31 May 2024 09:30
1793
Təhsil
A- A+
"İslam mədəniyyətində birgəyaşayış təcrübəsi" mövzusunda III Beynəlxalq Simpozium panellərlə davam edib

"İslam mədəniyyətində birgəyaşayış təcrübəsi" mövzusunda III Beynəlxalq Simpozium panellərlə davam edib

 

İndoneziyanın Cokyakarta şəhərində Sunan Kalijaga Dövlət İslam Universiteti, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondu, Kırıkkale Universiteti İslam elmləri fakültəsi və İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə "İslam mədəniyyətində birgəyaşayış təcrübəsi" mövzusunda Üçüncü Beynəlxalq Simpozium keçirilir.
Simpoziuma evsahibliyi edən Sunan Kalijaga Dövlət İslam Universiteti Ədəb və mədəniyyət elmləri fakültəsinin dekanı, professor Məhəmməd Vildan açılış nitqi ilə çıxış edərək bildirib ki, müxtəlif mədəni və dini mənsubiyyətə malik olan insanların dinc yanaşı yaşaması beynəlxalq simpoziumun mövzusu kimi seçilib. Məruzəçi bildirib ki, hazırda mövcud olan həyat nizamını və dinc həyat təcrübələrini məhv edən qlobal dözümsüzlük və müharibə çağırışları ilə üzləşirik. Simpoziumun əsas məqsədi - müxtəlif ölkə və mədəniyyətlərdə teoloji əsasları, dini mətnlərin anlaşılmasını və dinc yanaşı yaşama praktikasını əhatə edən strateji məsələlərin müzakirəsidir. 
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov simpoziumun plenar iclasında çıxış edərək yarandığı dövrdən etibarən islam dini mənsublarının digər mədəniyyətlərin nailiyyətlərinə qarşı biganə qalmadığını vurğulayıb. Müsəlmanların digər xalqların uğurlarından ən yüksək səviyyədə istifadə etdiklərini, həmçinin bu nailiyyətlərə öz töhfələrini də əlavə edib, böyük bir sivilizasiya yaratdıqlarını diqqətə çatdırıb. 
Aİİ rektoru işğaldan azad olunmuş torpaqlarımızda dini abidələrə qarşı erməni vandallarının törətdikləri cinayətlərə, 67 məscidin tamamilə dağıdıldığına diqqət çəkib. Hazırda Azərbaycan Prezidenti 
İlham Əliyevin rəhbərliyi ilə bölgədə həmin məscidlərin bərpaolunma işlərinin aparıldığını qeyd edib. A.Şirinov işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni və dini abidələrin bərpası layihələri çərçivəsində bir neçə ibadət ocağının, artıq yenidən öz görkəminə qayıtdığını vurğulayıb. 
A.Şirinov daha sonra erməni vandallarının törətdikləri misilsiz cinayətlərə qarşı Azərbaycan dövləti və xalqının göstərdiyi tolerantlıq nümunəsinə diqqət çəkib.  Bakıda hazırda erməni kilsəsinin mövcud olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Dünən "İslam mədəniyyətində birgəyaşayış təcrübəsi" mövzusunda Üçüncü Beynəlxalq Simpozium işini panellərlə davam etdirib. Panellərdə Azərbaycan, Türkiyə, İndoneziya, Malayziya, Tailand, Filippin, Banqladeş, Özbəkistan, Misir, Pakistan və digər ölkələrdən 300-dən artıq alimin məruzəsi dinlənilib.
Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri, dosent Əhməd Niyazov "Azərbaycanda XIX əsrdə müsəlman və qeyri-müsəlmanlar arasında birgəyaşama nümunələri; ortaq qəbiristanlıqlar", ali təhsil müəssisəsi Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov "İslamofobiya bu gün: sosial-siyasi, psixoloji və dini nöqteyi-nəzərdən təhlil", Aİİ rektorunun köməkçisi, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfə tarixi şöbəsinin dissertantı Emin Orucov "Hacı Bəktaş Vəlinin birgəyaşayış mədəniyyətinə verdiyi töhfə" mövzularında çıxış ediblər.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

Azərbaycanda amnistiya təşəbbüsünün siyasi və ictimai əhəmiyyəti  

16:12
16 Dekabr

“Ford”dan önəmli strateji addım  

16:03
16 Dekabr

“Qarabağ” azarkeşlərinə görə cərimələnib

15:44
16 Dekabr

Baş icraçı direktor: Azərbaycan-Ermənistan sülh danışıqlarında indiki əsas vəzifə razılaşdırılmış müddəaların həyata keçirilməsidir  

15:44
16 Dekabr

Rusiyada 5 bal gücündə zəlzələ baş verib  

15:40
16 Dekabr

Sos kəndində daha 21 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:39
16 Dekabr

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!