02 Aprel 2023 00:22
668
SİYASƏT
A- A+
İşğalçıya böyük dərs

İşğalçıya böyük dərs

 

O günlərədək ermənilər özlərinə çox arxayın idilər. 1994-cü il mayın 12-də imzalanan atəşkəs haqqında sazişi pozmaqdan da çəkinmirdilər. Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini mütəmadi olaraq pozurdular. 
Hərbçilərimiz, əsgərlərimiz şəhid olurdu. Ermənistan silahlı qüvvələri yalnız Azərbaycan Ordusunun mövqelərini atəşə tutmurdular. İşğalçı dövlətin ordusunun bölmələri Azərbaycanın yaşayış məntəqələrinə də amansızlıqla atəş yağdırırdılar. Nəticədə dinc sakinlərimiz həlak olurdular. 
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən isə atəşkəs rejimindən sonra Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma, ən şiddətli döyüşlər başladı...
Müdafiə Nazirliyinin yaydığı məlumatda 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhəboyu Azərbaycan mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldığı bildirildi. Nəticədə 2 dinc sakin şəhid olmuş, 10 nəfər yaralanmışdı. 
Tarixə Aprel döyüşləri adı ilə yazılan ölüm-dirim savaşı gedirdi. Cəbhənin ən gərgin istiqamətlərində - Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində hərbi münaqişəni alovlandıran Ermənistan silahlı bölmələrinə layiqli cavablar verildi. Düşmənə qısa müddətdə ağır zərbələr endirildi.
1990-cı illərdə Azərbaycanın 20 faiz ərazilərini öz hərbi gücü ilə deyil, havadarlarının köməyilə zəbt etmiş Ermənistan o günlərədək boş xülyalar içərisində idi. İşğalçılar ağızdolusu güclü ordularından danışırdılar. Ancaq 2016-cı ilin aprelində Azərbaycan Ordusunun bölmələri dörd gün ərzində Ermənistana xəyallarının boş olduğunu göstərdi.
Aprel döyüşləri başladığı ilk gündən Azərbaycan Ordusu əsl peşəkarlıq və igidlik nümunəsi göstərdi. Aprelin 3-də Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi düşmən işğalından azad edildi, Füzuli istiqamətində Ermənistanın pilotsuz uçuş aparatı vuruldu. Ancaq Ermənistan tərəfi hələ də iddia edirdi ki, Seysulan kəndi onların nəzarətindədir.
İşğal etdiyi mövqeləri itirdikcə Ermənistan daha da azğınlaşırdı. Aprelin 4-ü Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun azad etdiyi mövqeləri yenidən ələ keçirmək üçün cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində hücuma keçdilər. Bu dəfə hədəflərində təkcə Azərbaycan Ordusunun mövqeləri deyildi. Erməni silahlı qüvvələri intensiv surətdə təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tuturdular.
Növbəti gün - aprelin 5-də Ağdərə şəhərinə aparan əsas yol üzərindəki strateji əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahına, eləcə də "Yerkrapa" erməni könüllülərini cəbhəyə gətirən avtobusa zərbə vuruldu. Düşmən tərəfi 7 nəfərin öldüyünü təsdiqlədi.
Həmin gün Xocavənd-Füzuli istiqamətində erməni qüvvələrinin 2 tankı heyətlə birgə və hərbi əmlakla dolu 5-dək təkərli texnikası sıradan çıxarıldı.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində aprelin 5-də saat 12 radələrindən tərəflərin razılığı ilə hərbi əməliyyatlar dayandırıldı. Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri bu barədə razılığa gəldilər.
Azərbaycan-Ermənistan dövlət sərhədində aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri Ermənistanın Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərindən iriçaplı silahlar və qumbaraatanlardan atəşə tutuldu. Azərbaycan Ordusu düşmənə gərəkli cavab verdi.
Aprelin 7-də Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistana məxsus "X-55" tipli pilotsuz uçuş aparatının xüsusi üsulla endirildiyi barədə məlumat verildi. Həmin gün Ağdərə-Goranboy istiqamətində atəşə tutulan Azərbaycana məxsus sanitar tibb maşınına ciddi ziyan dəysə də, xəsarət alan olmadı.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri 2016-cı ildə dördgünlük döyüşlərdə Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, həmçinin Seysulan məntəqəsini düşməndən azad etdilər, Füzuli rayonu istiqamətində Lələtəpə yüksəkliyində nəzarəti ələ keçirdilər. Ağdərə-Madagiz istiqamətində yolların Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsi də döyüşlər nəticəsində mümkün oldu.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad etdikləri yerlərdə möhkəmləndirmə işləri apardılar.
Heç bir döyüş itkisiz olmur. Aprel döyüşlərində də Azərbaycanın qəhrəman oğulları şəhidlik mərtəbəsinə yüksəldilər. Ancaq düşmənin itkiləri müqayisəyəgəlməz qədər böyük oldu.
Aprel döyüşlərinin işğalçı ermənilərə vurduğu mənəvi zərbənin isə hədd-hüdudu yoxdur. Dördgünlük döyüşlərdə ordumuz elə bir şücaət göstərdi ki, təcavüzkar ermənilərin canına vəlvələ düşdü. Onsuz da illərboyu Azərbaycanın bu işğala son qoyacağı, Ermənistanı məğlub edəcəyi qorxusunu, xofunu yaddan çıxara bilməmişdilər. Aprel döyüşləri isə böyük Zəfərin başlanğıcı idi...

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!