21 Dekabr 2021 00:14
488
SİYASƏT
A- A+
İrəvan kreditlər hesabına ayaqda qalmağa çalışır

İrəvan kreditlər hesabına ayaqda qalmağa çalışır

 

Xarici şirkətlər səhmlərini ən ucuz qiymətə sataraq Ermənistandan qaçırlar

 

Ermənistanda getdikcə ağırlaşan sosial-iqtisadi vəziyyət hakimiyyət üçün əlavə problemlərə yol açır. Hətta fikirlər səslənir ki, bu gedişlə Nikol Paşinyan yaxın vaxtlarda iqtidardan devrilə bilər. Hakimiyyətin müxtəlif qanadları arasında gərginlik yüksək həddə çatıb. Radikal revanşistlər isə bundan istifadə edərək hakimiyyət uğrunda mübarizədə qüvvələr nisbətinin dəyişməsinə imkan yaranacağına ümid bəsləyirlər.

“4rd.am” saytının verdiyi xəbərə görə, Ermənistan iqtisadiyyatı tamamilə çöküb, hətta iflas həddinə çatıb. İrəvan hazırda heç bir şey istehsal etmədən xarici maliyyə qaynaqlarından əldə olunan kreditlər hesabına ayaqda qalmağa çalışır. Dövlət borcu 10 milyard dollara yaxınlaşıb. Bu ilin yanvarından indiyə qədər 2 milyard dollara yaxın kredit götürüldüyü bildirilir. Qeyd olunur ki, iqtisadiyyatın çökməkdə olduğu şəraitdə Ermənistanın belə ağır borc yükünün altından qalxa biləcəyi ciddi şübhələr doğurur.

Ermənistanda gözlənilən defolt isə ölkənin xarici borc öhdəlikləri sahəsində ciddi çətinliklərin meydana çıxmasına rəvac verəcək. Defolt o deməkdir ki, dövlət borc öhdəliklərini vaxtında yerinə yetirə bilmir. Ermənistan isə onsuz da borc öhdəliklərini çətinliklə yerinə yetirir. Əslində, borc öhdəlikləri növbəti dəfə alınan başqa borclar hesabına yerinə yetirildiyindən ölkənin xaricdən olan iqtisadi asılılığı sürətlə artır. Məsələ bundadır ki, Ermənistanın iqtisadi vəziyyəti uzun illərdir ağırdır və müharibədə aldığı məğlubiyyətdən sonra düzəlməsi də sual altındadır. Əsas səbəb də odur ki, Ermənistanda dövlət adına heç nə qalmayıb, sanballı dövlət müəssisələrinin əksəriyyəti xarici şirkətlərə satılıb. Amma hazırda onlar da işlək vəziyyətdə deyil. Digər tərəfdən, baş nazir Paşinyanın komandası da sələfiləri kimi, sadəcə, oğurlamağı və mənimsəməyi daha yaxşı bacaran cinayətkar ünsürlərdən ibarətdir. Bu fonda xaricdən alınan borcların da əksər hissəsi mənimsəmənin qurbanı olur.

Bunların fonunda Ermənistan mətbuatı bir çox xarici şirkətin bu ölkənin iqtisadiyyatında iştirak paylarını ən ucuz qiymətə sataraq, getməyə çalışdığı barədə məlumat yayıb. Həmin məlumata görə, Rusiyanın “Rostelekom” şirkəti Ermənistandakı törəmə şirkətini cəmisi 25 milyon dollara satışa çıxarıb. Ancaq hələlik bu məbləği belə ödəməyə həvəs göstərən alıcı olmadığından “Rostelekom” Ermənistanı tərk etməkdə çətinlik çəkir.

Ağır sosial-iqtisadi vəziyyət fonunda Ermənistanda miqrasiya probleminin daha da dərinləşməsi müşahidə olunur. Hadisələrin real inkişaf axarı göstərir ki, bu gedişlə miqrasiya Ermənistanda əsl demoqrafik fəlakət yaradacaq. Hakimiyyətin bu məsələnin həlli istiqamətində atdığı addımlar isə faktiki olaraq iflasa uğrayıb. Təbii ki, müxalifət düşərgəsi ölkədən xaricə axını əsasən siyasi faktorlar ilə izah etməyə çalışırlar. Onların iddialarına görə, ermənilər ölkəni daha çox Paşinyan hakimiyyətinin repressiv siyasi kursu ucbatından tərk edirlər. Lakin bu fakt Ermənistanın tərk edilməsində birbaşa rol oynasa da, yeganə səbəb rolunu oynamır. Sabiq prezident Serj Sarkisyan Ermənistanın hər beş vətəndaşından birinin ölkəni tərk etdiyini vurğulayıb. Onun dediyinə görə, bu vəziyyət Paşinyan hakimiyyətinin xarici və daxili siyasətinin acı nəticəsidir: “Hazırda insanlar gözyaşları ilə öz ölkələrini tərk etmək məcburiyyətində qalırlar. Ölkədə demoqrafik böhran yaşanır. Hər üç vətəndaşdan biri səfalət içində yaşayır. Bu vəziyyət son iki ildə daha da ağırlaşıb. Ümumdünya Bankının dəyərləndirməsinə görə, Ermənistan əhalisinin 47,6 faizi kasıblıq həddində yaşayır. 44 günlük savaşdan sonra əhali gələcəyə ümidini itirib. İnsanlar çıxış yolunu ölkəni kütləvi şəkildə tərk etməkdə görürlər. Müharibədən sonra evlənmə azalıb, boşanma halları çoxalıb. Minlərlə uşaq doğulmayıb. Ermənistanda əsl demoqrafik fəlakət yaşanır”.

Göründüyü kimi belə vəziyyət daha çox sayda insanların Ermənistanı tərk etməsinə rəvac verir. Ümumiyyətlə, qarşıdakı dövr ərzində ölkəni həlli çətin olan böyük demoqrafik problemlər gözləyir.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!