12 May 2026 11:57
252
CƏMİYYƏT
A- A+
İşğaldan azad olunan ərazilərdə həyata keçirilən şəhərsalma təcrübəsi dünyaya təqdim ediləcək

İşğaldan azad olunan ərazilərdə həyata keçirilən şəhərsalma təcrübəsi dünyaya təqdim ediləcək

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın qlobal şəhərsalma və dayanıqlı inkişaf gündəliyində artan rolunun göstəricisi kimi qiymətləndirilir. Forum çərçivəsində şəhərsalma, mənzil təminatı, iqlim dəyişikliklərinin şəhərlərə təsiri və böhran sonrası bərpa prosesləri əsas müzakirə mövzularından olacaq. WUF13, həmçinin Azərbaycanın şəhərsalma sahəsində topladığı təcrübələrin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm platforma hesab edilir.

Mühüm tədbir ərəfəsində WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Substantiv Məzmun üzrə şöbə müdiri Cəmilə İsmayılzadə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.


- Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) müzakirə ediləcək əsas şəhərsalma və davamlı inkişaf məsələləri hansılardır?

- BMT tərəfindən 2001-ci ildə təsis edilən Ümumdünya Şəhərsalma Forumu sürətli urbanizasiya nəticəsində şəhərlərdə yaranan çağırış və problemlərin müzakirəsi məqsədilə keçirilir. Forumun əsas koordinatoru BMT-nin Məskunlaşma Proqramıdır (UN-Habitat). İki ildən bir təşkil olunan forumda həmin dövr üçün aktual hesab edilən məsələlər müzakirəyə çıxarılır. Bu il forumun əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri”dir. Mövzu əsasən mənzil təminatı ilə bağlı problemləri əhatə edir. Dünyada 3 milyarda yaxın insan mənzil təminatında çətinliklə üzləşir, 1 milyarddan çox insan qeyri-formal yaşayış məntəqələrində və gecəqondularda yaşayır; münaqişələr, böhranlar və təbii fəlakətlər nəticəsində öz evlərini itirənlərin sayı artır. Bu kimi problemlər şəhərlərdə təhlükəsizlik, iqtisadi sabitlik və sağlamlıq məsələlərini risk altında qoyur. Məhz buna görə də şəhərsalma üzrə qərarverici şəxslər, ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri bu məsələləri müzakirə etmək üçün Bakıda toplaşacaqlar.

- WUF13-ün beynəlxalq və yerli ictimaiyyətə çatdırılması istiqamətində hansı kommunikasiya strategiyası həyata keçirilir?

- Bunun üçün müxtəlif kommunikasiya strategiyaları həyata keçirilir. Beynəlxalq, regional və yerli səviyyələr üzrə fərqli yanaşmalar tətbiq olunur. Beynəlxalq istiqamətdə əsas fəaliyyət UN-Habitat, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Xarici İşlər Nazirliyi vasitəsilə həyata keçirilir. Təbliğat fəaliyyəti beynəlxalq tədbirlərdə, qlobal platformalarda və müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində aparılır. Regional istiqamətdə kommunikasiya işləri UN-Habitat-ın regional ofisləri ilə yanaşı, Azərbaycanın müvafiq ölkələrdə fəaliyyət göstərən diplomatik missiyalarının dəstəyi ilə aparılır. Yerli ictimaiyyətin məlumatlandırılmasında dövlət qurumları, vətəndaş cəmiyyəti təşkilatları, ali təhsil müəssisələri, yerli və regional idarəetmə orqanları, bələdiyyələr və icra hakimiyyətləri mühüm rol oynayır. Yanvar ayından etibarən dövlət qurumları, qeyri-hökumət təşkilatları, biznes nümayəndələri, ali təhsil müəssisələri və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə məlumatlandırma sessiyaları təşkil olunur. Bununla yanaşı, həm qlobal, həm də yerli media vasitəsilə forumla bağlı məlumatlar mütəmadi olaraq geniş auditoriyaya çatdırılır. Bütün bunlar ümumi kommunikasiya və təşviqat strategiyasının tərkib hissəsidir.

Azərbaycan növbəti dəfə regional müzakirə və əməkdaşlıqların mərkəzində yer alacaq

- Bu tədbirin ölkəmizin şəhərsalma və regional inkişaf siyasətinə uzunmüddətli təsiri nə olacaq?

- Forumun Azərbaycanın şəhərsalma və regional inkişaf siyasətinə uzunmüddətli və çoxşaxəli təsirləri gözlənilir. İlk növbədə, tədbir şəhərsalma sahəsində müzakirələrin və fikir mübadiləsinin genişlənməsinə töhfə verir. Hazırlıq prosesi çərçivəsində dövlət qurumları, akademik dairələr və ictimai institutlar arasında müzakirələr aparılıb və bu müzakirələrin əsas mövzusu şəhərsalma məsələləri olub. Bu proses şəhərlərdə mövcud mənzil problemlərinə diqqətin artırılmasına da şərait yaradır. Bununla yanaşı, bu ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkə miqyasında insanyönümlü şəhər həllərinin təşviqinə əlavə imkan verir. Piyada keçidlərinin təkmilləşdirilməsi, yaşıllıq ərazilərinin genişləndirilməsi və müasir urbanistik yanaşmaların tətbiqi əsas istiqamətlərdən hesab olunur.

Xarici siyasət baxımından isə, Azərbaycan növbəti dəfə regional müzakirə və əməkdaşlıqların mərkəzində yer alacaq. Çünki forum çərçivəsində müxtəlif koalisiyaların və beynəlxalq təşkilatların görüşləri keçiriləcək, şəhərsalma istiqaməti üzrə memorandumlar imzalanacaq. Bunlar da öz növbəsində, Azərbaycanın urbanistik mövzuların müzakirəsində regional platforma rolunun daha da güclənməsinə imkan yaradacaq.

Uzunmüddətli təsirlərdən danışarkən insan kapitalının inkişafını da xüsusi qeyd etmək lazımdır. Çünki son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlər nəticəsində tədbir təşkilatçılığı və məzmun idarəçiliyi sahəsində peşəkar təcrübə formalaşıb. Bu forumun uğurla keçirilməsi də yeni peşəkar kadrların yetişməsinə töhfə verəcək.

-WUF13-də Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf təcrübələrinin təqdimatı necə həyata keçiriləcək?

-WUF13 Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsindəki təcrübələrinin təqdimatı üçün də mühüm imkan olacaq. Forumun əsas tədbirləri sayılan nazirlər görüşü, dialoqlar, dəyirmi masalar, assambleyalar və xüsusi sessiyalarda Azərbaycan hökumətini, vətəndaş cəmiyyətini, təhsil sahəsini təmsil edən nümayəndələr çıxış edəcəklər. Tərəfdaş tədbirləri adlanan kateqoriya üzrə 20-yə yaxın yan tədbirin keçirilməsi nəzərdə tutulur.

- WUF13-ün digər beynəlxalq forumlardan fərqi nə olacaq?

- WUF13-ün digər forumlardan əsas fərqi onun açıq və inklüziv xarakter daşımasıdır. Forumda dövlət nümayəndələri ilə yanaşı, vətəndaş cəmiyyəti təşkilatları, biznes nümayəndələri və akademik dairələri təmsil edən ekspertlər iştirak edə biləcəklər. Tərəfdaş tədbirləri adlanan kateqoriya üzrə təşkil ediləcək 350-dən çox tədbirin təşkilatçıları da məhz həmin sektorları təmsil edən qurumlardır. Bu isə tərəfdaşların tədbirin məzmununun formalaşdırılmasında birbaşa iştirak etməsi deməkdir. Forum çərçivəsində keçiriləcək assambleya və dəyirmi masalar müxtəlif maraq qruplarını əhatə edəcək. Qadınlar, gənclər, əlilliyi olan şəxslər, biznes nümayəndələri və peşəkar birliklər üçün ayrıca platformalar yaradılacaq. Bu sessiyalar həmin qrupların problemlərini və təkliflərini beynəlxalq səviyyədə səsləndirməsinə imkan verəcək.

“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları təqdim olunacaq

- Azərbaycanın işğaldan azad edilən ərazilərində tətbiq olunan “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının beynəlxalq ictimaiyyətə təqdimatı üçün xüsusi panel sessiyaları nəzərdə tutulub?

- Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən layihələrin, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının təqdimatı da bizim qarşımızda duran əsas prioritetlərdən biri olacaq. Həmin ərazilərdə həyata keçirilən layihələr şəhərsalma sahəsində mühüm təcrübə hesab olunur. Çünki burada tətbiq edilən yanaşmalar həm bir-birindən fərqlənir, həm də müasir urbanistik prinsiplərə əsaslanır. Bəzi ərazilərdə tam dağıdılan yaşayış məntəqələrinin yenidən qurulması, bəzi bölgələrdə isə mədəni irsin qorunması ilə paralel bərpa işlərinin aparılması fərqli yanaşmaların tətbiqini tələb edib. Azərbaycan bu istiqamətdə uğurlu təcrübə formalaşdırıb. Eyni zamanda, ağıllı və yaşıl texnologiyaların tətbiqi, ekoloji tikinti metodlarından istifadə də diqqətçəkən yeniliklər sırasındadır. Bu təcrübələrin təqdimatı bir neçə istiqamətdə həyata keçiriləcək. “Böhrandan sonrakı bərpa və quruculuq proseslərində mənzil təminatı” mövzusunda keçiriləcək dialoqda Azərbaycan hökuməti iştirak edəcək. Bununla yanaşı, Azərbaycan pavilyonunda işğaldan azad olunan ərazilərə xüsusi bölmə ayrılacaq və həyata keçirilən layihələr nümayiş etdiriləcək. “Təcrübə mərkəzi” platformasında isə həmin bölgələrdə həyata keçirilən uğurlu təcrübələr paylaşılacaq.

Azərbaycan pavilyonunda xüsusi nümayəndəliklər tərəfindən keçiriləcək sessiyalarda bölgədə aparılan yenidənqurma işləri barədə ətraflı məlumat veriləcək. Beləliklə, Azərbaycan işğaldan azad olunan ərazilərdə formalaşdırdığı şəhərsalma təcrübəsini beynəlxalq ictimaiyyətə geniş şəkildə təqdim edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:03
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:02
20 May

"Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə 

02:02
20 May

S.X.Rüstəmxanlının "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:01
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:01
20 May

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:00
20 May

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 394-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:00
20 May

“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

01:58
20 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

01:56
20 May

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

01:54
20 May

Bakıdakı WUF13 çərçivəsində Azərbaycan–Türkiyə şəhərsalma dialoqu aparılıb  

00:22
20 May

İqtisadiyyat Nazirliyində AYİB-lə əməkdaşlıq imkanları nəzərdən keçirilib

23:29
19 May

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: Cəbhə xətti genişlənə bilər  

23:01
19 May

Dünya mediası Prezident İlham Əliyevin WUF13-ün açılışındakı çıxışını geniş işıqlandırıb  

22:58
19 May

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb  

22:45
19 May

D-8 rəsmilərinin WUF13-də dayanıqlı şəhərlər və enerji keçidi ilə bağlı dialoqu baş tutub - YENİLƏNİB  

22:12
19 May

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır 

21:59
19 May

Tərtərdə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baş çəkilib  

21:39
19 May

WUF13 çərçivəsində qlobal mənzil böhranına dair müzakirələr aparılıb YENİLƏNİB

21:31
19 May

Azərbaycan ilə Esvatini arasında enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

21:28
19 May

WUF13: “Şəhərlər üçün süni intellekt – şəhərsalma və ağıllı, dayanıqlı icmaların qurulması” adlı panel sessiya keçirilib  

21:09
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!