16 May 2025 19:20
797
DÜNYA
A- A+
İstedadlı futbolçuların axtarışı üçün süni zəkadan istifadə ediləcək

İstedadlı futbolçuların axtarışı üçün süni zəkadan istifadə ediləcək


Braziliyada gənc istedadlı futbolçular özlərini tanıtmaq üçün “Footbao” və “Cuju” tətbiqlərindən istifadə edirlər. Bu tətbiqlərdə onların bacarıqları süni zəka alqoritmi tərəfindən qiymətləndirilir.

“Footbao” startapı 2023-cü ildə Braziliyanı sınaq platforması kimi seçib. Servis “TikTok”un analoqu hesab edilir. Burada gənc idmançılar öz bacarıq və imkanlarını nümayiş etdirən videolarla onlayn portfoliolar yaradırlar. Tətbiqdə artıq 100 mindən çox istifadəçi qeydiyyatdan keçib. Yaxın vaxtlarda “Footbao” istifadəçisi olan 5 braziliyalı yeniyetmə, İtaliyanın ali divizion komandalarından biri ilə 2 həftəlik təlimə göndərilib. Onlar 20 nəfərlik seçmə siyahıdan, həmin 20 nəfər isə 2000 ilkin namizəd arasından seçilib.

Daha bir perspektivli layihə olan “Cuju” Almaniyanın Rogon idman agentliyinin texniki bölməsi tərəfindən hazırlanıb. Tətbiqin ilk versiyası süni zəkasız olaraq təxminən 10 il əvvəl Afrikada fəaliyyətə başlayıb. Onun yenilənmiş versiyası isə ötən il Braziliyada istifadəyə verilib və məqsədi futbolda inklüzivliyi demokratikləşdirməkdir. Tətbiq istifadəçiləri öz bacarıqlarını nümayiş etdirmək və xal qazanmaq üçün bir sıra tapşırıqları yerinə yetirirlər. Videolar platformaya yükləndikdən sonra süni zəka oyunçuları dünyanın müxtəlif yerlərindəki oyunçularla müqayisə edir və inkişaf üçün fərdi təkliflər verir. Qeyri-rəsmi məlumata görə, layihənin işə salınması 5 milyon avroya başa gəlib.

Hazırda “Cuju”nun Braziliyada 50 min istifadəçisi var, onların əksəriyyəti Santa-Katarina ştatında yerləşir. Bu bölgədə platforma turnirlər təşkil edir. Hər iki təşəbbüsün daha bir məqsədi qadınlarda futbol bacarıqlarının inkişafını stimullaşdırmaqdır, çünki qadınlara ənənəvi olaraq kişilərlə müqayisədə daha az imkanlar təqdim olunur. Hazırda “Footbao” istifadəçiləri arasında qızların payı təxminən 1/5  təşkil edir, lakin platforma 2027-ci ilə qədər bu göstəricini yarıbayarı artırmağı hədəfləyir. Həmin il Braziliya qadınlar arasında futbol üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşır.


 Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

14:56
06 Mart

Ceyhun Bayramov moldovalı həmkarını Naxçıvana edilən dron hücumları barədə məlumatlandırıb  

14:55
06 Mart

Sabah bəzi yerlərdə hava yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq  

14:54
06 Mart

Azərbaycan və Türkmənistan arasında atçılıq idmanı sahəsində əməkdaşlıq memorandumu imzalanıb  

14:54
06 Mart

Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub  

14:48
06 Mart

Fərhad Hacıyev: 1111 nəfər “Yüksəliş” müsabiqəsinin ötən beş mövsümündə təkrar iştirak edib 

14:46
06 Mart

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub  

14:45
06 Mart

Qazax rəsmən Azərbaycanın “İdman Paytaxtı” oldu  

14:42
06 Mart

Azərbaycan Kuboku: “Sabah”dan yubiley qolu, “Kəpəz”dən 35-ci məğlubiyyət

14:40
06 Mart

İran terrorçu xislətini bir daha dünyaya nümayiş etdirdi  

14:25
06 Mart

Dövlət etikasına və insanlığa sığmayan əməl

13:17
06 Mart

Bu günə qədər “Yüksəliş” müsabiqəsində 69 min 963 nəfər iştirak edib

13:09
06 Mart

Ekspert: Azərbaycan istehsalçı, Türkiyə isə tranzit ölkə kimi üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirir  

13:08
06 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

13:02
06 Mart

İranın Naxçıvana hücumu molla rejiminin nankorluğunun növbəti təzahürüdür

12:29
06 Mart

ABŞ neftinin qiyməti son 20 ayın ən yüksək səviyyəsinə çatıb

12:23
06 Mart

Azərbaycan və Moldova XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalanıb

12:19
06 Mart

Ötən il Gürcüstana dəmir yolu ilə göndərilən yükün 27 faizdən çoxu Azərbaycanın payına düşüb

11:39
06 Mart

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

11:38
06 Mart

Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib  

11:34
06 Mart

Xocalıda şagirdlərə fövqəladə hallarla bağlı davranış qaydaları barədə məlumat verilib  

11:33
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!