26 Oktyabr 2026 17:01
233
SİYASƏT
A- A+
Fərid Hacıyev: Prezidentin müəyyən etdiyi strateji hədəflər qarşıda mühüm vəzifələr qoyur  

Fərid Hacıyev: Prezidentin müəyyən etdiyi strateji hədəflər qarşıda mühüm vəzifələr qoyur  


Oktyabrın 26-da YAP Səbail rayon təşkilatı üzrə Parlament prospekti,1 Ərazi Partiya Təşkilatının Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclasda Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev bildirib ki, YAP-ın VIII Qurultayı ölkəmizin öz suverenliyini bərpa etdikdən sonra keçirilən ilk qurultay kimi mühüm əhəmiyyətə malikdir. O diqqətə çatdırıb ki, dövlətimizin başçısı Qurultaydakı proqram xarakterli çıxışında ölkəmizin strateji hədəfləri, dövlət müstəqilliyimizin və təhlükəsizliyimizin möhkəmləndirilməsi, dövlətçilik və vətənpərvərlik ideyalarının təbliği istiqamətində qarşıda dayanan vəzifələri müəyyənləşdirdi. Aparat rəhbəri Prezidentin hər bir vətənpərvər azərbaycanlı qarşısında yeni hədəf və vəzifələr qoyduğunu diqqətə çatdırıb.

Fərid Hacıyev çıxışında Milli Məclisdə Prezidentin Qurultaydakı çıxışından irəli gələn vəzifələrə dair keçirilmiş tədbirləri də diqqətə çatdırıb.

Sonra iclasda çıxış edən Ərazi Partiya Təşkilatının sədri, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev YAP-ın VII Qurultayından ötən dövr ərzində ölkəmizdə görülmüş işlər və qazanılmış uğurlar barədə danışıb. O bildirib ki, VII Qurultaydan ötən dövrdə Azərbaycan öz suverenliyini tam bərpa edib, siyasi-iqtisadi, hərbi qüdrətini daha da artırıb və yeni sülh gündəliyi formalaşdırıb. Qeyd edilib ki, Ermənistanla sülh müqaviləsinin mətninin paraflanması regionda sülhün və sabitliyin təmin olunması istiqamətində mühüm mərhələ olub, ölkəmizin beynəlxalq nüfuzu və regional mövqeləri daha da möhkəmlənib.

Adil Vəliyev diqqətə çatdırıb ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kursun Prezident tərəfindən müasir dövrün reallıqlarına uyğun şəkildə davam etdirilməsi YAP-ın fəaliyyətində də aydın şəkildə özünü göstərir. Bu gün YAP nüfuzlu siyasi təşkilat kimi cəmiyyətin müxtəlif təbəqələrini ümummilli məqsədlər ətrafında birləşdirir, qarşıya qoyulan vəzifələrin məqsədyönlü şəkildə həyata keçirilməsinə töhfə verir.

İclasda çıxış edənlər dövlət müstəqilliyinin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və Prezident İlham Əliyevin Qurultaydakı nitqindən irəli gələn digər vəzifələrin əhəmiyyətindən danışıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Saxta IMEI-lərə qarşı mübarizə: 86 mindən çox kod bloklanıb

18:31
26 Oktyabr

Baş prokuror: Üçüncü yüksəksəviyyəli görüş Azərbaycan ilə İƏT arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək  

18:23
26 Oktyabr

Alimlər orqanizmdə maye dövranını izləyən yeni model yaradıblar  

18:03
26 Oktyabr

Avropada fırtına nəqliyyatı iflic edib, minlərlə evi işıqsız qoyub

18:00
26 Oktyabr

  İtaliyanın Milan şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib

17:56
26 Oktyabr

Hikmət Hacıyev: Azərbaycan və Yaponiya arasında vizasız rejimin genişləndirilməsi mümkündür 

17:54
26 Oktyabr

Qırğızıstan nümayəndə heyəti Azərbaycan Prokurorluğunun fəaliyyətində rəqəmsallaşmanın tətbiqi ilə maraqlanıb  

17:53
26 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi “ASAN xidmət”də  

17:53
26 Oktyabr

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşüb: 2026–2028-ci illər üzrə Yol Xəritəsi müzakirə olunub YENİLƏNİB  

17:52
26 Oktyabr

Prezidentin köməkçisi: Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik 

17:50
26 Oktyabr

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral vəzifəsindən ayrılıb  

17:48
26 Oktyabr

Pentaqon hərbi bazaları müharibə halı üçün 90 günlük tam təcridə hazırlayır  

17:46
26 Oktyabr

Görünməyən virus, böyüyən təhlükə  

17:43
26 Oktyabr

Prezidentin köməkçisi: Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır VİDEO

17:41
26 Oktyabr

Hikmət Hacıyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq

17:40
26 Oktyabr

Hikmət Hacıyev: Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir 

17:40
26 Oktyabr

Yaxın iki gündə hava necə olacaq? – PROQNOZ

17:33
26 Oktyabr

Qırğızıstanla humanitar dialoq inkişaf etdirilir 

17:25
26 Oktyabr

Hikmət Hacıyev: Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq 

17:21
26 Oktyabr

Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir 

17:17
26 Oktyabr

Energetika naziri GECF tədbirləri çərçivəsində Əlcəzair və Seneqaldan olan həmkarları ilə görüşüb  

17:09
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!