birləşdirir.

Sözügedən tarixi sənəd rəqəmsal mühitin idarə edilməsi sahəsində böyük əhəmiyyət kəsb edir. Fəaliyyət Planı ölkəmizdə mövcud olan digər mühüm sənədlərlə tam uzlaşdırılıb. Bura Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Strategiyası (2023-2027-ci illər), Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Konsepsiyası və Azərbaycan Respublikasının Süni İntellekt Strategiyası (2025-2030-cu illər) daxildir. Bu uzlaşma dövlətin rəqəmsal gələcəyə vahid bir pəncərədən və sistemli şəkildə baxdığını sübut edir. Strategiyada müəyyən edilmiş ali məqsədlər bu plan vasitəsilə konkret və icraolunan tədbirlərdir. Məqsəd müasir, çevik və xarici təhdidlərə qədər dayanıqlı milli kibertəhlükəsizlik sistemi formalaşdırmaqdır.

Hər bir güclü sistemin təməlində təkmil qanunvericilik dayanır. Azərbaycan kibertəhlükəsizlik sahəsində hüquqi bazanı tamamilə yeniləyir və müasirləşdirir. İlk dəfə olaraq ölkəmizin qanunvericiliyinə tamamilə yeni və aktual anlayışlar daxil edilir. Hüquqi müstəvidə kiberdayanıqlılıq, kibergigiyena, kiberməkan və kibertəhlükəsizlik kimi anlayışların dəqiq əsasları müəyyən olunur. Bu anlayışların qanunla tənzimlənməsi gələcək addımların hüquqi çərçivəsini formalaşdırır.

Bu yeni hüquqi proses rəqəmsal mühitdə ümumi təhlükəsizlik standartlarının yaradılmasına imkan verəcək. Həm dövlət qurumları, həm də özəl şirkətlər virtual mühitdə hansı qaydalara əməl etməli olduqlarını aydın şəkildə görəcəklər. Bununla da, mümkün kiberrisklərin qabaqcadan təhlil edilməsi və onların daha effektiv idarə olunması üçün güclü sistem formalaşır. Hüquqi islahatlar cəza tədbirləri ilə yanaşı, həm də qabaqlayıcı təhlükəsizlik mədəniyyətini təbliğ edir.

Kiberdünyada təhdidlərə qarşı pərakəndə mübarizə aparmaq səmərəli deyil. Virtual hücumlar sürətli koordinasiya və mərkəzləşdirilmiş idarəetmə tələb edir. Bu zərurəti nəzərə alaraq, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb. Bu agentlik ölkənin kiberbölmələrini bir araya gətirən mərkəzi orqan rolunu oynayır.

Agentliyin fəaliyyəti çərçivəsində üç mühüm strateji mərkəzin fəaliyyəti təşkil olunur. Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi ölkəmizin rəqəmsal infrastrukturunu fasiləsiz izləyir. Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi isə hər hansı bir hücum baş verdikdə dərhal işə düşür və böhranı operativ idarə edir. Rəqəmsal Tədqiqat Mərkəzində yeni kibertəhdidlər elmi və texnoloji baxımdan araşdırılır. Bu yeni vahid idarəetmə modeli kibertəhdidlərin monitorinqini, insidentlərin qarşısının vaxtında alınmasını və rəqəmsal sübutların araşdırılması proseslərini bir mərkəzdən koordinasiya etməyə geniş imkanlar yaradır.

Kiberhücumlar zamanı ən çox hədəf alınan sahələr strateji əhəmiyyətli dövlət və özəl obyektlərdir. Məhz buna görə də yeni strategiyada kritik informasiya infrastrukturunun qorunmasına xüsusi diqqət yetirilir. Bank, sığorta, energetika, nəqliyyat və digər ictimai əhəmiyyətli sahələr üçün tamamilə yeni və sərt kibertəhlükəsizlik tələbləri müəyyən edilir. Bu qurumların təhlükəsizliyi birbaşa dövlətin və xalqın sabitliyi deməkdir.

Kibercinayətkarlar gün keçdikcə daha mürəkkəb üsullardan istifadə edirlər. Onlara qarşı ənənəvi üsullarla mübarizə aparmaq bəzən yetərli olmur. Azərbaycan bu mübarizədə ən müasir texnologiyalara, xüsusilə süni intellektə güvənir. Kibertəhlükəsizlik sahəsində süni intellekt texnologiyalarının tətbiqi genişləndirilir. Süni intellekt potensial təhdidləri hələ hücum başlamazdan əvvəl davranış analizləri vasitəsilə aşkarlamaq imkanına malikdir. Beləliklə, müdafiə sistemi reaktiv deyil, qabaqlayıcı xarakter daşıyır. 

Bu istiqamətdə atılan digər mühüm addım vahid milli kibertəhlükəsizlik platformasının yaradılmasıdır. Bu platforma dövlət qurumları, özəl sektor və digər tərəflər arasında real vaxt rejimində məlumat mübadiləsini təmin edəcək. Bir quruma edilən hücum barədə məlumat dərhal sistemdəki digər iştirakçılara ötürüləcək və hamı eyni vaxtda qorunacaq. Eyni zamanda dövlət informasiya sistemlərinin Hökumət Buludu platformasına mərhələli miqrasiyası da sürətlə davam etdirilir. Məlumatların vahid təhlükəsiz bulud sistemində cəmlənməsi həm riskləri azaldır, həm də dövlət idarəçiliyinin səmərəliliyini artırır.

Ən güclü texnoloji sistem belə insandan asılıdır. Kiberinsidentlərin böyük əksəriyyəti insan xətalarından və kibergigiyena qaydalarına riayət edilməməsindən qaynaqlanır. Bu səbəbdən dayanıqlı kiberbəşəriyyətin və cəmiyyətin qurulması strategiyanın bəlkə də ən mühüm sütunudur. Azərbaycan bu sahədə köklü təhsil və maarifləndirmə islahatları aparır. Ali və peşə təhsili müəssisələrində beynəlxalq kibertəhlükəsizlik sertifikatlaşdırma proqramlarının tətbiqi genişləndirilir. Məqsəd dünya standartlarına cavab verən yerli gənc mütəxəssislər yetişdirməkdir.

Beləliklə, Azərbaycanda həyata keçirilən kibertəhlükəsizlik islahatları ölkəmizin rəqəmsal müstəqilliyinin qarantıdır. Görülən bütün bu işlərin, qəbul edilən yeni hüquqi normativlərin və yaradılan yeni mərkəzlərin hədəfləri var, dövlət informasiya sistemlərinin tam dayanıqlılığını təmin etmək, ciddi infrastrukturu kənar müdaxilələrdən qorumaq və Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik reytinqlərindəki mövqeyini daha da yüksəltməkdir.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan futbolunun “SABAH”ı  

16:43
26 Avqust

“SpaceX” 100 milyard dollarlıq kosmik baza tikəcək

16:41
26 Avqust

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq  

16:36
26 Avqust

İran: Hörmüz boğazında cənub dəhlizi bağlandı

16:34
26 Avqust

İsti havaya qarşı parça hazırlanıb

16:27
26 Avqust

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib  

16:24
26 Avqust

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

16:20
26 Avqust

Dərin yuxu Altzheymer xəstəliyindən qoruya bilər

16:20
26 Avqust

Fransada liseylərdə mobil telefon qadağası başlayır

16:13
26 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

16:08
26 Avqust

Alimlər ilk dəfə kvant batareyası prototipini yaradıblar

16:06
26 Avqust

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir  

16:01
26 Avqust

Sabirabadda istehsalın tempi sürətlənir: 6 ayda 3,3 milyon manatlıq məhsul

15:59
26 Avqust

İtmiş keçisini axtarırdı qızıl tapdı

15:36
26 Avqust

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq  

15:26
26 Avqust

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

15:22
26 Avqust

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

15:17
26 Avqust

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

15:16
26 Avqust

“Babək” yenidən dənizə çıxır

15:07
26 Avqust

ABİF-in reytinqi “BB” səviyyəsində saxlanılıb

14:34
26 Avqust

Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq – PROQNOZ

14:33
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!