26 Iyul 2024 16:25
99
İQTİSADİYYAT
A- A+

İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov və nazirliyin aidiyyəti strukturlarının rəhbərləri qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüşüblər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə həmçinin bir sıra özəl maliyyə qurumlarının nümayəndələri iştirak ediblər.

Sahibkarlarla görüşdə son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial-iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkəmizdə bütün sahələrin inkişaf etdiyi, o cümlədən özəl sektorun gücləndiyi, qeyri-neft sənayesi üzrə dövriyyənin, istehsal və ixrac həcminin, yeni iş yerləri və digər iqtisadi göstəricilərin əhəmiyyətli dərəcədə artdığı vurğulanıb.

Qeyri-neft sektorunun rəqabətədavamlı inkişafı, yeni istehsal sahələrinin stimullaşdırılması və ixrac qabiliyyətinin yüksəldilməsinin ölkə iqtisadiyyatı üçün prioritet hədəflər olduğu bildirilib. Əlverişli biznes mühitinin inkişafı və investisiya imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən vergi və gömrük islahatlarının, daxildə emala xüsusi gömrük prosedurunun, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi üzrə dövlət dəstəyi mexanizmlərinin və digər alətlərin əhəmiyyəti qeyd olunub.

İş adamları fəaliyyətləri və qarşılaşdıqları məsələlər barədə məlumat veriblər, vergi və gömrük güzəştləri, güzəştli kredit, nəqliyyat-logistika, xammala çıxış imkanlarının və ixrac potensialının genişləndirilməsi, standartlaşdırma, mənşə sertifikatının verilməsi, satınalma, torpaqların təyinatının dəyişdirilməsi, yeni bazarlarla əlaqələrin qurulması, yerli istehsalın artımı ilə bağlı təkliflərini səsləndiriblər.

Tədbirdə sahibkarların sualları cavablandırılıb, təkliflərə münasibət bildirilib. Sahibkarlar və ixracatçılarla yeni dövlət dəstəyi alətləri, dövlətin həyata keçirə biləcəyi stimullaşdırıcı addımlar və yeni çağırışlar barədə müzakirələr aparılıb. Qaldırılan məsələlərin ətraflı təhlil edilərək zəruri təkliflərin hazırlanacağı qeyd edilib.

Sahibkar və ixracatçılarla dialoqun davamı olaraq Yevlax Pilot Aqropark, həmçinin Gəncə şəhərində görüşlər keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video