26 Noyabr 2024 08:30
122
SİYASƏT
A- A+
Azərbaycan qərəzli, fitnəkar antiazərbaycançı qüvvələrə növbəti uğuru ilə cavab verdi

Azərbaycan qərəzli, fitnəkar antiazərbaycançı qüvvələrə növbəti uğuru ilə cavab verdi


Artıq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işini başa çatdırıb. Ölkəmizin mükəmməl təşkilatçılığı beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsinə şərait yaratdı. 

Bəzi ermənipərəst beynəlxalq təşkilatların və demokratiyadan, qanundan dəm vurduqları halda özləri ən böyük haqsızlığa, ədalətsizliyə yol verən dövlətlərin ölkəmizin COP29-a evsahibliyini boykot etmək üçün özlərini oda-közə vurmaları, qarayaxma kampaniyaları bu dəfə də gözlədikləri nəticəni vermədi.

Son illər Azərbaycan həmin beynəlxalq təşkilatların və dövlətlərin düyünə saldıqları problemlərini özü həll etməklə öz gücünü və qətiyyətini nümayiş etdirir. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə Ermənistanın otuz ilə yaxın işğal altında saxladığı ərazilərini azad etdi, 2023-cü ildə birgünlük lokal xarakterli antiterror əməliyyatları nəticəsində suverenliyinin tam bərpasına nail oldu. İndi həmin ərazilərdə öz gücü ilə tikinti-bərpa, quruculuq işlərini sürətlə davam etdirir. Böyük qayıdış layihəsini reallaşdırır, Qarabağın və Şərqi Zəngəzurun Ermənistanın işğalı səbəbindən yurdundan didərgin düşmüş sakinləri geri dönürlər.

Azərbaycanın Qarabağda erməni separatizminə son qoyması, sülhün bərqərar olması üçün atdığı ardıcıl və əzmli addımları, mövqeyində səbatlı olması bütövlükdə Cənubi Qafqazın əmin-amanlığına, təhlükəsizliyinə yol açır. Fransa başda olmaqla bəzi Qərb ölkələrinin və beynəlxalq təşkilatların narahatlığının başlıca səbəbi də budur. 

Azərbaycana qarşı qərəzli yanaşmadan, ikili standartlar siyasətindən əl çəkməyənlər ölkəmizin evsahibliyini də böyük hiddətlə qarşıladılar. Azərbaycana qarşı informasiya hücumlarına başladılar, dezinformasiyaları dövriyyəyə buraxdılar. COP29 ərəfəsində müxtəlif siyasi dairələrdən edilən bu hücumların, təhdidlərın, çirkin kampaniyaların məqsədi Azərbaycanı qarşısına qoyduğu hədəflərdən yayındırmaq, yüksələn nüfuzuna kölgə salmaq idi. Respublikamızla bağlı həqiqətdən tamamilə uzaq, qərəzli məlumatların məqsədyönlü şəkildə yayılması ölkəmizə qarşı hibrid təhdidlərin təşkilini hədəf götürdü. 

Ekoloji problemlər, iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi, havanın çirklənməsi ilə bağlı olan bu beynəlxalq tədbiri bütün vasitələrlə siyasiləşdirməyə çalışırdılar. Azərbaycana qarşı hibrid təhdidlərlə, həmçinin kiberhücumlar, dezinformasiya xarakterli məlumatların yayılması, sosial şəbəkələrdə qarayaxma kampaniyaları ilə məqsədlərinə çatmağa çalışırdılar.

Həmin günlərdə Qərb mediasında respublikamızın əleyhinə sifarişli yazıların sayı da artdı. Ölkəmizin gücünün daha da artdığı bir vaxtda COP29 ərəfəsində verilən anti-Azərbaycan açıqlamalarının, yazılan şər, böhtan dolu məqalələrin heç bir nəticəsi olmayacağı şübhəsiz idi. Prezident İlham Əliyev oktyabrın 10-da Pre-COP29 tədbirinin iştirakçılarına müraciətində bəyan etmişdi: "Burada bəzi media qurumlarının Azərbaycanın imicini ləkələmək məqsədi daşıyan qarayaxma kampaniyasına toxunmaya bilmərəm. Bu cəhdlər əbəsdir və bizi iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz".

COP29 öncəsi Azərbaycana qarşı hücumların təşkilatçılarının, icraçıların qərəzli, açıq-aşkar düşmənçilik xarakteri daşıyan kampaniyalarla məqsədlərinə çata bilmədiyinə ən gözəl cavabı da Prezident İlham Əliyev noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimindəki çıxışında verdi: "Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və baş nazir var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!"

COP29-un davam etdiyi günlərdə də Qərbin erməni lobbisinə xidmət etmək üçün hər cür rəzilliyi özlərinə rəva görən siyasətçiləri, yalan xəbər verməkdə yarışa girən mediası, "müstəqil" QHT-ləri ölkəmiz haqqında dezinformasiya və səhv məlumatlarla öz mövqelərini göstərdilər.

Ancaq fitnəkarlara rəğmən dünyanın ən böyük iqlim tədbiri noyabrın 11-də böyük uğurla başladı və davam etdi. Dünya Azərbaycana toplaşdı. Noyabrın 12-də COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi, ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a evsahibliyi etmək şərəfi verildi: "Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük". Bu mötəbər beynəlxalq tədbirə evsahibliyi ilə Azərbaycan göstərilən etimada, inama layiq olduğunu təsdiq etdi. Bu dəfə də ölkəmiz qərəzli, fitnəkar anti-azərbaycançı qüvvələrin cəhdlərini öz uğurları ilə puça çıxardı.

COP29 konfransının yekununda bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşıyan qərarlar qəbul edildi. Qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantı dünya ölkələrinin, xüsusilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatdı.

Bu beynəlxalq tədbir eyni zamanda Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Genişmiqyaslı tədbirin öhdəsindən ölkəmiz uğurla gəldi, bu sahədə yüksəksəviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. COP29-un yüksək səviyyədə təşkilinə görə bütün tərəflərin yekdilliklə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbulu bunun nəticəsidir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq  

11:14
26 Noyabr

Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam edir  

11:13
26 Noyabr

Mingəçevirdə zəlzələ olub  

10:47
26 Noyabr

Azərbaycan neftinin qiyməti ucuzlaşıb  

10:47
26 Noyabr

BMT “ASAN xidmət”i təşviq edəcək  

10:45
26 Noyabr

Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib  

10:19
26 Noyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb  

09:53
26 Noyabr

Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib  

09:50
26 Noyabr

"Bizim bir borcumuz da Qusarın təbiətini gələcək nəslə sağlam ötürməkdir"

08:50
26 Noyabr

Gəncədə şəhid ailələri və müharibə veteranları üçün tibbi aksiya keçirilib

08:45
26 Noyabr

Kəlbəcər yenidən qurulur, əvvəlki simasına qayıdır

08:40
26 Noyabr

3000-dən çox könüllü

08:35
26 Noyabr

Azərbaycan qərəzli, fitnəkar antiazərbaycançı qüvvələrə növbəti uğuru ilə cavab verdi

08:30
26 Noyabr

İqlim maliyyəsi hədəfi üç dəfə artırıldı

08:25
26 Noyabr

Azərbaycan COP29-da tarixi nəticələr əldə etdi

08:20
26 Noyabr

Paris Sazişinin 6-cı maddəsi 9 ildən sonra razılaşdırıldı

08:15
26 Noyabr

İlham Əliyevin COP modeli

08:10
26 Noyabr

COP29-a layiqli evsahibliyi absurd ittihamlara ən tutarlı cavab oldu

08:05
26 Noyabr

İlham Əliyevin yaratdığı "yaşıl sərhəd"

08:00
26 Noyabr

Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında

01:30
26 Noyabr

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə

01:26
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!