07 İyul 2026 18:44
149
SİYASƏT
A- A+
İsrailli politoloq: Prezident İlham Əliyev cavabdehlik daşıyan siyasətçi imici formalaşdırmağa nail olub

İsrailli politoloq: Prezident İlham Əliyev cavabdehlik daşıyan siyasətçi imici formalaşdırmağa nail olub


Son illərdə Azərbaycan ilə İsrail arasında münasibətlər sabit əməkdaşlıq mərhələsindən tamhüquqlu strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu gün söhbət artıq ayrı-ayrı birgə layihələrdən deyil, təhlükəsizlik, energetika, yüksək texnologiyalar, kənd təsərrüfatı, nəqliyyat, tibb və humanitar əlaqələri əhatə edən kompleks əməkdaşlıq modelindən gedir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında israilli politoloq Yuri Boçarov səsləndirib.

Onun sözlərinə görə, İsraildə Azərbaycana və şəxsən Prezident İlham Əliyevə müsbət münasibət yalnız rəsmi dövlət qurumları və parlament səviyyəsində deyil, həm də ekspert dairələrində, biznes ictimaiyyətində və cəmiyyətin əhəmiyyətli hissəsində formalaşıb. Bu yanaşma Bakının uzun illər ərzində həyata keçirdiyi ardıcıl siyasətin, iki ölkə arasında praktik əməkdaşlıq təcrübəsinin və onilliklər ərzində formalaşmış yüksək qarşılıqlı etimadın nəticəsidir.

“Son 25 ildə Azərbaycan hələ yaxın keçmişdə mümkün görünməyən nəticələrə nail olub. İsrail cəmiyyətində xüsusilə diqqət çəkən məqamlardan biri Azərbaycanın uzunmüddətli qarşıdurmadan sonra təkcə öz əraziləri üzərində tam nəzarəti bərpa etməsi deyil, həm də beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artıraraq regionun ən təsirli dövlətlərindən birinə çevrilməsidir. Bu gün Azərbaycanın mövqeyi həm qonşu ölkələr, həm də dünyanın aparıcı güc mərkəzləri tərəfindən nəzərə alınır. İsraildə bu uğurların mühüm hissəsi Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl dövlət siyasəti ilə əlaqələndirilir. Bu yanaşmanın daha da möhkəmlənməsində 44 günlük Vətən müharibəsinin nəticələri mühüm rol oynayıb. İsrail tarix boyu milli təhlükəsizlik məsələlərinin cəmiyyətin diqqət mərkəzində olduğu və faktiki olaraq davamlı təhlükəsizlik çağırışları ilə üzləşən dövlətdir. Buna görə də Azərbaycanda baş verən hərbi-siyasi proseslər İsraildə böyük maraqla izlənildi. Qarşıya qoyulan hərbi-siyasi məqsədlərə qısa müddətdə nail olunması, dövlət institutları ilə Silahlı Qüvvələr arasında yüksək koordinasiya və sonradan ölkə ərazisi üzərində tam nəzarətin bərpası həm hərbi mütəxəssislər, həm də siyasi analitiklər tərəfindən diqqətlə təhlil edildi. Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad etmək iradəsi, qələbəyə inamı və Prezident İlham Əliyevin bu məqsədə çatmaq naminə nümayiş etdirdiyi qətiyyət İsraildə böyük hörmətlə qarşılanır və nümunə kimi qiymətləndirilir”, - deyə Yuri Boçarov qeyd edib.

O bildirib ki, İsraildə hər kəs Azərbaycan ilə mövcud hərbi-texniki əməkdaşlığın əhəmiyyətini yaxşı anlayır və Bakının bu əməkdaşlığa, eləcə də İsrailin ardıcıl dəstəyinə yüksək qiymət verdiyini bilir. Bununla yanaşı, İsraildə çox yaxşı başa düşürlər ki, heç bir müasir texnologiya özlüyündə qələbəni təmin edə bilməz. Burada əsas amillər dövlət rəhbərliyinin siyasi iradəsi, Azərbaycan Ordusunun yüksək peşəkarlığı, cəmiyyətin birliyi və dövlətin qarşıya qoyduğu strateji hədəfləri effektiv şəkildə həyata keçirmək bacarığı olub. Məhz buna görə də 2020-ci ilin hadisələri İsraildə siyasi liderlik, hərbi peşəkarlıq və milli həmrəyliyin uğurlu vəhdəti kimi qiymətləndirilir.

Ekspertin fikrincə, Prezident İlham Əliyevin Azərbaycan–İsrail münasibətlərinin inkişafı boyunca həyata keçirdiyi ardıcıl siyasət yüksək qarşılıqlı etimadın formalaşmasında xüsusi rol oynayıb. İsraildə uzunmüddətli xarakter daşıyan razılaşmalara sadiq qalan və bunu əməli fəaliyyəti ilə təsdiqləyən tərəfdaşlara hər zaman böyük hörmət göstərilir. Məhz buna görə də Prezident İlham Əliyev praqmatik və müstəqil xarici siyasət həyata keçirən, strateji qərarlar qəbul etməyi bacaran və dövlətin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edən lider kimi qəbul olunur.

“Prezident İlham Əliyev təkcə beynəlxalq siyasətdə fəal rol oynayan deyil, eyni zamanda, qəbul etdiyi qərarlara ardıcıl şəkildə cavabdehlik daşıyan siyasətçi imici formalaşdırmağa nail olub. Yaxın Şərq və Cənubi Qafqaz kimi siyasi konyunkturanın sürətlə dəyişdiyi regionlarda ardıcıllıq və verilən sözə sadiqlik xüsusi əhəmiyyət daşıyır. İsraildə də tərəfdaşların etibarlılığına hər zaman böyük önəm verilir və məhz bu keyfiyyətlər Prezident İlham Əliyevə hörmət formalaşdıran əsas amillərdən biridir. Məhz bu yüksək qarşılıqlı etimad müdafiə sahəsindən çox-çox kənara çıxan əməkdaşlığın əsasını təşkil edir. Bu gün Azərbaycan ilə İsrail arasında əməkdaşlıq energetika, kənd təsərrüfatı, su texnologiyaları, tibb, rəqəmsal iqtisadiyyat, süni intellekt, kibertəhlükəsizlik, telekommunikasiya, innovasiyalar, nəqliyyat, logistika, investisiyalar və yüksəkixtisaslı kadrların hazırlanması sahələrində uğurla inkişaf edir. İsrail şirkətləri Azərbaycanı regionun ən etibarlı və perspektivli tərəfdaşlarından biri kimi qiymətləndirir, Azərbaycan tərəfi isə birgə layihələrin həyata keçirilməsi üçün ardıcıl şəkildə əlverişli şərait yaradır”, - deyə Yuri Boçarov vurğulayıb.

İsrailli politoloq hesab edir ki, Azərbaycan-İsrail əməkdaşlığı artıq daha geniş beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb. Son illərdə İsrail rəhbərliyinin nümayəndələri dəfələrlə bildiriblər ki, yəhudi və müsəlman dövlətləri arasında strateji tərəfdaşlıq qarşılıqlı hörmətin, praqmatizmin və uzunmüddətli milli maraqlara əsaslanan siyasətin dini, mədəni və geosiyasi fərqləri aradan qaldıra bildiyini nümayiş etdirən ən uğurlu nümunələrdən biridir. Müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan geosiyasi gərginlik fonunda bu əməkdaşlıq modeli xüsusi əhəmiyyət daşıyır.

“Bu model bir daha sübut edir ki, dövlətlər arasında etimad bəyanatlar üzərində deyil, ardıcıl siyasət, qarşılıqlı hörmət və götürülmüş öhdəliklərin yerinə yetirilməsi əsasında formalaşır. Məhz buna görə də bu gün Azərbaycan-İsrail tərəfdaşlığını yəhudi və müsəlman dövlətləri arasında dostluğun təkcə mümkün deyil, həm də real siyasi, iqtisadi və humanitar nəticələr verən, bütövlükdə regionda təhlükəsizliyin, sabitliyin və rifahın möhkəmlənməsinə xidmət edən uğurlu əməkdaşlıq modeli kimi qiymətləndirmək olar”, – deyən israilli politoloq fikirlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

4SİM-in proqramı çərçivəsində 80 prioritet texnoloji həll seçilib

20:06
07 İyul

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

20:03
07 İyul

Azərbaycan və Zimbabve siyasi dialoq və parlamentlərarası əməkdaşlığı genişləndirmək niyyətindədir

19:47
07 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:43
07 İyul

Azərbaycan-ABŞ strateji tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub

19:35
07 İyul

Milli Məclisin komitəsində sığorta, innovasiya və rəqəmsal iqtisadiyyatla bağlı dəyişikliklərə baxılıb

19:10
07 İyul

İlyas Demirci: Qarabağdakı şəhərsalma təcrübəsi Türk dünyası üçün istinad mənbəyi olacaq 

19:05
07 İyul

Avropadakı qaz anbarlarının doluluq nisbəti ötənilki göstəricidən 8,3 faiz azdır

19:00
07 İyul

Daha 30 ukraynalı uşaq reabilitasiya məqsədilə ölkəmizə gətirilib

18:55
07 İyul

Donald Tramp Rusiya və Ukrayna prezidentlərinin razılıq əldə etmək istədiklərini açıqlayıb

18:50
07 İyul

Gənclər Kitabxanasında “Türk Dünyası Həftəsi” adlı elektron resurs bazası istifadəçilərin ixtiyarına verilib

18:47
07 İyul

İsrailli politoloq: Prezident İlham Əliyev cavabdehlik daşıyan siyasətçi imici formalaşdırmağa nail olub

18:44
07 İyul

Özbəkistanlı ekspert:Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqazın daha sıx inteqrasiyasına şərait yaradır

17:49
07 İyul

Dövlət İdarəçilik Akademiyasında “Məzun günü” qeyd olunub

17:45
07 İyul

Daha iki qanun layihəsi parlamentin iclasına tövsiyə edilib

17:44
07 İyul

Sinqapurun xarici işlər naziri Azərbaycanın azad edilmiş ərazilərindəki bərpa işləri barədə məlumatlandırılıb

17:03
07 İyul

Bu il 19 nəfər sudaboğulma təhlükəsindən xilas edilib

16:59
07 İyul

Ankarada Ərdoğanla Tramp arasında görüş keçirilir

16:59
07 İyul

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

16:56
07 İyul

Valideyn himayəsindən məhrum uşaqlar üçün “Karyera düşərgəsi”nə start verilib

16:53
07 İyul

Ərdoğan-Tramp görüşündə hansı məsələlər müzakirə olunacaq?

16:51
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!