18 Dekabr 2024 12:12
131
İQTİSADİYYAT
A- A+
Azərbaycanın hava məkanından hər gün 900-ə yaxın təyyarə keçir

Azərbaycanın hava məkanından hər gün 900-ə yaxın təyyarə keçir

Azərbaycan beynəlxalq aviasiyanın əsas tranzit mərkəzi kimi mövqeyini möhkəmləndirməkdə davam edir. Ölkənin strateji yerləşməsi və qabaqcıl aeronaviqasiya xidməti Azərbaycanın hava məkanını Avrasiya regionunda ən tələb olunan məkanlardan birinə çevirir.

Heydər Əliyev Beynəlxalq Aeroportundan AZƏRTAC-a bildirilib ki, 2014-cü ildən etibarən ölkənin hava məkanı üzərindən tranzit daşımaların həcmi 350 faiz artıb. Gündəlik olaraq Azərbaycanın hava məkanından 900-ə yaxın təyyarə keçir ki, onların yarısından çoxu dünyanın aparıcı aviaşirkətlərinin tranzit uçuşlarıdır. “Eurocontrol”un proqnozlarına görə, 2030-cu ilədək orta gündəlik trafik axını 1032-yə, pik günlərdə isə 1300-ə çata bilər.

Hava hərəkətinin təhlükəsizliyini və səmərəliliyini təmin etməkdə əsas rolu “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi oynayır. İstifadə edilən “Aircon 2100” hava hərəkətinə nəzarət sistemi, aeronaviqasiya texnologiyaları sahəsində dünya lideri olan “Indra” şirkəti tərəfindən hazırlanmışdır və həm milli, həm də beynəlxalq aeronaviqasiya xidmətlərinin sabit işləməsini təmin edir.

Bununla belə, hava hərəkətinin intensivliyinin artması daha müasir həllərin tətbiqini tələb edir. Uzunmüddətli modernləşdirmə strategiyası çərçivəsində, 17 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” QSC və “Indra” şirkəti arasında hava hərəkətinə nəzarətin ən müasir sisteminə - MANAGAIR-ə keçidi nəzərdə tutan müqavilə imzalanıb.

Yenilənmiş MANAGAIR sistemi yalnız uçuşların təhlükəsizliyini və səmərəliliyini artırmayacaq, həm də aviasiyanın ətraf mühitə təsirinin azaldılmasına töhfə verəcəkdir. Sistem, Avropa ATM Master Planında nəzərdə tutulmuş müasir standartlara uyğundur və aşağıdakı xüsusiyyətləri özündə birləşdirir:


- Uçuş vaxtının qısaldılması və karbon qazı emissiyalarının azaldılması məqsədilə marşrutların optimallaşdırılması;

- Hava hərəkətində konfliktlərin avtomatik aşkarlanması və qarşısının alınması;

- Qərarların qəbuluna dəstək və müəyyən edilmiş standartlara uyğunluğun monitorinqi;

- Səsli rabitə və mesajların ötürülmə protokollarının modernləşdirilməsi;

- Aerodromlar üçün meteoroloji məlumat mübadiləsinin təkmilləşdirilməsi;

- Dəqiq naviqasiya məlumatlarına əsaslanan müasir eniş prosedurları.


““Indra” ilə əməkdaşlıq ən müasir texnologiyaların tətbiqinə imkan yaradır və bu texnologiyalar dünya standartlarına tam cavab verir. Bu addım Azərbaycanın beynəlxalq aeronaviqasiyada lider kimi inkişafında və ən yüksək keyfiyyətli xidmətlərin təqdim edilməsində əhəmiyyətli mərhələ olacaq”, – deyə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib.

Hava hərəkətinə nəzarət sisteminin modernləşdirilməsi yalnız texnoloji irəliləyiş deyil, həm də Azərbaycanın aviasiya sektorunun strateji inkişafı, onun Avrasiyada aparıcı aviasiya qovşağı statusunun möhkəmləndirilməsidir. Hava hərəkətinə nəzarət, müdafiə sistemləri və rəqəmsal transformasiya sahəsində qlobal lider olan “Indra” dünyada təhlükəsiz və dayanıqlı aviasiya sektorunun yaradılmasında əsas rol oynamağa davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

MOK rəhbərliyi İslam Həmrəyliyi İdman Assosiasiyasının 13-cü Baş Assambleyasında iştirak edib  

19:11
18 Dekabr

 Romada Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı keçirilib

18:57
18 Dekabr

Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib

18:41
18 Dekabr

Gürcü portalında “Gürcüstan Azərbaycanla ikitərəfli münasibətləri yüksək qiymətləndirir” sərlövhəli məqalə dərc olunub  

18:21
18 Dekabr

Donald Tramp Kanadanın ABŞ-a birləşməsinin üstünlüyündən danışıb

18:13
18 Dekabr

Gürcüstanın Baş naziri Avropa Şurasının Baş katibi ilə görüşüb

17:58
18 Dekabr

Moldova Prezidentinin andiçmə mərasimi dekabrın 24-də keçiriləcək  

17:36
18 Dekabr

Faktiki hava: Şahdağ və Qaxda qar yağır

16:58
18 Dekabr

Türkiyədə FETÖ-yə qarşı antiterror əməliyyatı keçirilib

16:57
18 Dekabr

Adilbek Kasımaliyev Qırğızıstan Nazirlər Kabinetinin yeni sədridir 

16:56
18 Dekabr

“Apple” yeni məhsul üzərində çalışır

16:55
18 Dekabr

Kənd təsərrüfatı heyvanlarının sığorta haqqı azaldılıb

16:55
18 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar 6218 nəfərin namizədliyi irəli sürülüb  

16:53
18 Dekabr

Cənubi Koreya ABŞ-Şimali Koreya danışıqlarının bərpası ehtimalını nəzərdən keçirir  

16:47
18 Dekabr

İrakli Kobaxidze: “Makkeyn İnstitutu” Gürcüstanda istədiyinə nail ola bilmədi  

16:41
18 Dekabr

Azərbaycan və Türkiyə arasında elektron icazənin tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib

16:37
18 Dekabr

Bələdiyyə seçkilərində seçicilərin məlumatlandırılması üçün 6 milyon 52 min 721 bildiriş çap olunacaq  

16:21
18 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:17
18 Dekabr

2025-ci ildə “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb - SƏRƏNCAM  

16:06
18 Dekabr

Dağlıq rayonlarda yollar buz bağlayacaq - Xəbərdarlıq

15:39
18 Dekabr

Milli Məclis: İsveçrə Parlamenti Milli Şurasının qərəzli mövqeyi tamamilə yolverilməzdir

15:18
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!