26 Noyabr 2024 08:40
137
CƏMİYYƏT
A- A+
Kəlbəcər yenidən qurulur, əvvəlki simasına qayıdır

Kəlbəcər yenidən qurulur, əvvəlki simasına qayıdır


Azadlığının təntənə gününü qeyd edən rayonda "yaşıl enerji" strategiyasına uyğun olaraq 5 kiçik su-elektrik stansiyası tikilir


"Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də Ermənistan ordusu tərəfindən işğal edilmişdi. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından didərgin salınmışdı. Ermənistan silahlı birləşmələrinin Kəlbəcəri işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdi. Beynəlxalq təşkilatın qətnaməsində bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunmuşdu. Lakin digər qətnamələr kimi, bu sənəd də kağız üzərində qalmışdı. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq, 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin daha aktiv şəkildə məskunlaşdırılmasına başlanılmışdır. Dünyanın yüzlərlə ölkəsinin cəmləşdiyi beynəlxalq təşkilatın 27 ildə sadəcə kağız üzərində qalan qətnaməsinin tələblərini Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırmışdı".

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov  bildirib.

Deputat qeyd edib ki, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə nəticəsində tarixi ədalət bərpa edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. O cümlədən Ermənistanın məcbur qalaraq imzaladığı 10 noyabr üçtərəfli Bəyanatına əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi bir güllə belə atılmadan  işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad olunmasına görə" medalı təsis olundu. Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. 

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən sərəncama əsasən, 25 Noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən olunub.

Deputat diqqətə çatdırıb ki,  bu gün dünya Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinə şahidlik edir. Dövlət işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, keçmiş məcburi köçkünlərin tezliklə öz el-obalarına qayıtmasına çalışır. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik və su xətləri çəkilir, hava limanları tikilir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən dağıdılan kəndlər, şəhərlər, tarixi mədəni-dini abidələr  yenidən qurulur. Aparılan kompleks bərpa işləri Prezident İlham Əliyevin qətiyyətinin və iradəsinin təcəssümüdür.

Kəlbəcərdə həyata keçirilən layihələr, görülən işlər bir daha deməyə imkan verir ki, işğaldan azad olunan ərazilərimiz müasir standartlara uyğun olaraq qurulur. Kəlbəcərdə 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək.

Bölgənin ölkənin ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni elektrik stansiyaları və yarımstansiyalar tikilir. Bu stansiya və yarımstansiyalar işğaldan azad olunan ərazilərdə yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastrukturu fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək. "Yaşıl enerji" strategiyasına uyğun olaraq, hazırda Kəlbəcər rayonunun ərazisində ümumi gücü 27 meqavat olan 5 kiçik su-elektrik stansiyası tikilir. Kiçik su-elektrik stansiyalarında ümumilikdə 9 hidroaqreqat fəaliyyət göstərəcək. Kəlbəcərdə yeni tikilən elektrik stansiyalarında il ərzində ümumilikdə 100 milyon kilovat-saata yaxın ekoloji cəhətdən təmiz enerji istehsal olunacaq. Bu isə 50 milyon kubmetr təbii qaza qənaət edilməsi deməkdir.

Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi istiqamətində strategiyasına uyğun olaraq, "Azərenerji" ASC tərəfindən Kəlbəcərdə yeni tikilən "Yuxarı Vəng" Su Elektrik-Stansiyası Vətən müharibəsində Qələbəmizdən sonra regionda yaradılan ən böyük "yaşıl enerji" mənbəyidir. Belə ki, təkcə bu SES-də istehsal edilən "yaşıl enerji" növbəti 5 il ərzində Kəlbəcər rayonunun elektrik enerjisi tələbatını tam ödəyə bilər. Ümumi gücü 40 meqavat olan "Kəlbəcər" SES silsiləsi azad edilən ərazilərdə 42 meqavatlıq "Zəngilan" SES silsiləsindən sonra tikilən ikinci böyük silsilədir.

K.Bayramov əlavə edib ki,  Kəlbəcərin  ilk yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcəkdir.

Rayonun Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 243 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 547 evin 131-i ikiotaqlı, 289-u üçotaqlı, 92-si dördotaqlı, 35-i beşotaqlı olacaq. Burada həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası tikiləcəkdir. Rayonun Yanşaq və Zallar kəndlərində yaşayış məntəqələrinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla müvafiq olaraq 121 və 137 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Kəndlərə əhalinin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır.

Göründüyü kimi, cəmi 4 il ərzində görülən bütün bu möcüzəvi işlər bir daha  dövlətin gücünü, Prezidentin qətiyyətini, xalqımızın böyüklüyünü və Azərbaycan Ordusunun rəşadətini  göstərir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsveç əhalisinin əksəriyyəti qaçqınların qəbulunun azaldılması tərəfdarıdır  

11:36
26 Noyabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq  

11:14
26 Noyabr

Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam edir  

11:13
26 Noyabr

Mingəçevirdə zəlzələ olub  

10:47
26 Noyabr

Azərbaycan neftinin qiyməti ucuzlaşıb  

10:47
26 Noyabr

BMT “ASAN xidmət”i təşviq edəcək  

10:45
26 Noyabr

Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib  

10:19
26 Noyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb  

09:53
26 Noyabr

Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib  

09:50
26 Noyabr

"Bizim bir borcumuz da Qusarın təbiətini gələcək nəslə sağlam ötürməkdir"

08:50
26 Noyabr

Gəncədə şəhid ailələri və müharibə veteranları üçün tibbi aksiya keçirilib

08:45
26 Noyabr

Kəlbəcər yenidən qurulur, əvvəlki simasına qayıdır

08:40
26 Noyabr

3000-dən çox könüllü

08:35
26 Noyabr

Azərbaycan qərəzli, fitnəkar antiazərbaycançı qüvvələrə növbəti uğuru ilə cavab verdi

08:30
26 Noyabr

İqlim maliyyəsi hədəfi üç dəfə artırıldı

08:25
26 Noyabr

Azərbaycan COP29-da tarixi nəticələr əldə etdi

08:20
26 Noyabr

Paris Sazişinin 6-cı maddəsi 9 ildən sonra razılaşdırıldı

08:15
26 Noyabr

İlham Əliyevin COP modeli

08:10
26 Noyabr

COP29-a layiqli evsahibliyi absurd ittihamlara ən tutarlı cavab oldu

08:05
26 Noyabr

İlham Əliyevin yaratdığı "yaşıl sərhəd"

08:00
26 Noyabr

Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında

01:30
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!