26 Oktyabr 2026 16:56
261
DÜNYA
A- A+
İran ABŞ-ni danışıqlara ciddi yanaşmamaqda ittiham edib  

İran ABŞ-ni danışıqlara ciddi yanaşmamaqda ittiham edib  


İran bazar ertəsi günü ABŞ-ni danışıqlarda ciddilik göstərməməkdə ittiham edib, həmçinin Vaşinqtonun diplomatiyanı Tehrana tələblər qoymaqla qarışdırdığını bildirib.

AZƏRTAC xəbər verir ki, rəsmi IRNA xəbər agentliyinin məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında bildirib ki, Amerika tərəfi danışıqlara ciddi yanaşmır. O, ABŞ Prezidenti Donald Trampın 2025-ci ilin iyun ayında İrana hücumlardan qısa müddət əvvəl danışıqlara dəstək ifadə etdiyini xatırladaraq Vaşinqtonu dəfələrlə yalan iddialar irəli sürməkdə ittiham edib.

Bəqai bildirib ki, Tehran danışıqlar prosesində Avropadan da siyasi bəyanatdan başqa heç bir yeni təklifi almayıb. O, münaqişə zamanı Böyük Britaniya, Fransa və Almaniyanı mövqelərinə görə tənqid edib.

XİN sözçüsü İranın nüvə silahına heç vaxt malik olmadığını və ya onları əldə etməyə çalışmadığını təkrarlayıb və Vaşinqtonu Tehranın nüvə proqramı ilə bağlı iddialardan hərbi əməliyyatları haqlı çıxarmaq üçün istifadə etməkdə günahlandırıb. O, İranın 2015-ci il nüvə sazişini imzaladığını, lakin ABŞ-nin üç il sonra bu razılaşmadan çıxdığını xatırladıb.

Bəqai bildirib ki, İran Körfəz ölkəsində vurulan təyyarənin üç iranlı pilotunun taleyini aydınlaşdırır. O, bu məsələdə Qətərin məsuliyyət daşıdığını iddia edib. “Onların ölümü ilə bağlı dəlillərimiz olana və ya dəqiq məlumat və sənədləri alana qədər, təyyarələrinin vurulduğu ölkənin məsuliyyət daşımalı olduğunu düşünürük”, - deyə XİN sözçüsü bildirib.

Prezident Məsud Pezeşkianın qaz ixrac edən ölkələrin sammitində iştirak etmək üçün bazar ertəsi gecəsi Rusiyaya səfər edəcəyini bildirən Bəqai qeyd edib ki, İran bu çərçivədə enerji əməkdaşlığını gücləndirmək və əsas qaz istehsalçısı ölkələrlə məsləhətləşmələr aparmaq üçün imkanlar əldə edəcək.

XİN sözçüsü Səudiyyə Ərəbistanı və Yəmən husiləri arasında baş verən münaqişə ilə bağlı regional təhlükəsizliyin bir-biri ilə əlaqəli olduğunu və bir ölkədəki qeyri-sabitliyin digərlərinə təsir göstərə biləcəyini deyib. O, mübahisənin Səudiyyə Ərəbistanı ilə Yəmən husiləri arasında həll edilməli olduğunu vurğulayıb və əlavə edib ki, Tehran nizamlamanı asanlaşdırmağa kömək etməyə hazırdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Alimlər orqanizmdə maye dövranını izləyən yeni model yaradıblar  

18:03
26 Oktyabr

Avropada fırtına nəqliyyatı iflic edib, minlərlə evi işıqsız qoyub

18:00
26 Oktyabr

  İtaliyanın Milan şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib

17:56
26 Oktyabr

Hikmət Hacıyev: Azərbaycan və Yaponiya arasında vizasız rejimin genişləndirilməsi mümkündür 

17:54
26 Oktyabr

Qırğızıstan nümayəndə heyəti Azərbaycan Prokurorluğunun fəaliyyətində rəqəmsallaşmanın tətbiqi ilə maraqlanıb  

17:53
26 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi “ASAN xidmət”də  

17:53
26 Oktyabr

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşüb: 2026–2028-ci illər üzrə Yol Xəritəsi müzakirə olunub YENİLƏNİB  

17:52
26 Oktyabr

Prezidentin köməkçisi: Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik 

17:50
26 Oktyabr

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral vəzifəsindən ayrılıb  

17:48
26 Oktyabr

Pentaqon hərbi bazaları müharibə halı üçün 90 günlük tam təcridə hazırlayır  

17:46
26 Oktyabr

Görünməyən virus, böyüyən təhlükə  

17:43
26 Oktyabr

Prezidentin köməkçisi: Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır VİDEO

17:41
26 Oktyabr

Hikmət Hacıyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq

17:40
26 Oktyabr

Hikmət Hacıyev: Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir 

17:40
26 Oktyabr

Yaxın iki gündə hava necə olacaq? – PROQNOZ

17:33
26 Oktyabr

Qırğızıstanla humanitar dialoq inkişaf etdirilir 

17:25
26 Oktyabr

Hikmət Hacıyev: Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq 

17:21
26 Oktyabr

Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir 

17:17
26 Oktyabr

Energetika naziri GECF tədbirləri çərçivəsində Əlcəzair və Seneqaldan olan həmkarları ilə görüşüb  

17:09
26 Oktyabr

Fərid Hacıyev: Prezidentin müəyyən etdiyi strateji hədəflər qarşıda mühüm vəzifələr qoyur  

17:01
26 Oktyabr

Azərbaycandan Hindistana xam neft ixracının dəyəri 7 dəfədən çox artıb

16:59
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!