21 Noyabr 2023 11:00
626
İQTİSADİYYAT
A- A+
İtaliya-Azərbaycan elektrik enerjisi sahəsində mühüm razılaşmalar əldə edilib

İtaliya-Azərbaycan elektrik enerjisi sahəsində mühüm razılaşmalar əldə edilib

 

Bu ilin fevral ayında Prezident İlham Əliyev və İtaliyanın şirkətlər və "Made in Italy" naziri Adolf Ursonun iştirakı ilə təməli qoyulan və Azərbaycanın müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyasında işlər "Azərenerji" tərəfindən sürətlə davam etdirilir. 
"Azərenerji" ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, Mingəçevirdəki "Azərbaycan" İstilik-Elektrik Stansiyasının ərazisində inşa edilən 1280 meqavatlıq yeni elektrik stansiyasına artıq İtaliyanın "Ansaldo Energia" şirkəti tərəfindən istehsal olunan 2 qaz turbini və 2 generator gəmiyə yüklənərək Azərbaycana göndərilib və Bakıdakı limandan ən ağır yüklərin daşınmasını həyata keçirən xüsusi qoşqulu vasitələrlə Mingəçevirə daşınıb. Qeyd edək ki, hər birinin çəkisi 300-400 ton olan turbin və generatorlar yolboyu körpülərin altından xüsusi tədbirlər görülərək keçirilib. Beləliklə, "Ansaldo Energia" şirkəti tərəfindən göndərilən 2 dəst turbin və generatorlar artıq yerinə qoyulub, 2 dəsti isə hazırda sifarişə uyğun olaraq İtaliyada yığılır və gələn ilin ilk aylarında göndəriləcək.
Bu arada İtaliyanın "Ansaldo Energia" şirkətinin rəhbəri Fabbrizio Fabrinin rəhbərlik etdiyi nümayəndə heyəti yeni tikilən elektrik stansiyasına gəlib. Qonaqlar öncə "Azərenerji" ASC-nin rəhbəri Baba Rzayevin iştirakı ilə Mingəçevirdəki "Azərbaycan" İstilik-Elektrik Stansiyasının həyətində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra rekonstruksiya edilən bloklara, tikinti ərazisinə baxış keçiriblər, işin gedişatı ilə tanış olublar. İtaliya-Azərbaycan dostluğu, işin gedişi, tikinti-quraşdırma işləri ilə bağlı keçirilən iclasda "Ansaldo" ilə "Azərenerji" arasında köməkçi avadanlıqların istehsalı, kadr mübadiləsi, ehtiyat hissələrin hazırlanması və digər məqamlarla bağlı geniş fikir mübadiləsi aparılıb. 
Səfərin sonunda "Ansaldo Energia" şirkətinin nümayəndə heyəti ADA Universitetində olublar və  İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində ADA Universiteti, "Azərenerji" ASC, "Ansaldo Energia" və Turin Universiteti arasında anlaşma memorandumu imzalanıb. Razılaşmaya əsasən, "Azərenerji" ASC-nin Şüvəlandakı "Şimal" Elektrik Stansiyasının ərazisində Tədris və Laboratoriya Mərkəzi yaradılacaq. Burada qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrların hazırlanması təmin ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT-nin ali nümayəndəsi: XIII Qlobal Bakı Forumu dialoq və birgə fəaliyyət üçün əvəzolunmaz platformadır  

11:57
12 Mart

Kosta-Rikanın Birinci vitse-prezidenti: Bakı platforması məqbul həll yolları üzərində işləməyə imkan yaradır  

11:51
12 Mart

ÜST-nin Baş direktoru Azərbaycan Prezidentinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edib  

11:45
12 Mart

Nazir müavini: Bu ilin yanvar ayında “mygov” platformasında ümumi istifadəçilərin sayı 2,5 milyona çatıb 

11:43
12 Mart

Media: Yaxın Şərqdəki münaqişə Kiyevə sursat tədarükünü azaldacaq 

11:41
12 Mart

Jelka Tsviyanoviç: Dünyanın dialoqa ehtiyacı var  

11:39
12 Mart

Azərbaycan Prezidenti: Ermənistanla sülhdən sonra biz Orta Dəhlizin genişləndirilməsi üzərində sıx işləyirik  

11:37
12 Mart

Dünyanın hər yeddi ölkəsindən birində qadınlar hakimiyyətdədir  

11:36
12 Mart

Prezident İlham Əliyev: Azərbaycan vasitəsilə daşınan yüklərə olan tələbat artır  

11:32
12 Mart

Gürcüstanın sabiq Prezidenti: Dünyada baş verən proseslər narahatlıq doğurur 

11:27
12 Mart

Prezident: Azərbaycan enerji təhlükəsizliyinə öz töhfəsini davam etdirəcək  

11:24
12 Mart

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumundakı çıxışında dünyada neftin qiymətindəki artıma toxunub  

11:16
12 Mart

Vayra Vike-Freyberqa: Biz BMT-nin əsasını təşkil edən beynəlxalq prinsiplərin təsirinin zəiflədiyini görürük  

11:12
12 Mart

Prezident İlham Əliyev: Ermənistanla sülh yalnız kağız üzərində deyil  

11:06
12 Mart

Formula 1 Azərbaycan Qran-Prisi üçün marşal qeydiyyatına start verilib 

11:02
12 Mart

Azərbaycan BMT tədbirində qadınların səlahiyyətləndirilməsini gündəmə gətirib

10:58
12 Mart

“Məmməd Süleymanov” gəmisi SOCAR-ın “Qoşadaş” sahəsindəki tədqiqat işlərinə cəlb olunub  

10:56
12 Mart

Azərbaycan Prezidenti: Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik  

10:51
12 Mart

Prezident İlham Əliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir

10:50
12 Mart

“Aztelekom” Günəş enerjisi ilə işləyən stansiyalarını istismara verib

10:46
12 Mart

Prezident İlham Əliyev: Regional təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub  

10:41
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!