18 Dekabr 2024 16:55
102
İQTİSADİYYAT
A- A+
Kənd təsərrüfatı heyvanlarının sığorta haqqı azaldılıb

Kənd təsərrüfatı heyvanlarının sığorta haqqı azaldılıb

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində heyvanların sığortası fermerlər üçün daha əlçatan olub. Aqrar Sığorta Fondunun İdarə Heyətinin qərarı ilə kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflər aşağı endirilib.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri İmran Cümşüdov bildirib.

O qeyd edib ki, Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən, Azərbaycanda aqrar sığorta vasitəsilə iribuynuzlu ətlik və südlük mal-qaranı (inək, camış və danaları), eləcə də xırdabuynuzlu heyvanları (qoyun və keçiləri) sığortalamaq mümkündür.

“İndiyədək mal-qaranın sığortalanması üçün sığorta tarifləri seçilmiş sığorta zərfindən asılı olaraq heyvanın qiymətinin 5,2-8,2 faizi arasında dəyişirdi. İdarə Heyətinin qərarı ilə iribuynuzlu heyvanların sığorta haqqı 5 faiz, xırdabuynuzlu heyvanların sığorta haqqı isə 10 faiz aşağı salınıb. Nəticədə tariflər iribuynuzlu mal-qara üçün 4,9-7,8 faizə, xırdabuynuzlu heyvanlar üçün isə 4,65-7,37 faizə endirilib. İndiyədək 1000 manatlıq iribuynuzlu heyvanın (inək və ya camışın) illik sığorta haqqı seçilmiş sığorta zərfindən asılı olaraq fermerə 26-41 manata başa gəlirdisə, indi bu rəqəm 25-39 manata enib. Dəyişikliklər nəticəsində qiyməti 3000 manat olan inəklərin sığorta haqqı 77-123 manatdan 73-117 manata endirilib. Qiyməti 5000 manat olan heyvanların sığortası üçün isə fermerlər əvvəlki 129-205 manat əvəzinə, 122-195 manat ödəyəcəklər”, - deyə sədrin müşaviri əlavə edib.

Aqrar Sığorta Fondu rəsmisinin sözlərinə görə, dəyişikliklər nəticəsində xırdabuynuzlu heyvanların sığorta haqqı daha çox – 10 faiz aşağı salınıb: “Belə ki, indiyədək xırdabuynuzlu heyvanların sığortalanması üzrə illik sığorta tarifi 5,2-8,2 faiz arasında dəyişirdisə, indi bu rəqəm 4,6-7,4 faizə endirilib. Nəticədə indiyədək 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçinin) illik sığorta haqqı fermerə 7,75-12,3 manata başa gəlirdisə, indi bu rəqəm 6,97-11 manata enib. Heyvanları daha uzun müddətə – 2-3 illik sığorta etdikdə illik sığorta haqları daha aşağı olur”.

İ.Cümşüdov, həmçinin vurğulayıb ki, aqrar sığorta vasitəsilə heyvanları yoluxucu xəstəliklər, zəhərli otlar, yemlər və kimyəvi maddələrin təsirindən zəhərlənmə, ilan və ya həşərat sancması, vəhşi heyvanların hücumu, yanğın, təbii fəlakətlər, üçüncü şəxslərin hərəkətləri, oğurluq, soyğunçuluq və quldurluq hallarından sığortalayır.

“Odur ki, qış aylarında heyvanların sığortası xüsusilə vacibdir. Belə ki, bu aylarda təsərrüfatlara vəhşi heyvanların hücumu, eləcə də tövlələrin qızdırılması ilə əlaqədar olaraq yanğın hallarının sayı artır. Ümumilikdə isə kənd təsərrüfatı heyvanlarının sığortası aqrar sığortada mühüm yer tutur və bu sığortadan faydalanan fermerlərin sayı artmaqdadır. Belə ki, 2024-cü ilin ilk 10 ayında Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq sığortası üzrə fermer və təsərrüfatlara 1 milyon manatdan artıq sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 45 faiz artıqdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

MOK rəhbərliyi İslam Həmrəyliyi İdman Assosiasiyasının 13-cü Baş Assambleyasında iştirak edib  

19:11
18 Dekabr

 Romada Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı keçirilib

18:57
18 Dekabr

Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib

18:41
18 Dekabr

Gürcü portalında “Gürcüstan Azərbaycanla ikitərəfli münasibətləri yüksək qiymətləndirir” sərlövhəli məqalə dərc olunub  

18:21
18 Dekabr

Donald Tramp Kanadanın ABŞ-a birləşməsinin üstünlüyündən danışıb

18:13
18 Dekabr

Gürcüstanın Baş naziri Avropa Şurasının Baş katibi ilə görüşüb

17:58
18 Dekabr

Moldova Prezidentinin andiçmə mərasimi dekabrın 24-də keçiriləcək  

17:36
18 Dekabr

Faktiki hava: Şahdağ və Qaxda qar yağır

16:58
18 Dekabr

Türkiyədə FETÖ-yə qarşı antiterror əməliyyatı keçirilib

16:57
18 Dekabr

Adilbek Kasımaliyev Qırğızıstan Nazirlər Kabinetinin yeni sədridir 

16:56
18 Dekabr

“Apple” yeni məhsul üzərində çalışır

16:55
18 Dekabr

Kənd təsərrüfatı heyvanlarının sığorta haqqı azaldılıb

16:55
18 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar 6218 nəfərin namizədliyi irəli sürülüb  

16:53
18 Dekabr

Cənubi Koreya ABŞ-Şimali Koreya danışıqlarının bərpası ehtimalını nəzərdən keçirir  

16:47
18 Dekabr

İrakli Kobaxidze: “Makkeyn İnstitutu” Gürcüstanda istədiyinə nail ola bilmədi  

16:41
18 Dekabr

Azərbaycan və Türkiyə arasında elektron icazənin tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib

16:37
18 Dekabr

Bələdiyyə seçkilərində seçicilərin məlumatlandırılması üçün 6 milyon 52 min 721 bildiriş çap olunacaq  

16:21
18 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:17
18 Dekabr

2025-ci ildə “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb - SƏRƏNCAM  

16:06
18 Dekabr

Dağlıq rayonlarda yollar buz bağlayacaq - Xəbərdarlıq

15:39
18 Dekabr

Milli Məclis: İsveçrə Parlamenti Milli Şurasının qərəzli mövqeyi tamamilə yolverilməzdir

15:18
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!