07 Oktyabr 2025 16:11
1192
Mədəniyyət
A- A+
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb  

İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb  


İstanbulun mərkəzi hissələrindən olan Sarıyer rayonunda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, abidənin açılış mərasimində Azərbaycanın İstanbuldakı baş konsulluğunun, Türkiyədə fəaliyyət göstərən dövlət qurumları və bələdiyyənin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə çıxış edən İstanbuldakı baş konsulumuz Nərminə Mustafayeva mədəniyyətimiz və qardaşlığımızın rəmzlərindən biri olan belə bir abidənin yaradılmasında iştirak etməkdən məmnunluğunu bildirib. O deyib: “Açılışını etdiyimiz bu abidə bir əsər olmaqla yanaşı, iki xalqın ortaq hafizə və könül birliyinin təzahürüdür. Bəxtiyar Vahabzadə sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının qələmi idi. Türk dünyasının mənəvi birliyini bu qədər açıq şəkildə dilə gətirən ikinci şair tapmaq çətindir. O, milli mübarizəmizdə qələmini qılınc kimi istifadə edərək milli dəyərlərimizin yenidən oyanması, qardaş millətlərin hər zaman bir-birinə dəstək olmasının əhəmiyyətinə inanan dahi şəxsiyyət idi. Azərbaycan Prezidentinin Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı onun fikirlərinə olan böyük hörmətin göstəricisidir”.

Çıxışında layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını ifadə edən Xarici İşlər Nazirliyinin (XİN) nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev bu əsərin böyük tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb. “Bəxtiyar Vahabzadə sovet hakimiyyətinin ən repressiv dövrlərində “Gülüstan” kimi bir əsəri yazıb. Ümumiyyətlə, o, milli şüurumuzun diriliş şairlərindən biri olmaqla yanaşı, gələcəyə baxışımızın da formalaşmasında mühüm rol oynayıb. Bəxtiyar Vahabzadə sənətinə Azərbaycanda daima çox böyük hörmət göstərilib. Bunun ilk nümunəsi Ulu Öndər Heydər Əliyevin Bəxtiyar Vahabzadəni milli şair adlandırması idi. Bu, böyük addır. Şairə olan böyük hörmətin daha bir nümunəsi Azərbaycan Prezidentinin onun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncamda Bəxtiyar Vahabzadənin bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamasını qeyd etməsidir”, - deyən Elməddin Mehdiyev barelyefin açılışının Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü kimi tarixi əhəmiyyət kəsb edən bir günə təsadüf etməsini də yüksək qiymətləndirib.

Barelyefin müəllifi, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev çıxışında belə bir əsəri ərsəyə gətirdiyi üçün fəxarət hissi keçirdiyini deyib. O bildirib ki, bu, onun Bəxtiyar Vahabzadə obrazı üzərindəki ilk işi deyil və Türkiyədə ümumiyyətlə ərsəyə gətirdiyi beşinci əsərdir. İstanbulda ucaldılan, fəxr etdiyi əsərlərindən biri də Sarıyerdə yerləşən Heydər Əliyev parkındakı Ulu Öndərin abidəsidir.

Sarıyer bələdiyyəsinin sədri Mustafa Oktay Aksu isə barelyefin açılışının məhz onun rəhbərliyi dövrünə düşməsindən fəxr etdiyini bildirərək Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizidir” kəlamlarını misal çəkib.

Sonra barelyefin açılışı olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ kosmosda silah yerləşdirdiyini ilk dəfə rəsmən etiraf edib  

19:18
15 Sentyabr

 Merkuri düşünüldüyündən daha sürətlə kiçilir

18:57
15 Sentyabr

 Alimlər qripə qarşı yeni vasitə hazırlayıblar

18:47
15 Sentyabr

Süni intellekt artıq öz “düşüncəsini” də təhlil edir  

18:13
15 Sentyabr

BMT-dən azərbaycanlı ekspertə etimad

18:11
15 Sentyabr

“SABAH.city” innovasiya şəhərciyinə mediatur təşkil olunub  

18:05
15 Sentyabr

Azərbaycan–İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilib

18:04
15 Sentyabr

Qaxda aqrar sahə üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə bağlı monitorinq keçirilib  

17:57
15 Sentyabr

ABŞ Hörmüz boğazında İranın iki qayığını məhv edib

17:56
15 Sentyabr

Səkkiz ayda dəmir yolları ilə 12 milyon tondan çox yük daşınıb

17:55
15 Sentyabr

Qırğızıstan Müsəlmanları İdarəsi Azərbaycan İlahiyyat İnstitutu ilə əlaqələrin inkişafında maraqlıdır

17:53
15 Sentyabr

Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik  

17:50
15 Sentyabr

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

17:47
15 Sentyabr

Şərqi Gürcüstan müftisi: İslamofobiyanın yayıldığı bir dövrdə müsəlmanların birlik və bərabərliyi vacibdir  

17:46
15 Sentyabr

Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir

17:33
15 Sentyabr

Masallıda kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramından irəli gələn vəzifələr müzakirə edilib  

17:20
15 Sentyabr

Bu il Gəncənin ümumtəhsil məktəblərində 47059 şagird təhsil alacaq

17:18
15 Sentyabr

Hacıqabul şəhərində yeni məktəb binası istifadəyə verilib  

17:16
15 Sentyabr

YAP-ın Vlll qurultayına nümayəndələr seçilmişdir  

17:14
15 Sentyabr

Azərbaycan Prezidenti: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır  

17:12
15 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır  

17:11
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!