02 Mart 2024 10:36
251
CƏMİYYƏT
A- A+

İşğaldan azad olunmuş ərazilərimiz minalardan təmizləndikdən sonra orada reintroduksiya işləri həyata keçiriləcək

 

3 mart tarixi Birləşmiş Millətlər Təşkilatı tərəfindən bütün dünyada Ümumdünya Vəhşi Təbiət Günü kimi qeyd edilir. Bu günün qeyd olunmasında məqsəd ictimaiyyətin diqqətini vəhşi heyvan və yabanı bitkilərin mühafizəsinə yönəltməkdir.

Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Elşad Əsgərov AZƏRTAC-a bildirib ki, Azərbaycanda biomüxtəlifliyin, fauna və flora növlərinin qorunması məqsədilə bir çox uğurlu layihələr həyata keçirilir.

“Artıq neçə ildir ki, ölkəmizdə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu tərəfindən ceyranların, bezoar keçilərinin, Avropa bizonu və nəcib maralların reintroduksiyası işləri həyata keçirilir.

Həmçinin quraşdırdığımız kameralar vasitəsilə bəbirlərin yaşadığı biotoplarda çoxaldığı müşahidə edilib. Reintroduksiya olunan ceyranlar da artaraq dayanıqlı populyasiyalar əmələ gətiriblər. Eləcə də, Avropa zooparklarından gətirilən zubrlar bala verib və saylarında artım var”.

E.Əsgərov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri davam etdikcə və həmin ərazilər minalardan təmizləndikcə bu orada da reintroduksiya işləri həyata keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video