07 Mart 2014 01:03
1166
İQTİSADİYYAT
A- A+
Kapital qoyuluşu daha çox sənaye müəssisələrinin yaradılmasına yönəldilir

Kapital qoyuluşu daha çox sənaye müəssisələrinin yaradılmasına yönəldilir

 

Məlumdur ki, iqtisadiyyatın dinamik inkişafnda kapital qoyuluşu mühüm rol oynayır. Bu mənada ölkəmiz müstəqillik qazandıqdan sonra aparılan düzgün iqtisadi siyasət nəticəsində dünyada ən çox xarici sərmayə qoyulan ölkələrdən birinə çevrilib. Təkcə son 10 il ərzində iqtisadiyyatımıza 160 milyard dollar xarici investisiya cəlb olunub. Daxili sərmayə qoyuluşu da ildən-ilə yüksələn templə artmaqda davam edir. Keçən il bu rəqəm rekord həddə - 28 milyard dollara çatıb. Cari ildə də bu həddin qorunub saxlanılması şübhəsizdir.

Bir neçə il əvvəl ölkə iqtisadiyyatına qoyulan sərmayəni xarici kapital təşkil edirdi və bu yatırım əsasən neft sənayesinə qoyulurdu, indi tam əksinədir, kapital qoyuluşunda daxili sərmayələr üstünlük təşkil edir. Çünki həmin dövr dövlət neft sənayesini xarici sərmayə hesabına inkişaf etdirməklə əldə olunan vəsaitdən qeyri-neft sektorunu əhatə edən sahələrin tərəqqisini maliyyələşdirməyə qərar vermişdi. Bu siyasət indi də davam edir. Həyata keçirilən iqtisadi siyasətin ən önəmli cəhəti isə odur ki, qeyri-neft sektoru paytaxtla bərabər, regionlarda da inkişaf edir.

Regionların sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə bölgələrə kapital qoyuluşu dinamik şəkildə artır. Son 10 ildə təkcə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlığın inkişafı üçün 2 milyard manat vəsait ayrılıb və verilən kreditlərin 78, açılan iş yerlərinin 81 faizi regionların payına düşür. Əvvəllər bölgələr tamamilə dotasiya hesabına yaşayırdısa, indi qismən və ya tamamilə yerli gəlirlər hesabına maliyyələşdirilir. Son 10 ildə regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər 6 dəfə artıb. Xüsusilə qeyd etmək lazımdır ki, bir çox göstəricilər üzrə artım tempi ölkə üzrə müvafiq göstəricilərdən daha yüksəkdir. Təsadüfi deyil ki, regionlarda vergi ödənişləri 14,2 dəfə artıb. Bunun nəticəsində 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.

Məlumdur ki, cari il "Sənaye ili" elan edilib. Odur ki, iqtisadiyyatda ağırlıq məhsul istehsal edən yeni sənaye müəssisələrinin yaradılmasının üzərinə düşəcək. Yeni müəssisələrin yaradılmasında isə üstünlük regionlara veriləcək. Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda bu barədə demişdir: "Bu il "Sənaye ili"dir. Sənayenin inkişafına xüsusi diqqət göstəriləcəkdir və göstərilir. Texnoparkların yaradılması prosesi sürətlə gedir. Bölgələrdə - Gəncədə, Sumqayıtda, Mingəçevirdə texnoparkın yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda, hər bir sahədə xüsusi sənaye yerləri, sənaye zonaları yaradılmalıdır. Çünki iqtisadiyyatımız, sənaye potensialı, əhali artır. İş yerləri nə qədər yaradılsa da, yenə də yaradılmalıdır. Çünki elə ölkələr var ki, orada əhali azalır, orada iş yerləri o qədər də ciddi problem deyil. Ancaq bizdə keçən il əhali 170 mindən çox artmışdır. Bu artım çox müsbət haldır, iqtisadi inkişafımızın təzahürüdür. Ancaq bizim iqtisadi imkanlarımız, sənaye imkanlarımız buna uyğun olmalıdır. Ona görə, hər bir şəhərdə, yəqin ki, şəhərlərin kənarlarında xüsusi sənaye zonaları yaradılmalıdır. Orada dövlət hesabına infrastruktur, kommunikasiya xətləri çəkilməlidir, yeni müəssisələrin tikilməsi üçün imkanlar yaradılmalıdır ki, sahibkarlar gedib orada özləri üçün iş qursunlar".

Statistik rəqəmlər göstərir ki, cari ilin yanvar ayında da iqtisadiyyatın inkişafı üçün kapital qoyuluşu artıb. Ötən ay ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 660,9 milyon manat vəsait yönəldilib və onun 57,3 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Keçən ilin yanvar ayı ilə müqayisədə əsas kapitala yönəldilən vəsaitin həcmi 6,3, tikinti-quraşdırma işlərinə ayrılan vəsaitin həcmi 18,9 faiz artıb. Məhsul istehsalı obyektlərinin inşasına 388,6 milyon, xidmət sahələri üzrə obyektlərin tikintisinə 272,3 milyon manat vəsait yönəldilib. Ümumi sərmayənin 66,4 faizi dövlət, 33,6 faizi qeyri-dövlət müəssisələrinin payına düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi əvvəlki ilin yanvar ayı ilə müqayisədə 10,7 faiz artaraq ümumi sərmayənin 67,3 faizini təşkil edib və onun 83,3 faizi dövlət, 16,7 faizi isə qeyri-dövlət bölməsinin payına düşüb.

Əsas kapitala yönəldilən sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 249 milyon, bank kreditləri 70 milyon, büdcə vəsaitləri 303,9 milyon, büdcədənkənar fondların vəsaitləri 12,7 milyon, əhalinin şəxsi vəsaitləri 23,3 milyon, sair vəsaitlər 2 milyon manat təşkil edib. Əsas kapitala yönəldilən ümumi vəsaitin 37 faizi sənaye sahələrinin inkişafına sərf edilib.

 

Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!