18 Dekabr 2024 18:21
108
SİYASƏT
A- A+
Gürcü portalında “Gürcüstan Azərbaycanla ikitərəfli münasibətləri yüksək qiymətləndirir” sərlövhəli məqalə dərc olunub  

Gürcü portalında “Gürcüstan Azərbaycanla ikitərəfli münasibətləri yüksək qiymətləndirir” sərlövhəli məqalə dərc olunub  

Gürcüstanın http://gruzinform.ge/ portalında Azərbaycan-Gürcüstan münasibətlərindən bəhs edən “Gürcüstan Azərbaycanla ikitərəfli münasibətləri yüksək qiymətləndirir” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın seçilmiş Prezidenti Mixeil Kavelaşviliyə təbrik məktubunda qeyd olunan fikirlərə xüsusi diqqət yetirilir. Bildirilir ki, Prezident İlham Əliyev Mixeil Kavelaşviliyə təbrik məktubunda Azərbaycan-Gürcüstan əlaqələrinin tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, bir-birinə daim dəstək olmuş xalqlarımızın iradəsindən qaynaqlandığını vurğulayıb. Qeyd edib ki, belə möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimizin bu gün hərtərəfli və müvəffəqiyyətlə inkişaf etməsi bizi sevindirir.

Həmçinin məktubda deyilir: “İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı, regionumuzun sabitliyi və təhlükəsizliyinin təmin olunması, iqtisadi potensialının reallaşdırılması naminə dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik”.

Dövlətimizin başçısının fevralın 14-də Milli Məclisdə növbədənkənar prezident seçkilərinin yekunlarına dair təntənəli andiçmə mərasimindəki çıxışından gətirilən sitatda deyilir: Avropanın heç bir yerində bizi gözləmirlər və artıq bunu gizlətmirlər. Məsələn, işğal zamanı gözümüzə toz tökərək müəyyən vədlərlə bizi şirnikləndirməyə çalışırdılar, bu gün ayırıcı xətlər aydın görünür. Yəni bir-birinə yaxınlaşmağa yox, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqaz dövlətlərini bir-birinə qarşı qoymağa çalışırlar. Belə olan halda bizi qəbul etmək istəməyənlərə çətin ki baş əyək!

Bu, və digər bir sıra hadisələr, o cümlədən Bakıda uğurla başa çatmış COP29 qlobal İqlim Konfransı ərəfəsində rəsmi Paris və Vaşinqtonun nəzarətində olan medianın səhnələşdirdiyi “çay fincanında fırtına” ərəfəsində deyilib. Eyni oyunçular parlament seçkilərinin nəticələrindən sonra qonşu Gürcüstanda vəziyyəti gərginləşdirəcək.

Bildirilir ki, “dəyişiklik küləyi”nə əmr verənlər həqiqətən də Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əlaqəni, o cümlədən postsovet məkanında regional reallıqları məhv etmək istəyirdilər. Üç dövlətin enerji, nəqliyyat və logistika, kənd təsərrüfatı-sənaye və hətta hərbi-siyasi potensialını birləşdirən ən səmərəli işgüzar tərəfdaşlıq sistemi formalaşıb.

Azərbaycanın ənənəvi olaraq Gürcüstan iqtisadiyyatının aparıcı investoru olduğu, investisiyaların əhəmiyyətli hissəsinin Azərbaycan Dövlət Neft Şirkətinin törəmə müəssisəsi – “SOCAR Energy Georgia” tərəfindən təmin edildiyi xüsusi vurğulanır.

Qeyd olunur ki, uzun illərdir Bakı və Tbilisi birgə nəqliyyat və enerji layihələri çərçivəsində sıx bağlıdırlar. Hər iki ölkənin ərazisindən neft və qaz tranzit boru kəmərləri şəbəkəsi çəkilib, neft, yanacaq və neft-kimya məhsullarının daşınması üçün terminallar yaradılıb. Gürcüstan limanları vasitəsilə Xəzər regionundan xammal Qara və Aralıq dənizlərinin bazarlarına çıxarılaraq, Avropanın enerji təhlükəsizliyini uğurla təmin edir.

Son illərdə elektrik enerjisinin Türkiyə bazarına ixracı istiqamətində də dinamik şəkildə layihələr həyata keçirilir və sonradan qitənin cənubunda yerləşən bir sıra ölkələrə, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələrə ötürülür. Nəqliyyat və logistika sektorunda birgə səylər də az əhəmiyyət kəsb etmir. Oktyabr ayında Avropanı Mərkəzi Asiya və Çinlə birləşdirən, bu il modernləşdirilən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən 7 il keçir”, – deyə məqalədə vurğulanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

MOK rəhbərliyi İslam Həmrəyliyi İdman Assosiasiyasının 13-cü Baş Assambleyasında iştirak edib  

19:11
18 Dekabr

 Romada Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı keçirilib

18:57
18 Dekabr

Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib

18:41
18 Dekabr

Gürcü portalında “Gürcüstan Azərbaycanla ikitərəfli münasibətləri yüksək qiymətləndirir” sərlövhəli məqalə dərc olunub  

18:21
18 Dekabr

Donald Tramp Kanadanın ABŞ-a birləşməsinin üstünlüyündən danışıb

18:13
18 Dekabr

Gürcüstanın Baş naziri Avropa Şurasının Baş katibi ilə görüşüb

17:58
18 Dekabr

Moldova Prezidentinin andiçmə mərasimi dekabrın 24-də keçiriləcək  

17:36
18 Dekabr

Faktiki hava: Şahdağ və Qaxda qar yağır

16:58
18 Dekabr

Türkiyədə FETÖ-yə qarşı antiterror əməliyyatı keçirilib

16:57
18 Dekabr

Adilbek Kasımaliyev Qırğızıstan Nazirlər Kabinetinin yeni sədridir 

16:56
18 Dekabr

“Apple” yeni məhsul üzərində çalışır

16:55
18 Dekabr

Kənd təsərrüfatı heyvanlarının sığorta haqqı azaldılıb

16:55
18 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar 6218 nəfərin namizədliyi irəli sürülüb  

16:53
18 Dekabr

Cənubi Koreya ABŞ-Şimali Koreya danışıqlarının bərpası ehtimalını nəzərdən keçirir  

16:47
18 Dekabr

İrakli Kobaxidze: “Makkeyn İnstitutu” Gürcüstanda istədiyinə nail ola bilmədi  

16:41
18 Dekabr

Azərbaycan və Türkiyə arasında elektron icazənin tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib

16:37
18 Dekabr

Bələdiyyə seçkilərində seçicilərin məlumatlandırılması üçün 6 milyon 52 min 721 bildiriş çap olunacaq  

16:21
18 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:17
18 Dekabr

2025-ci ildə “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb - SƏRƏNCAM  

16:06
18 Dekabr

Dağlıq rayonlarda yollar buz bağlayacaq - Xəbərdarlıq

15:39
18 Dekabr

Milli Məclis: İsveçrə Parlamenti Milli Şurasının qərəzli mövqeyi tamamilə yolverilməzdir

15:18
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!