14 Aprel 2023 01:11
607
İQTİSADİYYAT
A- A+
"Kəhrəba"da orta məhsuldarlıq 55 sentnerdir

"Kəhrəba"da orta məhsuldarlıq 55 sentnerdir

 

Buğda və arpa toxumu istehsalı üzrə ixtisaslaşan bu fermer təsərrüfatının sorağı Bərdənin sərhədlərini çoxdan aşıb

 

Bərdə ölkənin böyük iqtisadi potensiala malik rayonlarındandır. Bu yerlərin torpağı münbit, suyu bol, insanları mehriban, qonaqpərvər və əməksevərdirlər. Hələ respublikaya rəhbərliyinin birinci dönəmində Ümummilli Lider Heydər Əliyev dəfələrlə Bərdəyə səfər etmiş, əmək adamları ilə pambıq tarlalarında, taxıl zəmilərində, heyvandarlıq müəssisələrində görüşmüş, onlara dəstək və diqqətini əsirgəməmişdir.
O vaxtlar Salman Musayev rayonun ən böyük, geniş imkanlara malik "Moskva" kolxozunda ali təhsilli mütəxəssis kimi müxtəlif məsul vəzifələrdə çalışırdı. Ulu Öndərin əmək adamlarının hünərinə verdiyi yüksək dəyər Salmanı torpağa, halal zəhmətə daha möhkəm tellərlə  bağlayır, seçdiyi həyat yolunun  doğru olduğuna inandırırdı.
Zəhmət naxışlı, bərəkət qoxulu illər ötüb keçir, Salman təcrübə qazanır, torpağın dilini bilən, onunla ünsiyyət quran bir əmək adamı kimi formalaşırdı. Zamanın hökmü ilə ictimai-siyasi quruluş dəyişdi, kolxoz və sovxozlar dağılıb yerini özəl  təsərrüfat sisteminə verdi. Heydər Əliyevin iradəsi ilə həyata keçirilən torpaq islahatı həyat amalı halal zəhmət olan kənd adamlarına səmərəli fəaliyyət üçün geniş imkanlar açdı. Bütün varlığı ilə torpağa bağlı Salman da bu imkanı qaçırmadı, ondan səmərəli istifadə etmək üçün yollar aradı. Düşünüb daşınandan, götür-qoy edəndən sonra "Kəhrəba" adlı fermer təsərrüfatı yaratdı. Gücünə, bacarığına yaxşı bələd olduğu, əmək meydanında sınadığı dostlarını da başına yığıb fəaliyyətə başladı. Çəkdikləri zəhmət, axıtdıqları alın təri hədər getmədi. Torpağa səpdikləri toxum birə min oldu. Qazandıqları yüksək nəticə, istehsal etdikləri bol məhsul onlara böyük şöhrətlə yanaşı, firavan həyat, yaxşı dolanışıq gətirdi.
İndi Salman Musayevin fermer təsərrüfatı qabaqcıl təcrübə məktəbinə çevrilib. "Kəhrəba"nın istehsal etdiyi taxıl toxumunun sorağı rayonun sərhədlərini çoxdan aşıb. Bəli, "Kəhrəba" fermer təsərrüfatı taxıl toxumçuluğu üzrə ixtisaslaşıb. Kənd Təsərrüfatı Nazirliyinin müvafiq sertifikatı ilə bu istiqamətdə fəaliyyət göstərir. Keçən təsərrüfat ilində 450 ton buğda, 60 ton arpa toxumu istehsal edilib. Buğda zəmilərində hər hektarın orta məhsuldarlığı 55, arpa sahələrində isə 50 sentner olub. Nəinki Bərdənin, qonşu rayonların fermerləri də "Kəhrəba"nın istehsal etdiyi toxumun keyfiyyətindən razılıq edirlər.
Salman Musayevlə söhbətdən öyrənirik ki, cari ilin məhsulu üçün 86 hektarda taxıl əkiblər. Səpində yerli sortlardan "Qobustan" və "Mətin"dən istifadə olunub. Aqrotexniki qaydalar əsasında becərilən zəmilər bol məhsuldan xəbər verir. "Sarı kəhrəba" ustaları bu il daha yüksək məhsuldarlığa nail olmaq əzmindədirlər.
"Kəhrəba"nın əsas fəaliyyət istiqaməti toxumçuluq olsa da, kənd təsərrüfatının digər sahələri ilə də məşğul olur. Yaxşı da nəticələri var. Fermer təsərrüfatında bəslənən qoyunların sayı hazırda 550 başdır. Keçən il həmçinin 150 kiloqram barama istehsal ediblər. Cari il bu göstəricini iki dəfə artırmağa çalışırlar. Çünki etibarlı yem bazası yaradıblar. Dörd il əvvəl bir hektarda Çindən gətirilmiş məhsuldar çəkil tingləri əkiblər. Kümxananı da mövsümə zoobaytar tələblər əsasında hazırlayıblar.
Salman Musayev söhbətinin sonunda ürəyindən keçənləri dilə gətirdi:
- Biz müharibə şəraitində yaşayırıq. Dövlətimizə güclü və müasir silah-sursatla yanaşı, bol çörək lazımdır. O da məlumdur ki, biz taxıla olan ehtiyacımızı daxili imkanlar hesabına ödəyə bilmirik. Ölkəmizdə əkin sahələri də o qədər geniş deyil. Çıxış yolu kimi intensiv inkişafa önəm verməliyik. Yüksək məhsuldarlığa nail olmağın yolu isə keyfiyyətli toxumdan, qabaqcıl dünya təcrübəsinin, mütərəqqi texnologiyanın tətbiqindən keçir. Hökumətdən narazı olmağa haqqımız yoxdur. Subsidiya alırıq, gübrəni, texnikanı güzəştli qiymətlərlə verirlər. Bizə qalan odur ki, hər qarış torpaqdan səmərəli istifadə edək, bol taxıl yetişdirək. Ölkəmizin taxıl idxalı qayğısını yüngülləşdirək.

Lazım QULİYEV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!