03 Oktyabr 2026 13:43
818
SİYASƏT
A- A+
İqtisadi gücün iki dayağı: investisiya və maliyyə sabitliyi

İqtisadi gücün iki dayağı: investisiya və maliyyə sabitliyi


Azərbaycanın iqtisadi gündəliyində yeni mərhələnin əsas istiqamətləri ölkənin qarşıdakı hədəfləri və mövcud imkanları  ilə sıx bağlıdır. Yeni Azərbaycan Partiyasının (YAP)  VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı, bu baxımdan, görülən işlərlə paralel qarşıdakı illərdə iqtisadi siyasətin hansı dayaqlar üzərində qurulacağının təqdimatı kimi diqqət çəkir.

Çıxışda iqtisadi inkişafın əsas şərtləri konkret fakt və rəqəmlərlə ifadə olunub. İnvestisiyaların həcmi, xarici borcun ümumi daxili məhsulda (ÜDM) payı və valyuta ehtiyatlarının səviyyəsi iqtisadi vəziyyətin əsas göstəricilərindəndir. Enerji resurslarının ixrac imkanları və sosial ödənişlərin artırılması ilə bağlı açıqlanan rəqəmlər isə iqtisadi potensialın digər tərəflərini göstərir. Prezidentin səsləndirdiyi fikirlərdə diqqət çəkən əsas məqamlardan biri isə iqtisadi artımın ölkənin maliyyə dayanıqlılığı, investisiya cəlbediciliyi və dəyişən qlobal iqtisadi şəraitdə malik olduğu imkanlarla birlikdə qiymətləndirilməsidir.

Bəs, səsləndirilən rəqəmlər Azərbaycanın iqtisadi reallığı haqqında nə deyir? Hansı göstəricilər mövcud dayanıqlılığı, hansılar isə qarşıdakı dövrün imkan və çağırışlarını göstərir? Bu suallar Prezidentin çıxışında təqdim olunan faktların iqtisadi müstəvidə təhlilini zəruri edir.

İqtisadi inkişafın davamlılığı üçün əsas şərtlərdən biri investisiya axınının qorunması və genişləndirilməsidir. Azərbaycanda son illər bu istiqamətdə formalaşan dinamika ölkənin investisiya cəlbediciliyinin yalnız dövlət vəsaitləri ilə məhdudlaşmadığını, xarici kapital üçün də yeni imkanların yarandığını göstərir. Bu marağın konkret ifadəsini isə son iki ildə keçirilən Beynəlxalq İnvestisiya Forumlarının nəticələrində görmək mümkündür.

Qeyd edək ki, Azərbaycanın evsahibliyi etdiyi iki Beynəlxalq İnvestisiya Forumunda imzalanan investisiya müqavilələrinin  ümumi həcmi 20 milyard dolları ötüb. Bu rəqəm ayrı-ayrı layihələrin dəyərindən daha geniş məna daşıyır. Çünki xarici kapitalın ölkəyə yönəlməsi investorların konkret layihələrin perspektivinə, iqtisadi mühitə və uzunmüddətli əməkdaşlıq imkanlarına verdiyi qiymətlə də bağlıdır. Qurultayda Prezident İlham Əliyev investisiyanın iqtisadi inkişaf üçün əhəmiyyətini belə ifadə edib: “Yəni investisiya olmadan heç bir iqtisadiyyat inkişaf edə bilməz”. 

Dövlət başçısının bu yanaşması Azərbaycanın qarşıdakı dövr üçün iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini göstərir. Söhbət yalnız neft-qaz sektoruna yeni kapital cəlb edilməsindən getmir. Qeyri-neft-qaz sahələrinə yönələn investisiyalar iqtisadiyyatın şaxələndirilməsi, yeni istehsal imkanlarının yaradılması, ixrac coğrafiyasının genişlənməsi və əlavə dəyərin ölkə daxilində formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Diqqətçəkən məqam investisiya mənbələrinin də şaxələndirilməsidir. Prezidentin sözlərinə görə, “Bizə xaricdən investisiyalar lazımdır - həm neft-qaz sektoruna, həm qeyri-neft-qaz sektoruna.” Deməli, qarşıdakı mərhələdə məqsəd yalnız mövcud iqtisadi potensialdan istifadə etmək deyil, həmin potensiala yeni kapital, texnologiya və biznes tərəfdaşlığı əlavə etməkdir.

Sntyabrın 25-26-da  Bakıda keçirilən II Beynəlxalq İnvestisiya Forumunda dünyanın aparıcı investisiya qurumlarının iştirakı və onların idarə etdiyi vəsaitlərin ümumi həcminin 30 trilyon dollardan çox olması da bu baxımdan çox mühüm göstəricidir. Belə geniş maliyyə resurslarını idarə edən qurumların Azərbaycan bazarına maraq göstərməsi ölkənin investisiya gündəliyinin beynəlxalq maliyyə kapitalı ilə əlaqələrinin genişləndiyini göstərən faktlardan biri kimi qiymətləndirilə bilər.

Beləliklə, 20 milyard dollardan artıq investisiya müqaviləsi yalnız bugünkü iqtisadi göstərici deyil. Bu, eyni zamanda qarşıdakı illərdə istehsal, infrastruktur, texnologiya və yeni biznes imkanlarının formalaşmasına yönələn kapitalın ifadəsidir. 

İnvestisiya mühitinin formalaşmasında sadəcə kapitalın ölkəyə daxil olması əsas şərt deyil. Burada iqtisadiyyatın maliyyə dayanıqlığı çox mühüm rol oynayır. Çünki investor üçün iqtisadiyyatın hansı həcmdə borc yükü daşıması, maliyyə öhdəliklərinin hansı formada idarə olunması vacib amildir. İlham Əliyevin  çıxışında Azərbaycanın maliyyə vəziyyəti məhz bu iki parametr üzərindən təqdim olunur. Azərbaycanın xarici borcunun ÜDM-də payı hazırda 5,6 faiz səviyyəsində göstərilir. Bu, əvvəlki illərlə müqayisədə borc yükünün əhəmiyyətli dərəcədə aşağı salındığı deməkdir. Prezident İlham Əliyev çıxışında bu siyasətin məqsədini xatırladaraq deyib: “Biz uzun illər xarici borcumuzu azalda-azalda gedirdik. Vaxtilə mən qarşıya məsələ qoymuşdum ki, ümumi daxili məhsulun 10 faizinə bərabər olsun. Bu gün xarici borcumuz ümumi daxili məhsulumuzun 5,6 faizini təşkil edir. Bu da dünya miqyasında ən aşağı göstəricilərdən biridir”. 

Bu rəqəmin əhəmiyyətini artıran digər məqam isə Azərbaycanın mövcud maliyyə imkanlarının xarici borcu qarşılamaq gücüdür. Prezident çıxışında məhz bu amilə toxunaraq bildirib: “Biz istəsək 24 saat ərzində borcumuzu sıfırlaya bilərik. Bu nə deməkdir? O deməkdir ki, gələcək nəsillərə borc qoymayacağıq. İqtisadi inkişafımızın daha da sürətlə getməsi üçün biz investisiya layihələrini daha  fəal icra edəcəyik”.

Bu fikrin iqtisadi mahiyyətini isə növbəti göstərici tamamlayır: Azərbaycanın valyuta ehtiyatları artıq 90 milyard dollara çatıb və Prezident İlham Əliyevin sözlərinə görə, bu vəsait xarici borcdan təxminən 20 dəfə çoxdur. Bu nəticənin böyük dövlət xərclərinin həyata keçirildiyi dövrdə əldə olunması da Prezidentin çıxışında ayrıca vurğulanır. Hərbi xərclər, ordu quruculuğu, sərhədlərin mühafizəsi və Qarabağın bərpası istiqamətində böyük maliyyə resursları tələb olunduğu halda valyuta ehtiyatlarının artırılması maliyyə siyasətinin digər istiqaməti ilə, yəni ehtiyatların qorunması və artırılması siyasəti ilə paralel aparılır.

Beləliklə, investisiya imkanlarının genişlənməsi ilə maliyyə dayanıqlığının paralel şəkildə möhkəmlənməsi Azərbaycanın iqtisadi siyasətində bir-birini tamamlayan iki istiqamət kimi önə çıxır. Aşağı xarici borc və yüksək valyuta ehtiyatları isə yeni investisiya layihələrinin maliyyələşdirilməsi və iqtisadi artımın davamlılığının qorunması üçün əlavə imkanlar yaradır.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstanın ildən-ilə uğurlarını görməkdən qardaş ölkə olaraq səmimi-qəlbdən sevinirik

01:51
27 Oktyabr

"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiq edilməsi barədə

01:50
27 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:49
27 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:48
27 Oktyabr

Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiyanın yaradılması haqqında

01:47
27 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:46
27 Oktyabr

“İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:45
27 Oktyabr

“İxrac və daxili daşıma dəstəklərinin şamil olunmadığı əməliyyatların və şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında

01:44
27 Oktyabr

Azərbaycan və UNESCO süni intellekt, təhsil və mədəni irs sahələrində əməkdaşlığı genişləndirir  

23:23
26 Oktyabr

Xarkova hava zərbələri endirilib, ölənlər var  

22:52
26 Oktyabr

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə Azərbaycanın təşkilata sədrliyi və 2027-ci il sammitinə hazırlıqları müzakirə edib  

22:49
26 Oktyabr

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub  

22:40
26 Oktyabr

Bakıda Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunan “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi açılıb  

22:29
26 Oktyabr

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub  

22:07
26 Oktyabr

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub  

21:53
26 Oktyabr

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib  

21:44
26 Oktyabr

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb

20:58
26 Oktyabr

Azərbaycan-İƏT tərəfdaşlığı strateji xarakter daşıyır 

20:31
26 Oktyabr

Vestminster abbatlığındakı Roma sarkofaqı orta əsr rahibinin qalıqlarını saxlamış ola bilər  

20:05
26 Oktyabr

ABŞ heliumu “ciddi maddə” elan edib

20:03
26 Oktyabr

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

19:56
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!