29 İyun 2024 16:37
10171
Turizm
A- A+
İsrail mediası: Azərbaycana turist axını artıb

İsrail mediası: Azərbaycana turist axını artıb

 

Martın ortalarında Təl-Əviv ilə Bakı arasında birbaşa aviareyslərin bərpasından sonra 8 mindən çox israilli Azərbaycana səyahət edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 50 faiz çoxdur.

bu barədə İsrail mediası bu ölkənin statistik məlumatına istinadla xəbər yayıb.

JNS nəşri yazır ki, ötən il oktyabrın 7-də baş verən hadisələr nəticəsində Bakıya uçuşların dayandırılması öncəsində təxminən 30 min israilli turist Azərbaycana səyahət edib.

Turizm sahəsində Azərbaycanın İsraildəki nümayəndəsi Cəmilə Talıbzadə həmin nəşrə müsahibəsində deyib: “Azərbaycan israillilər üçün təhlükəsiz turizm istiqamətidir”. O əlavə edib ki, hələ qədim vaxtlardan yəhudilər Azərbaycanda sülh, multikulturalizm və tolerantlıq şəraitində yaşayıblar, ölkəmizdə heç vaxt antisemitizm olmayıb.

Məqalədə qeyd olunur ki, hazırda “Azərbaycan Hava Yolları” QSC və İsrailin “İsrair” aviaşirkəti Bakı - Təl-Əviv və Təl-Əviv - Bakı marşrutları üzrə bir neçə birbaşa aviareys həyata keçirir.

Nəşr Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədovun “X” sosial şəbəkəsindəki səhifəsində yazdığı sözləri sitat gətirir. Diplomat qeyd edir ki, İsraildən Azərbaycana daha çox turisti səbirsizliklə gözləyirlər və Bakıya cəmi üç saata çatmaq olar.

Nəşr qeyd edir ki, bu gün Azərbaycanda üç yəhudi icması var: dağ yəhudiləri, Avropa yəhudiləri və gürcü yəhudiləri.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aktauda baş vermiş təyyarə qəzasında həlak olanların sayı məlum olub  

21:11
25 Dekabr

Təyyarə qəzasında yaralananlar üçün həkimlər Aktauya gəlib

21:10
25 Dekabr

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

21:09
25 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçdən

21:08
25 Dekabr

Dövlət Komissiyası: Xəsarət almış vətəndaşlarımızın evakuasiyası ilə əlaqədar müvafiq tədbirlər görülür  

21:08
25 Dekabr

“Aktyor sənətini öyrən” layihəsi davam edir

21:07
25 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlər aparılır  

21:06
25 Dekabr

Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib

21:05
25 Dekabr

Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin son tam texniki yoxlanışı bu ilin oktyabrında aparılıb

21:04
25 Dekabr

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

21:03
25 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

21:02
25 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

21:01
25 Dekabr

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan  

21:01
25 Dekabr

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

21:00
25 Dekabr

Qazaxıstan FHN Aktauda təyyarə qəzası ilə bağlı son məlumatları açıqlayıb

19:49
25 Dekabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ

19:42
25 Dekabr

AZAL: İstintaq prosesi başa çatanadək Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reyslər dayandırılır  

19:36
25 Dekabr

Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər YENİLƏNİB 2

18:58
25 Dekabr

TBMM-in sədri təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədrinə başsağlığı verib  

18:47
25 Dekabr

Dekabrın 31-dən yanvarın 2-dək ölkə ərazisində gözlənilən ilkin hava proqnozu  

18:32
25 Dekabr

AZAL təyyarə qəzasında həyatını itirən sərnişinlərin yaxınlarına başsağlığı verib  

17:47
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!