26 Noyabr 2024 08:25
126
İQTİSADİYYAT
A- A+
İqlim maliyyəsi hədəfi üç dəfə artırıldı

İqlim maliyyəsi hədəfi üç dəfə artırıldı


Məlum olduğu kimi, Azərbaycanın COP29 sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik - Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edib. BMT-nin iqlim sammiti üçün COP29 sədrliyinin əsas prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcək.

Belə ki, Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bu, COP29 sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsidir. Burada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilir. Sənəddə eləcə də əlçatanlıq və şəffaflıq haqqında müddəalar öz  əksini tapıb.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sosial şəbəkədəki rəsmi hesablarında COP29-la bağlı paylaşımında bununla bağlı deyilir: "Ən əsası Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək".

COP29 həmçinin BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması üçün 10 il davam edən gözləntiyə son qoydu. Müvafiq karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon ABŞ dollarına çata bilər. Onlar həmçinin milli iqlim planlarının həyata keçirilməsi xərclərini ildə 250 milyard ABŞ dolları həcmində azaltmaq potensialına malikdirlər. Bakı Maliyyə Məqsədi və 6-cı maddə ilə birlikdə investisiyaları inkişaf etməkdə olan dünyaya yönləndirməklə qlobal iqlim maliyyəsi arxitekturasını həmişəlik dəyişəcək.

Qeyd edək ki, Bakı Maliyyə Məqsədi bütün iqlim pillələri üzrə tərəqqi təmin edən sazişlər paketinin mərkəzi hissəsidir. COP29 ilk qlobal baxışın nəticələrində heç bir geriləmə olmamasını təmin etməklə yanaşı, həm də İtki və Zərər Fondunu işə salmağa və bu fondun 2025-ci ildə maliyyə vəsaitini paylaşdırmağa hazır olmasına nail olub.  Bu nailiyyətlər təbii ki, çoxtərəfli iqlim fəaliyyətində ən mürəkkəb və mübahisəli vəzifələri yerinə yetirmək üçün Azərbaycan sədrliyinin aylarla davam edən intensiv diplomatiyasının daha bir  irəliləyişidir. Bu qərarlar 1,50C məqsədinə çatmaq üçün vasitələrin təmin edilməsində xüsusi əhəmiyyətə malik addımlardır.

COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri  Muxtar Babayevin vurğuladığı kimi: "Bütün dünya Bakıya gələndə bir çox insan Azərbaycanın buna nail ola biləcəyinə şübhə edirdi. Onlar şübhə edirdilər ki, tərəflər razılaşa bilər. Hər iki məsələdə yanıldılar. Bu nailiyyətlə Bakı Maliyyə Məqsədi növbəti onillikdə milyardları trilyonlara çevirəcək. Biz inkişaf etməkdə olan ölkələr üçün əsas illik iqlim maliyyəsi hədəfinin üç dəfə artırılmasını təmin etdik. Bakı Maliyyə Məqsədi bizim əldə edə biləcəyimiz ən yaxşı razılaşmadır və biz bunun üçün donor ölkələri maksimum dərəcədə təşviq etmişik. Biz qlobal maliyyə strukturunu həmişəlik dəyişmişik və 1,50C-yə çatmaq yolunda bütün vasitələri çatdırmaq üçün əhəmiyyətli bir addım atmışıq".  

M.Babayev həmçinin bildirib ki, qarşıdakı illər asan olmayacaq. Elm çətinliklərin daha da artacağını  göstərir. Odur  ki, birgə işləmək lazım gələcək və "Bakı irəliləyişi" yaranan çətinliklərin  qarşısını almağa kömək edəcək. 

COP29 sədrliyi iddialı iqlim tədbirləri üçün bir neçə prioritet sahədə irəliləyiş əldə edib  ki, bu da onun öz fəaliyyət gündəliyi təşəbbüslərinə əlavə  olaraq həyata keçirilib. Bununla  şəffaflığın inkişaf etdirilməsi və İtki və Zərər Fondu üçün maliyyə təmin edilməsi daxil olmaqla bir çox sahəni əhatə edib. Sədrlik tərəfindən həyata keçirilən təşəbbüslərə əlavə olaraq, tərəflər və digər maraqlı tərəflər öz öhdəlikləri ilə liderlik göstəriblər.

Çoxtərəfli inkişaf bankları  2030-cu ilə qədər iqlim tədbirlərinə illik 170 milyard ABŞ dolları töhfə verməyi, bunun 120 milyard ABŞ dollarının aşağı və ortagəlirli ölkələrə yönəldiləcəyini açıqlayıblar. İtki və Zərər Fondunun 2025-ci ilə qədər maliyyə ayırmağa hazır olmasını təmin edərək, töhfə verən tərəflərin razılaşmalarını və vədlərini əldə edib, həmçinin Filippinlə ev sahibi ölkə müqaviləsinin imzalanması və Dünya Bankı ilə ev sahibi və qəyyumluq müqavilələri imzalanması təmin edilib. COP29 zamanı ən böyük töhfə Avstraliya və İsveçdən gəlib.  Fonda ümumi töhfə 730 milyon ABŞ dollarını ötüb. ABŞ, Çin, Aİ, BƏƏ, Böyük Britaniya, Braziliya, Kanada və Nigeriya daxil olmaqla ölkələr bir araya gələrək və orqanik tullantılardan metanın azaldılmasına yönəlmiş siyasət qəbul etdiklərini açıqladılar.

Biznes İnvestisiyaları və Xeyriyyəçilik İqlimi Platformasında (BIPCP) 70-dən çox ölkədən 1000-dən çox özəl və xeyriyyəçi lider bir araya gəldi. 10 trilyon dollardan çox aktivi olan investor qrupları iqlim bazarlarına özəl kapital yerləşdirmək üçün birləşdi.

Maliyyə, İnvestisiya və Ticarət Günündə iqlimin maliyyələşdirilməsi layihə və təşəbbüslərinə verilən vədlər 7,3 milyard ABŞ dolları təşkil edib. Ən böyük dəstək Asiya İnkişaf Bankından (3,5 milyard ABŞ dolları), Azərbaycanın bank sektorundan (1,2 milyard ABŞ dolları), İsveç (760 milyon ABŞ dolları) və Kanada (Kanada hökumətindən 1,5 milyard ABŞ dolları və xeyriyyəçilikdən 290 milyon ABŞ dolları) olub. Bu vəsaitlər buzlaqların, yaşıl taksonomiyaların və iqlim fəaliyyətinin təsirlərinə qarşı mübarizəyə investisiyalardır. İnkişaf maliyyə institutları inkişaf etməkdə olan bazarlarda və inkişaf etməkdə olan ölkələrdə bərpaolunan hidrogen layihələri üçün 10 qiqavat "Lighthouse" təşəbbüsünü dəstəkləməyə söz veriblər. 50-dən çox gəmiçilik sənayesi aktoru 2030-cu ilə qədər sıfır və sıfra yaxın emissiyalı yanacaqları sürətləndirmək barədə razılığa gəliblər. Bu da ən azı 5 milyon ton "yaşıl hidrogen" deməkdir.

Müxtəlif növ təmiz enerji təşəbbüsləri üçün 193 milyon dollarlıq paketin bir hissəsi kimi Böyük Britaniya Saharaaltı Afrika ölkələri, Cənubi Asiya və Hind-Sakit Okean regionunda kömür və odundan istifadə etməklə yemək bişirməyi geridə qoymaq üçün 10 milyon insana təmiz yemək hazırlamağı dəstəkləyib.

Əməkdaşlıq və sülh də  qlobal iqlim fəaliyyəti üçün böyük əhəmiyyətə malikdir. Odur ki, COP Atəşkəs Çağırışı 132 ölkə və 1200-dən çox təşkilatın dəstəyini qazandı. Habelə Bakı Sülh, Yardım və Bərpa Üçün İqlim Fəaliyyəti Çağırışı qəbul edildi. Bu təşəbbüs Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzini yaradacaq.

Almaniyanın və İrlandiyanın  töhfələri ilə Adaptasiya Fonduna edilən töhfələr 133 milyon ABŞ dollarına çatıb. İqlim İnvestisiya Fondu daha da artırılıb, ABŞ, Almaniya  və Böyük Britaniya tərəfindən əlavə töhfələr toplanıb.

Bunlar Prezident  İlham Əliyevin  iqlim diplomatiyasında dönüş nöqtəsi  adlandırdığı COP29-da əldə olunan irəliləyişlərin, qazanılan nailiyyətlərin yalnız bir qismidir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsveç əhalisinin əksəriyyəti qaçqınların qəbulunun azaldılması tərəfdarıdır  

11:36
26 Noyabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq  

11:14
26 Noyabr

Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam edir  

11:13
26 Noyabr

Mingəçevirdə zəlzələ olub  

10:47
26 Noyabr

Azərbaycan neftinin qiyməti ucuzlaşıb  

10:47
26 Noyabr

BMT “ASAN xidmət”i təşviq edəcək  

10:45
26 Noyabr

Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib  

10:19
26 Noyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb  

09:53
26 Noyabr

Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib  

09:50
26 Noyabr

"Bizim bir borcumuz da Qusarın təbiətini gələcək nəslə sağlam ötürməkdir"

08:50
26 Noyabr

Gəncədə şəhid ailələri və müharibə veteranları üçün tibbi aksiya keçirilib

08:45
26 Noyabr

Kəlbəcər yenidən qurulur, əvvəlki simasına qayıdır

08:40
26 Noyabr

3000-dən çox könüllü

08:35
26 Noyabr

Azərbaycan qərəzli, fitnəkar antiazərbaycançı qüvvələrə növbəti uğuru ilə cavab verdi

08:30
26 Noyabr

İqlim maliyyəsi hədəfi üç dəfə artırıldı

08:25
26 Noyabr

Azərbaycan COP29-da tarixi nəticələr əldə etdi

08:20
26 Noyabr

Paris Sazişinin 6-cı maddəsi 9 ildən sonra razılaşdırıldı

08:15
26 Noyabr

İlham Əliyevin COP modeli

08:10
26 Noyabr

COP29-a layiqli evsahibliyi absurd ittihamlara ən tutarlı cavab oldu

08:05
26 Noyabr

İlham Əliyevin yaratdığı "yaşıl sərhəd"

08:00
26 Noyabr

Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında

01:30
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!